1918-ci il mart soyqırımı. Müsavatın sosial bazasını məhv etmək, Azərbaycan milli hərəkatına divan tutmaq üçün bolşeviklər milli qırğından istifadə etdilər. Bakı Sovetinin 1918-ci il martın 15-də keçirilən iclasında S.Şaumyan azərbaycanlıların soyqırımına göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Daşnaksütyun Partiyası və erməni milli şurası bolşeviklərin tərəfinə keçdi. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat 16:00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya İçərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus matrosları da azərbaycanlılara qarşı çıxaraq onları atəşə tutdular. Martın 31-də “Kərpicxana”, “Məmmədli” və s. azərbaycanlı məhəllələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan müsəlmanlar martın 31-də müqaviməti dayandırdılar. Şəhərin dinc, silahsız müsəlman əhalisinə qanlı divan tutuldu. Aprelin 2-də gecə keçənədək minlərlə azərbaycanlı öldürüldü. Mart soyqırımında təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında azərbaycanlı əhaliyə qanlı divan tutuldu. Şamaxıda 7 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 72 kənd dağıdılmışdı (31). Quba qəzasında 122 kənd yandırılmışdı. 1918-ci ilin sentyabrınadək Bakı quberniyasında 20 mindən çox azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə bu soyqırım zamanı Azərbaycanda 50 minə qədər azərbaycanlı qətlə yetirilmişdir.
2. Mart soyqırımı Baki Sovetinin antiazərbaycan siyasətini xalqa göstərdi. Mart faciəsindən sonra bolşeviklər Bakıda siyasi hakimiyyətlərini möhkəmləndirmək üçün:
1) azərbaycanlılara məxsus bütün qəzet və jurnalları bağladılar;
2) şəhər təsərrüfatını Bakı Sovetinin-bolşeviklərin ixtiyarına keçirdilər;
3) aprelin 20-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı şəhər Dumasını buraxdılar;
4) erməni milli şurasından başqa, bütün milli şuraların fəaliyyətini qadağan etdilər.
1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti deyilən qurum yaradıldı. Əslində “Erməni sovet hökuməti” olan bu qurumun tərkibində cəmi 3 azərbaycanlı var idi. XKS-ə S.Şaumyan sədrlik edirdi. Bakı XKS-nin rəhbərliyi Azərbaycanı Sovet Rusiyasının ayrılmaz tərkib hissəsi hesab edir, muxtariyyət ideyasının qəti əleyhinə çıxaraq bunu Azərbaycan millətçilərinin xam xəyalı sayırdı. May ayında bütün köhnə hakimiyyət orqanları ləğv edildi. Fəhlə-kəndli milisi, şəhər, qəza, mahal xalq məhkəmələri yaradıldı, hərbi tribunal təsis olundu, fövqəladə komissiya yaradıldı.
. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və onun Azərbaycanın bütün ərazisində bərqərar olması
Fevral inqilabının qələbəsindən sonra “Müsavat” partiyası gizli iş şəraitindən çıxaraq ilk dəfə olaraq açıq fəaliyyətə başladı. 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə Bakıda “Müsavat” səslərin 40% topladı və qələbə qazandı.
və Azərbaycan Milli Şurasının yaradılması haqqında qərar qəbul edildu. Milli Şura Azərbaycanın idarə olunmasının tam məsuliyyətini öz üzərinə götürdüyünü bildirdi.
M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov onun müavinləri seçildilər.
Mayın 28-də Azərbaycan Milli Şurasının ilk iclası oldu. X.Xasməmmədovun
Azərbaycanın müstəqilliyinin elan edilməsi təklifinə tərəfdar çıxanlar olsa da, F.X.Xoyski yerlərdə vəziyyət aydınlaşmayana kimi Azərbaycanın istiqlaliyyətinin elan olunması məsələsində tələsməməyi və hələlik, yalnız tamhüquqlu Azərbaycan hökumətinin yaradılması ilə kifayətlənməyi təklif etdi. Mübahisələrdən sonar Milli Şura 24 səslə (2 nəfər-S.M.Qəniyev və C.Axundov bitərəf qaldılar) Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haqqında qərar qəbul etdi və “İstiqlal bəyannaməsi”nin mətnini təsdiqlədi. Daha sonra Milli Şura Azərbaycan Demokratik Respublikasının ilk hökumətini təşkil etməyi F.X.Xoyskiyə tapşırdı.
