Hakimiyyətə gələn ayrı-ayrı dövlətlərin zəifliyi düşmən nüfuzuna yol açır
Biz son 2-3 əsrdə ağır zərbələr almışıq. Həm ölkə daxilindəki diktatorlar, həm xarici düşmənlər böyük zərər verib. Miladi 1800-cü ildən xarici dövlətlərin nüfuzu başlayıb. Yəni 200 ili keçib ki, İngiltərə Hindistana nüfuz edib. 200 ili ötüb ki, Hindistanın İngilis hökumətinin nüfuzu baş verib. O zaman britaniyalı general Con Malkolm İrana gəlir. Tarixi vərəqləyənlər bu hadisələrlə tanışdır. O zamankı dövlətlərin zəifliyi düşmən nüfuzuna yol açıb. Qərb mədəniyyəti, qərb siyasəti meydanı alıb. Tədricən zəifləmişik. Bu bir gerçəklikdir. Biz məmləkətin bugünkü problemləri ilə məşğul olarkən, həmin problemləri araşdırarkən keçmiş dövrü nəzərdən qaçıra bilmərik. Bizə ağır zərbələr vurulub. Həm siyasətə, həm mədəniyyətə, həm sərvətlərimizə böyük zərər dəyib. Təəssüf ki, bu gün həmin sahələrdə lazımi işlər görülməyib. Araşdırmaçılarımız, tarixçilərimiz məmləkətimizin qarət olunması mövzusunu dəqiq araşdırmalıdır. Bir ara ingilislər, bir ara ruslar, sonra başqaları və nəhayət Amerika sərvətlərimizi qarət edib, xalqımızı alçaldıb, siyasi hakimiyyəti ələ keçirib. Bu gün Qərbə bağlı siyasətçilər və məsullardan eşitdikləriniz onların bacarıqsızlıq nümayiş etdirməsi məmləkətimizə Qərb mədəniyyətinin, Qərb siyasətinin nüfuz etməsi ilə bağlıdır. Bu bir gerçəklikdir.1
İmam dağ kimi dayandı, millət də onun arxasında möhkəm dayaq oldu. Düşmən də bir düşmən deyil, bütün bir cəbhə idi. Əllərindən gələni etdilər, amma nəticəsi olmadı. Küçə döyüşləri, tayfalar arası döyüşlər, hərbi çevrilişlər, səkkiz illik müharibə, iqtisadi sanksiyalar, ağır təbliğat maşınının işə salınması inqilabdan bu günə qədər xalqın iradəsini qırmaq üçündür. İnqilabdan başlayaraq yalan danışırlar, böhtan deyirlər, şayiə yayırlar, aranı qarışdırırlar, ölkə daxilində çaşqınlıq yaratmaq istəyirlər.
Onların izlədiyi hədəflər arasında əsas hədəf İslam Respublikasının süqutu olub. Düşünüblər ki, əgər bu işi görə bilməsələr ikinci addımda inqilabın mahiyyətini təhrif etsinlər. Yəni inqilabın forması qalsın, mahiyyəti dəyişsin. İnqilabdan onun ruhunu alsınlar. Bu sahədə çox çalışıblar. Son tamaşaları 2010-cu il fitnələri oldu. Ölkə daxilində nəfsi ardınca gedən bir qrup düşmənin fitnəkarlıqlarına uydu. Dəfələrlə demişəm ki, bu fitnəkarlığın mühəndisi ölkə sərhədlərindən xaricdədir. Ölkə daxilindəkilər onlarla həmkarlıq edir. Bəziləri bilərəkdən bu addımı atıb, bəziləri nadanlıqdan.
Üçüncü hədəfləri bu idi ki, İslam Respublikası yaşasa zəif şəxsiyyətli adamlardan faydalansınlar. Onları özünə tərəf-müqabil etsinlər, iş başına gətirsinlər. Yəni elə bir vəziyyət yaransın ki, inqilabi prinsiplərin davamı əngəllənsin. Nəticə etibarı ilə bu respublika Amerikaya qarşı çıxmasın, müqavimət göstərməsin.
