QURAN OXUMAĞIN FƏZİLƏTİ عن عثمان بن عفان عن النبي قال: )أفضلكم ( خيرُكم من تعلّم القرآن وعلَّمه )) قال الشيخ الألباني : صحيح
Osman İbn Affan rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizin ən xeyirliniz (ən fəzilətliniz) Quranı öyrənən və onu öyrədəndir”1473.
عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِىِّ قَالَ خَرَجَ عَلَيْنَا رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- وَنَحْنُ فِى الصُّفَّةِ فَقَالَ « أَيُّكُمْ يُحِبُّ أَنْ يَغْدُوَ إِلَى بُطْحَانَ أَوِ الْعَقِيقِ فَيَأْخُذَ نَاقَتَيْنِ كَوْمَاوَيْنِ زَهْرَاوَيْنِ بِغَيْرِ إِثْمٍ بِاللَّهِ عَزَّ وَجَلَّ وَلاَ قَطْعِ رَحِمٍ ». قَالُوا كُلُّنَا يَا رَسُولَ اللَّهِ. قَالَ « فَلأَنْ يَغْدُوَ أَحَدُكُمْ كُلَّ يَوْمٍ إِلَى الْمَسْجِدِ فَيَتَعَلَّمَ آيَتَيْنِ مِنْ كِتَابِ اللَّهِ عَزَّ وَجَلَّ خَيْرٌ لَهُ مِنْ نَاقَتَيْنِ وَإِنْ ثَلاَثٌ فَثَلاَثٌ مِثْلُ أَعْدَادِهِنَّ مِنَ الإِبِلِ ». قال الشيخ الألباني : صحيح
Uqbə İbn Amir rəvayət edir ki, biz Suffədə ikən Peyğəmbər yanımıza gəlib buyurdu: “Hansınız sabah ikən Buthana və ya Aqiqə gedib Allaha qarşı üsyan və qohumluq bağını kəsmədən iri hörgüclü və görünüşlü dəvə almaq istər?”. Biz hamımız Yə Rəsulullah! O: “Sizdən biriniz hər gün məscidə gedib Allahın kitabından iki ayət öyrənməsi onun üçün iki dəvədən xeyilidir. Əgər üç ayə öyrənərsə üç dəvədən daha xeyirlidir”1474.
عن ابن مسعود قال : قال رسول الله : (( من قَرأ حرفاً من كتابِ الله, فله بهِ حسنةٌ, والحسنةُ بعشرِ أمثالها, لا أقول: الم حرفٌ, ولكن ألفٌ حرفٌ, ولامٌ حرفٌ, وميمٌ حرفٌ )) قال الشيخ الألباني : صحيح
İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim Allahın kitabından bir hərf oxuyarsa onun üçün bir savab vardır. Hər savab da on qat qarşılıqlı əcr alır. Mən Əlif, Ləm, Mim – bir hərfdir demirəm. Əlif – bir hərf, Ləm – bir hərf, Mim – bir hərfdir» deyirəm1475.
عن عبد الله بن عمرو قال رسول الله : (( يُقالُ لصاحبِ القُرآنِ: اقرأ وارقَ, ورتَلْ كما كُنْتَ تُرَتّلُ في الدُّنيا, فإنّ منزلتكَ عندَ آخر آيةٍ [كُنتَ] تَقْرأُ بِها )) قال الشيخ الألباني : صحيح
Abdullah b. Amr rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Qiyamət günü) Quran sahibinə (hafizinə): «Oxu və yüksəl, dünyada ikən açıq-açıq, dənə-dənə oxuduğun kimi oxu. Sənin Cənnətdəki məqamın oxuya biləcəyin ən son ayətə bağlıdır» deyiləcəkdir1476.
عَنْ عَائِشَةَ عَنْ النَّبِيِّ قَالَ مَثَلُ الَّذِي يَقْرَأُ الْقُرْآنَ وَهُوَ حَافِظٌ لَهُ مَعَ السَّفَرَةِ الْكِرَامِ الْبَرَرَةِ وَمَثَلُ الَّذِي يَقْرَأُ وَهُوَ يَتَعَاهَدُهُ وَهُوَ عَلَيْهِ شَدِيدٌ فَلَهُ أَجْرَانِ. قال الشيخ الألباني : صحيح
Aişə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quran oxuyan və onu əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Çətinlik çəkə-çəkə daim Quran oxuyan adam isə iki savab qazanır”1477.
