اداب الدعاء
DUANIN ƏDƏBLƏRİ
1) Allaha Zikr Edilən Yerin Təmiz Olması
"فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ"
“Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (ən-Nur 36).
2) Dua Edərkən Dəstnəmazlı Olmaq
عَنْ أَبِى مُوسَى قَالَ: لَمَّا فَرَغَ النَّبِىُّ مِنْ حُنَيْنٍ بَعَثَ أَبَا عَامِرٍ عَلَى جَيْشٍ إِلَى أَوْطَاسٍ فَلَقِىَ دُرَيْدَ بْنَ الصِّمَّةِ،…فَرَجَعْتُ فَدَخَلْتُ عَلَى النَّبِىِّ فِى بَيْتِهِ عَلَى سَرِيرٍ مُرْمَلٍ وَعَلَيْهِ فِرَاشٌ قَدْ أَثَّرَ رِمَالُ السَّرِيرِ بِظَهْرِهِ وَجَنْبَيْهِ، فَأَخْبَرْتُهُ بِخَبَرِنَا وَخَبَرِ أَبِى عَامِرٍ، وَقَالَ قُلْ لَهُ اسْتَغْفِرْ لِى، فَدَعَا بِمَاءٍ فَتَوَضَّأَ ثُمَّ رَفَعَ يَدَيْهِ فَقَالَ: «اللَّهُمَّ اغْفِرْ لِعُبَيْدٍ أَبِى عَامِرٍ». وَرَأَيْتُ بَيَاضَ إِبْطَيْهِ ثُمَّ قَالَ: «اللَّهُمَّ اجْعَلْهُ يَوْمَ الْقِيَامَةِ فَوْقَ كَثِيرٍ مِنْ خَلْقِكَ مِنَ النَّاسِ». فَقُلْتُ وَلِى فَاسْتَغْفِرْ. فَقَالَ: «اللَّهُمَّ اغْفِرْ لِعَبْدِ اللَّهِ بْنِ قَيْسٍ ذَنْبَهُ وَأَدْخِلْهُ يَوْمَ الْقِيَامَةِ مُدْخَلاً كَرِيمًا».
Uzun bir hədisin son hissəsi: Əbu Musa demişdir: “Peyğəmbər Huneyn döyüşünü başa çatdırdıqdan sonra Əbu Amirin başçılığı altında Əvtasa qoşun göndərdi... Mən geri qayıtdıqda gəlib Peyğəmbərin evinə daxil oldum. Peyğəmbər üstü xurma liflərindən toxunmuş və üstünə nazik örtük sərilmiş bir çarpayıda uzanmışdı. İplər onun kürəyində və böyründə iz buraxmışdı. Mən həm bizim, həm də Əbu Amirin başına gələnləri ona danışdım. (Dedim: “Ya Rəsulullah, Əbu Amir) dedi: “Peyğəmbərə deyərsən, mənim üçün bağışlanma diləsin”. Onda Peyğəmbər su gətizdirib dəstəmaz aldı, sonra əllərini (göyə) qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri bağışla!” (Peyğəmbər əllərini elə qaldırdı ki, hətta) mən onun qoltuğunun ağlığını gördüm. O davam edib dedi: “Allahım, Qiyamət günü onu yaratdığın insanların bir çoxundan üstün et!”. Mən dedim: “(Ya Rəsulullah,) mənim üçün də bağışlanma dilə.” Peyğəmbər (dua edib) dedi: “Allahım, Abdullah ibn Qeysin günahlarını bağışla və Qiyamət günü onu olduqca şərəfli bir məqama çatdır!”22.
3) Dişləri Sivakla Təmizləmək
Çünki dua dil ilə edilən ibadətdir və ağızın dua edərkən təmizlənməsi gözəl ədəblərdəndir. Necə ki, sünnədə namaz və Quran oxunan zaman ağızı misvak ilə təmizləmək varid olmuşdur. Məqsəd Allahı zikr edilən yerin təmiz olmasıdır.
حَدَّثَنِي نَافِعٌ عَنْ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِي غَزْوَةِ خَيْبَرَ مَنْ أَكَلَ مِنْ هَذِهِ الشَّجَرَةِ يَعْنِي الثُّومَ فَلَا يَقْرَبَنَّ مَسْجِدَنَا.
Peyğəmbər Xeybər günü buyurdu: "Bu ağacdan – yəni, (soğan), sarımısaq yeyən bizim məscidimizə yaxınlaşmasın”23.
4) Qibləyə Yönəlmək
عُمَرُ بْنُ الْخَطَّابِ قَالَ لَمَّا كَانَ يَوْمُ بَدْرٍ نَظَرَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- إِلَى الْمُشْرِكِينَ وَهُمْ أَلْفٌ وَأَصْحَابُهُ ثَلاَثُمِائَةٍ وَتِسْعَةَ عَشَرَ رَجُلاً فَاسْتَقْبَلَ نَبِىُّ اللَّهِ -صلى الله عليه وسلم- الْقِبْلَةَ ثُمَّ مَدَّ يَدَيْهِ فَجَعَلَ يَهْتِفُ بِرَبِّهِ « اللَّهُمَّ أَنْجِزْ لِى مَا وَعَدْتَنِى اللَّهُمَّ آتِ مَا وَعَدْتَنِى اللَّهُمَّ إِنْ تَهْلِكْ هَذِهِ الْعِصَابَةُ مِنْ أَهْلِ الإِسْلاَمِ لاَ تُعْبَدْ فِى الأَرْضِ ».
Ömər rəvayət edir ki: “Bədr günü Peyğəmbər müşriklərə baxdı. Onlar min, əshabı isə üç yüz on doqquz nəfər. Peyğəmbər qibləyə yönələrək əllərini göyə qaldırdı və Rəbbinə: “Allahım! Mənə vəd etdiyini yerinə yetir! Allahım! Mənə vəd etdiyini mənə ver! Allahım! Əgər sən İslam əhli olan bu camaatı həlak etsən, Yer üzündə sənə ibadət edən olmaz!” deyə nida etdi24.
عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ اسْتَقْبَلَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْكَعْبَةَ فَدَعَا عَلَى نَفَرٍ مِنْ قُرَيْشٍ عَلَى شَيْبَةَ بْنِ رَبِيعَةَ وَعُتْبَةَ بْنِ رَبِيعَةَ وَالْوَلِيدِ بْنِ عُتْبَةَ وَأَبِي جَهْلِ بْنِ هِشَامٍ فَأَشْهَدُ بِاللَّهِ لَقَدْ رَأَيْتُهُمْ صَرْعَى قَدْ غَيَّرَتْهُمْ الشَّمْسُ وَكَانَ يَوْمًا حَارًّا.
İbn Məsud rəvayət edir ki, Peyğəmbər Kəbəyə yönələrək Qureyşdən olan: Şeybə İbn Rabia, Utbə İbn Rabia, Valid İbn Utbə, Əbu Cəhl İbn Hişəm bir neçə nəfərə bəd dua etdi. Allah şahiddir ki, mən onların hamısını (Bədr döyüşündə) yerə sərildiyini (öldürüldüyünü) gördüm. Günəşin istisi onların (cəsədlərini) dəyişmişdir”25.
عن أبي هريرة قال: قال رسول الله : (( إنّ لكلِّ شيءٍ سيداً, وإنَّ سيِّد المجالسِ قِباَلَة القِبْلَة )) قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər bir şeyin Seyyidi (ağası) vardır, məclislərin (zikr, dua, elm) ağası isə qibləyə yönəlməkdir“26.
عن أبي هريرة قال قدم الطفيل بن عمرو الدوسي على رسول الله فقال يا رسول الله أن دوساً قد عصت وأبت فادع الله عليها! فاستقبل رسول الله القبلة ورفع يديه, فظن الناس أنه يدعو عليهم فقال: ((اللَّهُمَّ اهْدِ دَوْسًا، وَائْتِ بِهِمْ)) قال الشيخ الألباني : صحيح
Əbu Hureyra rəvayət edir ki, Tufeyl İbn Amr əd-Dövsi Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın elçisi! Dövs qəbiləsi asilik etmiş və (haqdan) üz çevirmişdir. Onların əleyhinə Allaha dua et!”. Peyğəmbər üzünü qibləyə tutub əllərini (göyə) qaldırdı. Camaat elə zənn etdi ki, Peyğəmbər onlara bəddua edəcək. (O isə əksinə): “Allahummə İhdi Dousən Vəti Bihim – Allahım! Dövs qəbiləsini doğru yola yönəlt və onları (haqqa) gətir”- deyə dua etdi27.
5) Əlləri Qaldırmaq
Duanın ən böyük ədəblərindən biri də, dua edərkən əlləri qaldırmaqdır. Çünki qul əllərini Rəbbinə tərəf qaldırmaqla özünün Ona olan acizliyini bildirir.
فَتَوَضَّأَ ثُمَّ رَفَعَ يَدَيْهِ فَقَالَ: «اللَّهُمَّ اغْفِرْ لِعُبَيْدٍ أَبِى عَامِرٍ». وَرَأَيْتُ بَيَاضَ إِبْطَيْهِ...
Əbu Musa demişdir: “...Onda Peyğəmbər su gətizdirib dəstəmaz aldı, sonra əllərini (göyə) qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri bağışla!” (Peyğəmbər əllərini elə qaldırdı ki, hətta) mən onun qoltuğunun ağlığını gördüm28.
عن سلمان قال: قال رسول الله : (( إنَّ الله حَيِيٌّ كريمٌ, يَسْتَحي إذا رَفع الرجلُ إليه يدَيه أن يردَّهما صِفْراً خائبتين )) قال الشيخ الألباني : صحيح
Salman (Farisi) rəvayət edir ki, Rəsulullah buyurdu: «Həya və Kərim sahibi olan Rəbbimiz əllərini ona tərəf qaldıran qulunun əllərini geri boş qaytarmaqdan Həya edir»29.
وعن أنس رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم إن الله رحيم كريم يستحيي من عبده أن يرفع إليه يديه ثم لا يضع فيهما خيرا. قال الشيخ الألباني : صحيح
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Rahim və Kərim sahibi olan Allah əllərini Ona tərəf qaldırmış qulunun əllərinə xeyir qoymadan geri qaytarmaz”30.
Dua Edərkən Əlləri Qaldırmaq Üç Cür Olur:
1. Ümumi Duanın Məqamı - buna istəmək deyilir. Qaydası: Əlləri çiyinlərinə bərabər, yaxud yaxın tutub ovucunu açaraq bir-birinə birləşdirirsən və əllərinin içini göyə, üstünü isə yerə, yaxud, içini üzünə üstünü isə qibləyə tərəf tutursan. Bu məqamdan Vitir namazında qunut tutarkən, istisqa (yağış) duası edərkən, həcc vaxtı dua edərkən əllərin qaldırılması sünnədə olan altı yerdə dua edərkən, yaxud da, hər hansı bir vaxtda dua etmək istəyərkən edilir.
حَدَّثَنِى الْعَبَّاسُ بْنُ عَبْدِ اللَّهِ بْنِ مَعْبَدِ بْنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ الْمَسْأَلَةُ أَنْ تَرْفَعَ يَدَيْكَ حَذْوَ مَنْكِبَيْكَ أَوْ نَحْوَهُمَا وَالاِسْتِغْفَارُ أَنْ تُشِيرَ بِأُصْبُعٍ وَاحِدَةٍ وَالاِبْتِهَالُ أَنْ تَمُدَّ يَدَيْكَ جَمِيعًا. قال الألباني : صحيح .
İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “İstəmək (dua) - odur ki, əllərini çiyinlərinə bərabər, yaxud yaxın tutaraq qaldırasan. İstiğfar (bağışlanma diləmək) - odur ki, bir barmağınla (şəhadət barmağınla) işarə edəsən. İbtihəl (yalvarmaq) - odur ki, əllərini (qollarınla) birlikdə qaldırasan”31.
2. Bu Məqama İstiğfar – bağışlanma diləmək deyilir. Qaydası: Sağ əlinin şəhadət barmağını qaldırırsan. Bu məqamdan əsasən zikr edərkən, xütbədə dua edərkən, namazda təşəhhüd oxuyarkən, namaz xaricində Təhlil (Lə Iləhə Illəllah), Təsbih (Subhənallah) deyərkən edilir.
عَنْ عُمَارَةَ بْنِ رُؤَيْبَةَ قَالَ رَأَى بِشْرَ بْنَ مَرْوَانَ عَلَى الْمِنْبَرِ رَافِعًا يَدَيْهِ فَقَالَ قَبَّحَ اللَّهُ هَاتَيْنِ الْيَدَيْنِ لَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- مَا يَزِيدُ عَلَى أَنْ يَقُولَ بِيَدِهِ هَكَذَا. وَأَشَارَ بِإِصْبَعِهِ الْمُسَبِّحَةِ.
Umarə İbn Rueybə rəvayət edir ki, Bişr İbn Mərvan minbər üzərində əllərini qaldırdığını görür və Allah bu əllərin xeyirini kəssin. Peyğəmbərin əli ilə bundan artıq etdiyini görmədim deyərək şəhadət barmağına işarə etdi32.
عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ مَا رَأَيْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- شَاهِرًا يَدَيْهِ قَطُّ يَدْعُو عَلَى مِنْبَرِهِ وَلاَ عَلَى غَيْرِهِ وَلَكِنْ رَأَيْتُهُ يَقُولُ هَكَذَا وَأَشَارَ بِالسَّبَّابَةِ وَعَقَدَ الْوُسْطَى بِالإِبْهَامِ. قال الألباني : ضعيف .
Səhl İbn Sad rəvayət edir ki, Peyğəmbər nə minbər üzərində, nə də başqa bir yerdə əllərini qaldıraraq dua etdiyini heç görmədim. Lakin işarət (şəhadət) barmağını qaldırdı, orta və baş barmağını isə birləşdirdiyini gördüm”33.
عَنْ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ قَالَ مَرَّ عَلَىَّ النَّبِىُّ -صلى الله عليه وسلم- وَأَنَا أَدْعُو بِأُصْبُعَىَّ فَقَالَ « أَحِّدْ أَحِّدْ ». وَأَشَارَ بِالسَّبَّابَةِ. قال الألباني : صحيح .
Sad İbn Əbi Vaqqas rəvayət edir ki, iki barmağımla dua etdiyim zaman Peyğəmbər mənim yanımdan ötürdü və o, şəhadət barmağını göstərərək: “Təklə, Təklə” deyə buyurdu34.
3. Bu Məqama Yalvarmaq Və Ya Qorxu Duası Da Deyilir - Qaydası: Əlləri qollarınla birlikdə tam olaraq qoltuğun altı görünənədək göyə qaldırırsan. Bu məqamdan, əsasən şiddətli qorxu anında, yəni: döyüşdə, şiddətli quraqlıq baş verərsə, yağışın yağması üçün və ya ən çətin anlarda istifadə olunur.
أَنَسًا عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَفَعَ يَدَيْهِ حَتَّى رَأَيْتُ بَيَاضَ إِبْطَيْهِ.
Ənəs rəvayət edir ki, Peyğəmbər dua edərkən əllərini qaldırdı və mən onun qoltuğunun altının ağlığını gördüm”35.
عن أنس بن مالك أن النبي صلى الله عليه و سلم استسقى فأشار بظهر كفيه إليه
Ənəs rəvayət edir ki, Peyğəmbər ovcunun üst hissəsini göyə tutaraq yağış duası etdi”36.
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- يَدْعُو هَكَذَا بِبَاطِنِ كَفَّيْهِ وَظَاهِرِهِمَا. قال الألباني : صحيح .
Ənəs rəvayət edir ki, Peyğəmbər ovcunun üstü və içi ilə dua edərkən gördüm”37.
حَدَّثَنَا سُفْيَانُ حَدَّثَنِى عَبَّاسُ بْنُ عَبْدِ اللَّهِ بْنِ مَعْبَدِ بْنِ عَبَّاسٍ بِهَذَا الْحَدِيثِ قَالَ فِيهِ وَالاِبْتِهَالُ هَكَذَا وَرَفَعَ يَدَيْهِ وَجَعَلَ ظُهُورَهُمَا مِمَّا يَلِى وَجْهَهُ. قال الألباني : صحيح .
Sufyan, Abbas İbn Abdullah İbn Mabəd İbn Abbas öncəki hədisi rəvayət edərək zəlil olaraq dua (etməyin ədəbi) belədir dedi və: “Əllərinin üstünü üzü tərəfinə gələcək şəkildə qaldırdı”38.
Bu hədisə görə bəzi qardaşlarımız zənn edirlər ki, dua edərkən əllərin üstünü göyə, içini isə yerə tərəf tutmaq sünnədir. Lakin bütün hədisləri cəm etdikdən sonra, bu hədisin mənasını belə başa düşmək olar. Yəni Peyğəmbər əllərini qolları ilə birlikdə o, qədər göyə qaldırdı ki, hətta, əlləri arxaya əyildi və sanki əllərinin üstü göyə baxırdı.
عَنْ مَالِكِ بْنِ يَسَارٍ السَّكُونِىِّ ثُمَّ الْعَوْفِىِّ أَنَّ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- قَالَ « إِذَا سَأَلْتُمُ اللَّهَ فَاسْأَلُوهُ بِبُطُونِ أَكُفِّكُمْ وَلاَ تَسْأَلُوهُ بِظُهُورِهَا ».قال الألباني :حسن صحيح .
Məlik İbn Yəsər əs-Səkuni rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allahdan istədiyiniz (dua etdiyiniz) zaman ovuclarınızın içi ilə istəyin, üstü ilə istəməyin"39.