1918-ci il mayın 30-da böyük dünya dövlətlərinin xarici işlər nazirlərinə Azərbaycan istiqlaliyyətinin elan olunması haqqında F.X.Xoyskinin imzası ilə teleqram göndərildi.
İyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batumda Sülh və dostluq müqaviləsi imzalandı.Müqavilənin 4-cü bəndinə görə Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərməyi öz öhdəsinə götürdü. İyunun ortalarında Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti ciddi daxili və xarici problemlərlə üzləşdi. Bu vaxt artıq Nuru paşanın hərbi diviziyası Gəncədə idi. Gəncədə Milli Şura güclü müxalifətlə rastlaşdı. “İlhaq”-Azərbaycanın Türkiyəyə birləşdirilməsini istəyən bu dairələr Nuru paşanı öz tərəflərinə çəkərək onun nüfuzundan Milli Şuraya qarşı mübarizədə istifadə edirdilər. Məhz onların təkidi ilə Nuru paşa Milli Şura üzvlərini qəbul etmədi. Həmin günlərdə Azərbaycanın istiqlaliyyətinin müqəddəratı həll olunurdu, çünki “ilhaqçı”lar ictimaiyyət arasında nüfuza malik idilər.
1918-ci il iyunun 12-də S.Q.Şaumyanın əmri ilə Bakı Soveti hərbi qüvvələri Gəncə üzərinə hücuma başladı. Yalnız 1918 il 4 iyun tarixli Azərbaycan-türk müqaviləsinin 4-cü bəndinə əsasən birləşmiş Azərbaycan-türk qüvvələri Göyçay ətrafında iyunun 27-dən iyulun 1-dək davam etmiş 4 günlük döyüşdə Bakı Sovetinin qoşunlarını ağır məğlubiyyətə uğradaraq, onların Gəncə üzərinə yürüşünün qarşısını almaq mümkün oldu. Lakin Bakını azad etmək üçün ordunun yaradılmasında hərbi səriştəli adamların və zabitlərin çox az olması çətinlik törətsə də, hökumət müəyyən tədbirlər görürdü: iyunun 26-da keçmiş müsəlman korpusu “ƏlahiddəAzərbaycan korpus”una çevrildi, avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul olundu. Baş nazir F.X.Xoyski həm də müdafiə naziri, general Mehmandarov isə onun müavini təyin olundu.
Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu. Azərbaycan parlamenti və onun fəaliyyəti
Azərbaycan Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. “İstiqlal Bəyannaməsi”nə görə, Azərbaycanda ali hakimiyyət xalqa məxsus idi. Qanunverici hakimiyyət-parlamentə, icraedici hakimiyyət isə parlament qarşısında məsuliyyət daşıyan hökumətə məxsus idi.
Hərbi quruculuqdan başqa, 1918-ci il 17 iyun tarixli intibahnaməsinə görə dövlət idarələri, məhkəmə və məktəb sisteminin milliliəşdirilməsi əsas vəzifələrdən biri idi. İyunun 26-da Azərbaycan Milli ordusunun yaradılması haqqında fərman verildi. İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Noyabrın 9-da isə həmin bayraq üçrəngli-yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi Azərbaycanın dövlət bayrağındakı bu 3 rəng “türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur”.
Azərbaycan tarixinin belə məsuliyyətli dövründə hökumət daxilində birliyi qoruyub saxlamaq mümkün olmadı. Sovet Rusiyasına münasibət məsələsində F.X.Xoyski ilə M.H.Hacınski arasında qızğın mübarizə başladı. F.X.Xoyski Rusiyaya münasibətdə sərt xətt tərəfdarı idi.
F.X.Xoyski və tərəfdarları M.H.Hacınskinin daxili işlər naziri vəzifəsindən istefasına nail olsalar da,o, ticarət naziri kimi hökumətin tərkibində qala bildi və cavab zərbəsi üçün əlverişli imkan gözləməyə başladı. aprelin 27-də parlamentin iclası keçirildi. İclasda xeyli davam edən müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi.
Bununla da, Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşadı. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur.