267) Konkret bazarda satış təşkilatlarının sayı 1-2-dən az olmamaq şərti ilə tətbiq olunan ticarət yayım kanalı tipi hansıdır?
A) Məhdudiyyətsiz əmtəələrin topdansatış ticarəti
B) Qeyri məqsədli topdansatış ticarət
C) İntensiv topdansatış ticarət
D) Eksklüziv (qeyri-adi) topdansatış ticarət
E) Dolayı topdansatış ticarət
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
268) Məqsədli topdansatış ticarət yayım kanalı tipini verilənlərdən hansı xarakterizə edir?
A) Dərman vasitələrinin konkret qrup istehlakçılara çatdırır (məsələn: reproduktiv yaş həddində olan qadınlar üçün).
B) Firmanın sərbəst olaraq öz marketinq fəaliyyətini təşkil etməyə lazımı səviyyədə vəsaiti, imkanı və məlumatı olmadığı halda təşkil olunur.
C) İstehsalçılar, topdansatış və pərakəndə satışla məşğul olan satıcılar ümumi nəzarət sistemi altında fəaliyyət göstərir.
D) Məhdudiyyətsiz əmtəələrin satışını həyata keçirir.
E) Məhsulun istehsalçıdan istehlakçıya vasitəçilər sisteminin iştirakı ilə (topdansatış, xırda topdansatış, pərakəndə satıcılar) çatdırılmasını həyata keçirir.
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
269) Tibbi praktikada dərman maddələrinin subdural yolla orqanizmə yeridilməsi üsullarına aid olan variant hansıdır?
A) Beyin boşluqlarına yeridilmə üsulu
B) Tənəffüs yolları vasitəsilə yeridilmə üsulu.
C) Daxilə yeridilmə üsulu
D) Venaya yeridilmə üsulu
E) Onurğa boşluqlarına yeridilmə üsulu;
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
Dostları ilə paylaş: |