عن علي بن أبي طالب قال : قال رسول الله صلى الله عليه و سلم من قرأ القرآن واستظهره فأحل حلاله وحرم حرامه أدخله الله به الجنة وشفعه في عشرة من أهل بيته كلهم وجبت له النار. قال الشيخ الألباني : ضعيف جدا
Əli rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər kim Quranı oxuyar və əzbərləyərsə, halal qıldığını halal, haram qıldığını haram sayıb ondan uzaq olarsa, Allah (Quran) səbəilə onu Cənnətə salar və ailəsindən Cəhənnəmlik olan 10 nəfərə şəfaətçi olar”1478.
عن جبير بن نفير قال : قال النبي صلى الله عليه و سلم إنكم لن ترجعوا إلى الله بأفضل مما خرج منه يعني القرآن. قال الشيخ الألباني : ضعيف
Cubeyr İbn Nufeyr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Siz Rəbbinizə Quranın əmirlərini yerinə yetirərək etdiyiniz yaxşılıqdan daha xeyirli bir şeylə Allahın hüzuruna dönməzsiniz”1479.
عن ابن عباس قال : قال رسول الله صلى الله عليه و سلم إن الذي ليس في جوفه شيء من القرآن كالبيت الخرب. قال الشيخ الألباني : ضعيف
İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Həyatında Qurandan bir şey olmayan kimsə xarab ev kimidir”1480.
عن أبي هريرة : عن النبي صلى الله عليه و سلم قال : يجيء القرآن يوم القيامة فيقول : يا رب حله فيلبس تاج الكرامة ثم يقول يا رب زده فيلبس حلة الكرامة ثم يقول : يا رب ارض عنه فيرضى عنه فيقال له : اقرأ وارق وتزاد بكل آية حسنة. قال الشيخ الألباني : حسن
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət günü Quran gələcək və deyəcəkdir: “Ey Rəbbim! (Məni oxuyub, mənimlə həyatını yaşayan bu qulunu) kəramət tacı ilə geyindir. Quran: “Ya Rəbbim! (Ona olan nemətini) Artır, ikram olaraq libas geyindiriləcək”. Quran: “Ya Rəbbim! Ondan Razı ol!”. Allah da ondan razı olacaqdır. Deyiləcək: “Ey Qul! Oxu və yüksəl. Beləcə oxuduğu hər bir ayəyə görə (mükafatı) həsənəti artacaqdır”1481.
عن عقبة بن عامر قال : سمعت رسول الله صلى الله عليه و سلم يقول الجاهر بالقرآن كالجاهر بالصدقة والمسر بالقرآن كالمسر بالصدقة. قال الشيخ الألباني : صحيح
Uqbə İbn Amir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quranı səsli oxuyan açıqdan sədəqə verən kimidir, Quranı gizli oxuyan isə gizli sədəqə verən kimdir”1482.
عن الأشعري قال إن من إجلال الله إكرام ذي الشيبة المسلم وحامل الغالى فيه ولا الجافى عنه وإكرام ذي السلطان المقسط" قال الشيخ الألباني : حسن
Əşari deyir ki: “Ağsaqqal müsəlmana və əzbərlədiyi Quranda ifrata varmayan, ona laqeyd yanaşmayan hafizə ehtiram göstərmək, habelə ədalətli ixtiyar sahibinə hörmət etmək Allahı uca tutmaq deməkdir”1483.
عن ابن عباس قال : قال رجل : يا رسول الله أي العمل أحب إلى الله ؟ قال : الحال المرتحل قال : و ما الحال المرتحل ؟ قال : الذي يضرب من أول القرآن إلى آخره كلما حل ارتحل. قال الشيخ الألباني : ضعيف
İbn Abbas rəvayət edir ki, bir nəfər: “Yə Rəsulullah! Hansı əməl Allaha daha sevimlidir?” deyə soruşdu. Peyğəmbər: “Qonaq olub sonra yoluna davam edən?”. Ondan: “O nədir?” deyə soruşdular. Peyğəmbər: “Quranı başdan sona qədər oxuyub sonra təkrar başa dönmək yoluna davam edən kimdir”1484.
عَنْ أَبِي مُوسَى عَنْ النَّبِيِّ قَالَ: الْمُؤْمِنُ الَّذِي يَقْرَأُ الْقُرْآنَ وَيَعْمَلُ بِهِ كَالأُتْرُجَّةِ طَعْمُهَا طَيِّبٌ وَرِيحُهَا طَيِّبٌ وَالْمُؤْمِنُ الَّذِي لاَ يَقْرَأُ الْقُرْآنَ وَيَعْمَلُ بِهِ كَالتَّمْرَةِ طَعْمُهَا طَيِّبٌ وَلاَ رِيحَ لَهَا وَمَثَلُ الْمُنَافِقِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ كَالرَّيْحَانَةِ رِيحُهَا طَيِّبٌ وَطَعْمُهَا مُرٌّ وَمَثَلُ الْمُنَافِقِ الَّذِي لاَ يَقْرَأُ الْقُرْآنَ كَالْحَنْظَلَةِ طَعْمُهَا مُرٌّ أَوْ خَبِيثٌ وَرِيحُهَا مُرٌّ.
Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quran oxuyan və ona əməl edən mömin turunca1485 bənzəyir, onun dadı da xoşdur, iyi də. Quran oxumayan, amma ona əməl edən mömin xurmaya bənzəyir, onun dadı gözəldir, amma iyisi yoxdur. Quran oxuyan münafiqin məsəli reyhan bitkisinə bənzəyir, onun iyi gözəl olsa da, dadı acıdır. Quran oxumayan münafiqin məsəli acı qovuna bənzəyir, onun iyi xoşagəlməzdir, dadı da acıdır”1486.
عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ قَالَ لاَ حَسَدَ إِلاَ فِي اثْنَتَيْنِ رَجُلٌ عَلَّمَهُ اللَّهُ الْقُرْآنَ فَهُوَ يَتْلُوهُ آنَاءَ اللَّيْلِ وَآنَاءَ النَّهَارِ فَسَمِعَهُ جَارٌ لَهُ فَقَالَ لَيْتَنِي أُوتِيتُ مِثْلَ مَا أُوتِيَ فُلاَنٌ فَعَمِلْتُ مِثْلَ مَا يَعْمَلُ وَرَجُلٌ آتَاهُ اللَّهُ مَالاً فَهُوَ يُهْلِكُهُ فِي الْحَقِّ فَقَالَ رَجُلٌ لَيْتَنِي أُوتِيتُ مِثْلَ مَا أُوتِيَ فُلاَنٌ فَعَمِلْتُ مِثْلَ مَا يَعْمَلُ.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yalnız iki şəxsə həsəd aparmaq olar: O şəxsə ki, Allah ona Quranı öyrətmiş, o da onu gecə-gündüz oxuyur. Qonşusu bunu eşidib deyər: “Kaş ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi əməli mən də edərdim.” Bir də o şəxsə ki, Allah ona var-dövlət bəxş etmiş, o da onu Allah yolunda lazımi yerlərə xərcləyir. Onu görən adam deyər: “Kaş ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi əməli mən də edərdim”1487.
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « مَنْ نَفَّسَ عَنْ مُؤْمِنٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا نَفَّسَ اللَّهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ يَسَّرَ اللَّهُ عَلَيْهِ فِى الدُّنْيَا وَالآخِرَةِ وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللَّهُ فِى الدُّنْيَا وَالآخِرَةِ وَاللَّهُ فِى عَوْنِ الْعَبْدِ مَا كَانَ الْعَبْدُ فِى عَوْنِ أَخِيهِ وَمَنْ سَلَكَ طَرِيقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا سَهَّلَ اللَّهُ لَهُ بِهِ طَرِيقًا إِلَى الْجَنَّةِ وَمَا اجْتَمَعَ قَوْمٌ فِى بَيْتٍ مِنْ بُيُوتِ اللَّهِ يَتْلُونَ كِتَابَ اللَّهِ وَيَتَدَارَسُونَهُ بَيْنَهُمْ إِلاَّ نَزَلَتْ عَلَيْهِمُ السَّكِينَةُ وَغَشِيَتْهُمُ الرَّحْمَةُ وَحَفَّتْهُمُ الْمَلاَئِكَةُ وَذَكَرَهُمُ اللَّهُ فِيمَنْ عِنْدَهُ وَمَنْ بَطَّأَ بِهِ عَمَلُهُ لَمْ يُسْرِعْ بِهِ نَسَبُهُ ».