Bütün bu planlar yaşadığımız günə qədər pozulub. Çox çalışıblar, hər yola əl atıblar. Bir an olsun fəaliyyətlərinə ara verməyiblər. Amma müvəffəq olmadılar. Çünki xalq ayıqdır. Ölkədə gözəl istedadlarımız var. Xalqımız, məsullarımız təlaş göstərir. Bu günə qədər düşmənin fəaliyyətləri səmərəsiz olub və inqilab öz yoluna davam etməkdədir.1
Amerika ilə rabitə düşmən nüfuzuna yol açmaqdır
Bu gün Amerika sionistlərin, bəzi müttəfiqlərinin və əlaltılarının köməyi ilə regionda inqilabları yoldan döndərmək istəyirlər. Bir növ inqilab dalğasına süvar olub, bundan faydalanmağa çalışırlar. Amma faydası olmayacaq. Təbii ki, xalq üçün müəyyən problemlər yaranır. İxtilaflar ortaya çıxır. Bütün bunları təcrübədən keçirmişik. İnqilabımızda da ixtilaf yaradıblar, sıralarımıza nüfuz ediblər, tayfaları vuruşdurublar, ölkə daxilində çaxnaşma yaradıblar, xarici bir düşməni ölkəmizə hərbi təcavüzə vadar ediblər. Bütün bunlar baş verib. Amma xalqımız möhkəm dayanıb, inqilab yolunu əzmlə davam etdirib. Bütün problemlərdən ötüb keçmişik. Bundan sonra da belə olacaq.1
Amerika ilə siyasi əlaqələr bizim zərərimizədir. Əvvəla, bu əlaqələr Amerikanın təhlükəsini azaltmır. Amerika İraqla siyasi, diplomatik rabitələri olan bir zamanda bu ölkəyə hücum etdi. Həmin vaxt İraqda səfiri var idi. Amerikanın İraqda səfiri vardı, İraqın da Amerikada. Diplomatik rabitə heç bir zorakı qüvvənin qarşısını ala bilmir. İkincisi, Amerika üçün diplomatik münasibətlər bir vasitədir. Onlar diplomatik münasibətlər vasitəsi ilə ölkələrə nüfuz edirlər. Öz şəbəkələrini yaratmaq üçün belə rabitələrdən faydalanırlar. İngilislər də belə idi.
İngiltərənin uzun illər fəaliyyət göstərmiş səfirlikləri əslində özünü satmağa hazır olanlar üçün bir mərkəz idi. İnqilabdan sonra Amerikanın səfirliyi eyni funksiyanı yerinə yetirirdi. Ölkədə təxribatlar, iğtişaşlar Amerika səfirliyində planlaşdırılırdı. Onların pozucu fəaliyyət üçün ölkə daxilində bir mərkəzə ehtiyacları var. Bir kanal axtarırlar ki, ölkəyə öz casuslarını rahat göndərə bilsinlər. Hazırda bundan məhrum olublar. İndi bəziləri oturub, Amerika ilə əlaqələrin olmamasının ölkəmizə zərər olduğunu sübut etməyə çalışır. Xeyr cənablar! Amerika ilə əlaqələrin olmaması bizim xeyrimizədir. Əgər bir gün Amerika ilə münasibət qurmaq faydalı olsa bunu elan edəcək ilk şəxs mən özüməm.
Deyirlər ki, nə üçün Amerikanı özümüzə düşmən edirik? Məsələn, prezident bir söz deyir və bəziləri bu sözün düşmənçiliyə səbəb olduğunu iddia edir. Xeyr cənablar, Amerikanın düşmənçiliyi bu sözlərlə şərtlənməyib. Amerika prinsiplərimizə görə bizimlə düşməndir. İnqilabın əvvəlindən bu günə qədər düşmən olublar. Səkkiz illik müharibə başa çatandan bu günə qədər ardıcıl şəkildə İran xalqını hədələyiblər. Onların hərbi təcavüz ilə qorxutması bu günün söhbəti deyil. Unutmayın ki, düşmən təhlükəsini zəiflədəcək amil sizin iqtidarınızdır. Zəiflik yox, qüdrət nümayiş etdirin. Sizin özünüzü zəif göstərməyiniz düşməni tamaha salır. Amma hiss edəndə ki, siz güclüsünüz geri otururlar. Zəifliyinizi görsələr irəli gələcəklər. Bizim problemimiz Amerika xaqlı yox, Amerika rejimi ilədir. Amerika xalqı ilə heç bir düşmənçiliyimiz yoxdur. Heç bir xalqla düşmən deyilik. Əlbəttə ki, Amerika rejimi ciddi təbliğatlar vasitəsi ilə Amerikada ictimai fikiri dəyişib. Amerikalıların çoxu İran həqiqətlərindən xəbərsizdir. Bilmirlər İranda nə baş verir. Bircə bunu eşidiblər ki, İranda insan haqları pozulur, irtica var. Bunu dövlət onlara aşılayıb. Xalq da inanıb. Bu təbliğat olmasaydı Amerika xalqı da başqa xalqlar kimi idi. Bir sözlə, bizim xalqlarla problemimiz yoxdur, problemimiz Amerika rejimidir.1
Dostları ilə paylaş: |