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah onu Qiyamət gününün sıxıntılarının bir sıxıntısından qurtarar. Hər kim çətinliyə düşənin çətinliyini yüngülləşdirərsə, Allah da o, kimsəyə dünya və axirətdə asanlıq, yüngüllük verər. Hər kim bir müsəlmanın qüsurunu (yəni xətasını) örtərsə, Allah da dünya və axirətdə onun qüsurunu (xətasını) örtər. Qul öz qardaşına kömək etməyə davam etdikcə, Allah da ona kömək etməyə davam edər. Hər kim elm öyrənmək üçün müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Bir topluluq Allahın evlərindən birində toplanıb, Allahın kitabını oxuyar və öz aralarında onu müzakirə edərlərsə onlara Allah tərəfindən sakitlik enər, Allahın rəhməti onları örtər, mələklər onları əhatəyə alarlar, Allah onları öz dərgahında olanların yanında yad edər. Hər kim (bu) əməlləri gecikdirəcək olursa, nəticəsi onu irəli hərəkət etməyə qoymaz (geri düşər)»1488.
عَنْ أَبِي مُوسَى رَضِيَ اللَّهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهُ يَا أَبَا مُوسَى لَقَدْ أُوتِيتَ مِزْمَارًا مِنْ مَزَامِيرِ آلِ دَاوُدَ.
Əbu Musa rəvayət edir ki, Peyğəmbər mənə buyurdu: “Yə Əbu Musa! Həqiqətən də sənə Davudun ailəsinin məlahətli səsi kimi məlahətli bir səs bəxş edilmişdir! “1489.
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « مَنْ قَامَ بِعَشْرِ آيَاتٍ لَمْ يُكْتَبْ مِنَ الْغَافِلِينَ وَمَنْ قَامَ بِمِائَةِ آيَةٍ كُتِبَ مِنَ الْقَانِتِينَ وَمَنْ قَامَ بِأَلْفِ آيَةٍ كُتِبَ مِنَ الْمُقَنْطَرِينَ ». قال الألباني : صحيح .
Abdullah İbn Amr İbn əl-Ass rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Gecə) ikən 10 ayə oxuyan qafillərdən yazılmaz, 100 ayə oxuyan bir kimsə itaət (ibadət) edənlərdən yazılar, 1000 ayə oxuyan bir kimsə isə böyük əcr sahiblərindən yazılar”1490.
عَنْ أَبِي شُرَيْحٍ الْخُزَاعِيِّ قَالَ: خَرَجَ عَلَيْنَا رَسُولُ اللَّهِ فَقَالَ: أَبْشِرُوا، أَلَيْسَ تَشْهَدُونَ أَنَّ لا إِلَهَ إِلا اللَّهُ وَأَنِّي رَسُولُ اللَّهِ؟قَالُوا: بَلَى، قَالَ: إِنَّ هَذَا الْقُرْآنَ سَبَبٌ طَرَفَهُ بِيَدِ اللَّهِ، وَطَرَفَهُ بِأَيْدِيكُمْ فَتَمَسَّكُوا بِهِ فَإِنَّكُمْ لَنْ تَضِلُّوا، وَلَنْ تَهْلَكُوا بَعْدَهُ أَبَدًا. قال الألباني : صحيح .
Əbu Şureyh əl-Xuzai demişdir: “Allah Elçisi yanımıza gələrək buyurdu: “Sizə müjdə olsun! Məgər siz Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və mənim Allahın Elçisi olduğuna şahidlik etmirsiniz?” Onlar: “Bəli”- deyə cavab verdilər. O buyurdu: “Həqiqətən, bu Quranın bir tərəfi Allahın Əlində, o biri tərəfi isə sizin əlinizdədir, elə isə ona möhkəm sarılın! (Belə etsəniz) heç vaxt yolunuzu azmaz və həlak olmazsınız”1491.
عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ : «الْقُرْآنُ شَافِعٌ مُشَفَّعٌ ، وَمَاحِلٌ مُصَدَّقٌ، مَنْ جَعَلَهُ أَمَامَهُ قَادَهُ إِلَى الْجَنَّةِ، وَمَنْ جَعَلَهُ خَلفَهُ سَاقَهُ إِلَى النَّارِ». قال الألباني : صحيح .
Abdullah İbn Məsud rəvayət edir ki, Allah Elçisi buyurdu: “Quran şəfaət edən, mübarizə edən və təsdiq olunandır. Kim (Quranı) özünə rəhbər tutarsa, onu Cənnətə aparar. Kim də ona arxa çevirərsə, onu Cəhənnəmə aparar”1492.
عَنْ بُرَيْدَةَ الأَسْلَمِيِّ قَالَ: قَالَ رَسُولُ اللهِ : مَنْ قَرَأَ الْقُرْآنَ وَتَعَلَّمَهُ وَعَمِلَ بِهِ أُلْبِسَ يَوْمَ الْقِيَامَةِ تَاجًا مِنْ نُورٍ ضَوْءُهُ مِثْلُ ضَوْءِ الشَّمْسِ، وَيُكْسَى وَالِدَيْهِ حُلَّتَانِ لاَ يَقُومُ بِهِمَا الدُّنْيَا فَيَقُولاَنِ: بِمَا كُسِينَا؟ فَيُقَالُ: بِأَخْذِ وَلَدِكُمَا الْقُرْآنَ. قال الشيخ الألباني : حسن
Bureydə əl-Əsləmi rəvayət edir ki, Allah Elçisi buyurdu: “Kim Quran oxuyar, öyrənər və əməl edərsə, Qiyamət günü onun valideynlərinin başlarına nurdan tac qoyulacaq. Onun işığı günəşin işığı kimi olacaq. Həmçinin, onun valideynlərinə dünyada oxşarı olmayan iki paltar geyindiriləcək. Onlar deyəcəklər: “Nəyə görə bu bizə geyindirildi?” Onlara deyiləcək: “Oğlunuzun Qurandan möhkəm yapışdığına görə”1493.
عَنِ ابْنِ مَسْعُودٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ : «مَنْ سَرَّهُ أَنْ يُحِبَّ اللهَ وَرَسُولَهُ فَلْيَقْرَأ فِي الْمُصْحَفِ». قال الشيخ الألباني : حسن
İbn Məsud rəvayət edir ki, Allah Elçisi buyurdu: “Kimi Allahı və Onun Elçisini sevmək sevindirirsə, qoy Quran oxusun”1494.
عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُوْلَ اللهِ قَالَ: «الصِّيَامُ وَالْقُرْآنُ يَشْفَعَانِ لِلْعَبْدِ يَوْمَ الْقِيَامَةِ، يَقُولُ الصِّيامُ: أَيْ رَبِّ مَنَعْتهُ الطَّعَامَ وَالشَّهَوَاتِ بِالنَّهَارِ فَشَفِّعْنِي فِيهِ، وَيَقُولُ الْقُرْآنُ: مَنَعْتهُ النَّومَ بِالَّليْلِ فَشَفِّعْنِي فِيهِ، قَالَ: فَيُشَفَّعَانِ». قال الألباني : صحيح .
Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi buyurdu: “Oruc və Quran Qiyamət günü qula şəfaət edəcəkdir. Oruc deyəcək: “Ya Rəbb! Mən gündüz onu yemək və şəhvətdən çəkindirdim, məni ona şəfaətçi təyin et!” Quran isə deyəcək: “Mən gecə onun yatmağına mane oldum, məni ona şəfaətçi təyin et!” Beləliklə, onlar şəfaət edəcəklər”1495.
عَنْ عِصْمَة بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ : «لَوْ جُمِعَ الْقُرْآنُ فِي إِهَابٍ مَا أَحْرَقَهُ اللهُ بِالنَّارِ». قال الشيخ الألباني : حسن
İsmət İbn Məlik rəvayət edir ki, Allah Elçisi buyurdu: “Əgər Quran bir dəridə cəm edilərsə, Allah onu odda yandırmaz”1496.
سَمِعْتُ عُمَرَ بْنَ الْخَطَّابِ يَقُولُا قَالَ رَسُولُ اللَّهِ مَنْ نَامَ عَنْ حِزْبِهِ أَوْ عَنْ شَيْءٍ مِنْهُ فَقَرَأَهُ فِيمَا بَيْنَ صَلَاةِ الْفَجْرِ وَصَلَاةِ الظُّهْرِ كُتِبَ لَهُ كَأَنَّمَا قَرَأَهُ مِنْ اللَّيْلِ.
Ömər İbn əl-Xəttab rəvayət edir ki, Allah Elçisi buyurdu: “Kim Qurandan bir hizb (hissə) və ya bir şey oxumadan yatar, (ertəsi gün) Sübh və Zöhr namazları arasında oxuyarsa, bu onun üçün gecə yatmazdan əvvəl oxumuş kimi savab yazılar”1497.
عَنْ عَائِشَةَ : أَنَّ رَسُولَ اللَّهِ قَالَ: «مَنْ أَخَذَ السَّبْعَ الأُوَل مِنَ الْقُرْآنِ فَهُوَ حَبْرٌ». قال الشيخ الألباني : حسن
Aişə rəvayət edir ki, Allah Elçisi buyurdu: “Quranın ilk yeddi surəsini əzbərləyən alimdir“1498.
عَنْ وَاثِلَةَ بْنِ الأَسْقَعِ قَالَ: قَالَ رَسُوْلُ اللهِ : «أُعطِيْتُ مَكَانَ التَّورَاة السَّبْع الطِوَال وَمَكَانَ الزَّبُورِ الْمِئينَ وَمَكَانَ الإِنْجِيلِ الْمَثَانِي وَفُضِّلتُ بِالْمُفَصَّلِ». قال الألباني : صحيح .
Vasilə İbn Əsqai rəvayət edir ki, Allah Elçisi buyurdu: “Mənə Tövratın yerinə yeddi böyük (əl-Bəqərə, Ali-İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf və əl-Kəhf surələri), Zəburun yerinə yüz (və daha çox ayədən ibarət olan surələr), İncilin yerinə əl-Məsəni (əl-Fatihə surəsi) verildi və mən müfəssəl (əl-Hucurat surəsindən Quranın axırına qədər olan) surələrlə üstün tutuldum”1499.
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ : «إِنَّ للهِ أَهْلِينَ مِنَ النَّاسِ». قَالُوا: يَا رَسُوْلَ اللهِ! مَنْ هُمْ؟ قَالَ: «هُمْ أَهْلُ الْقُرآنِ، أَهْلُ اللهِ وَخَاصَتُهُ». قال الألباني : صحيح .
Ənəs İbn Məlik rəvayət edir ki, Allah Elçisi buyurdu: “Həqiqətən, insanlardan Allahın əhli vardır”. Dedilər: “Ey Allahın Elçisi! Onlar kimlərdir?” Allah Elçisi: “Onlar - Quran əhli, Allaha xas olanlardır”1500.
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ «أَيُحِبُّ أَحَدُكُمْ إِذَا رَجَعَ إِلَى أَهْلِهِ أَنْ يَجِدَ فِيهِ ثَلاَثَ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ». قُلْنَا نَعَمْ. قَالَ «فَثَلاَثُ آيَاتٍ يَقْرَأُ بِهِنَّ أَحَدُكُمْ فِى صَلاَتِهِ خَيْرٌ لَهُ مِنْ ثَلاَثِ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ».
Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi buyurdu: “Sizdən biri ailəsinin yanına qayıtdıqda, evində üç irisümüklü, kök, hamilə dəvə görmək istəməzmi?”. Biz: “Bəli”- deyə cavab verdik. O belə buyurdu: “Sizdən birinizin namazda oxuduğu üç ayə, sizin üçün üç irisümüklü, kök, hamilə dəvədən daha xeyirlidir”1501.