6) Dua Zamanı Əlləri Qaldırarkən Yol Verilən Xətalar
1. Dua zamanı əlləri qaldırarkən üstünü göyə, içini isə yerə tutmaq.
2. Əlləri göbəklə bərabər və ya daha da aşağı tutmaq.
3. Əlləri dua üçün qaldırmamışdan öncə, yaxud, sonra bir-birinə sürtmək və ya öpmək.
4. Namazdan sonra sağ əli başın üzərinə qoyaraq dua etmək.
5. Fərz yox, nafilə namazlarından sonra camaat halında olmadan əlləri qaldıraraq dua etmək barəsində Peyğəmbərdən bir neçə səhih hədislər varid olmuşdur, bu da nafilə namazlarından sonra əlləri qaldıraraq dua etməyin icazəli olduğuna dəlalət edir.
6. Namaz daxilində dua edərkən göyə baxmaq. Ümumiyyətlə istər namaz daxilində əlləri qaldıraraq qunut tutarkən, istərsə də namaz xaricində əlləri qaldıraraq dua edərkən ovucun içinə baxılır. Namaz daxilində dua edərkən göyə baxmağa gəldikdə isə, bütün alimlər namazın daxilində olarkən Peyğəmbərdən varid olan səhih hədislərə istinadən göyə baxmağın qadağan olduğu barəsində ittifaq etmişdirlər.
عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « لَيَنْتَهِيَنَّ أَقْوَامٌ يَرْفَعُونَ أَبْصَارَهُمْ )عِنْدَ الدُّعَاءِ( إِلَى السَّمَاءِ فِى الصَّلاَةِ أَوْ لاَ تَرْجِعُ إِلَيْهِمْ )أَوْ لَيَخْطِفَنَّ اللَّهُ أَبْصَارَهُمْ(».
Cabir İbn Səmura rəvayət edir ki, Peyğəmbər buyurdu: “Namaz əsnasında göyə (yuxarı) nəzər salanlar (etdikləri əməldən) çəkinsinlər! Əks halda Allah onların gözlərini geri qaytarmaz (onları kor edər)»40
Namazın xaricində dua edərkən göyə baxmaq barəsində isə bir neçə dəlillər vardır ki, bu da namaz xaricində dua edərkən göyə baxmağın şəriətdə icazəli olduğuna dəlalət edir. Məlum olduğu kimi müsəlmanların ilk qibləsi Qüds şəhərindəki Əqsa məscidi idi. Lakin Peyğəmbərin qiblənin Məkkə şəhərindəki Kəbə məscidinin olmasını arzulayar və bunun üçün də göyə baxaraq dua edərdi.
"قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ وَإِنَّ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ"
“Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.”. (əl-Bəqərə 144).
7) Duadan Əvvəl Allaha Həmd-Səna Etmək Və Peyğəmbərə Salavat Gətirmək
عن فضالة بن عبيد قال: بينما رسول الله قاعدٌ إذ دخل رجلٌ فصلَّى فقال: اللهم اغفر لي وارحمني, فقال: رسول الله : (( عَجِلْتَ أيها المصلِّي! إذا صليت فقعدت فاحمد الله بما هو أهله, وصلِّ علىِّ, ثم ادعُهُ )) قال: ثم صلى رجل آخر بعد ذلك, فحمد الله وصلى على النبي فقال له النبي : (( أيها المصلِّي! ادْعُ تُجَبْ )) قال الشيخ الألباني : صحيح
Fudala İbn Ubeyd rəvayət edir ki, Peyğəmbər oturmuşdu. Bir kişi daxil olaraq namaz qılmağa başladı və dedi: “Allahumməğfirliy Vərhəmni - Allahım, məni bağışla və mənə rəhm et!”. Peyğəmbər: “Ey namaz qılan, tələsdin. Namaz qılıb oturduqdan sonra, Allaha layiqincə həmd et, mənə salavat de, sonra Allaha dua et”. Ondan sonra başqa bir kişi namaz qılır, Allaha həmd edərək, Peyğəmbərə salavat gətirir və (Başqa heç bir şey etmədi). Peyğəmbər: “Ey namaz qılan, dua et, duan qəbul olar”41.
Dua əsnasında Peyğəmbərə salavat gətirmək üç cür olur:
1. Dua etməzdən əvvəl, Allaha həmd-səna etdikdən sonra salavat demək.
2. Duanın əvvəlində, ortasında və sonunda salavat demək.
3. Duadan əvvəl və sonra salavat demək. Dua edərkən Peyğəmbərə salavat demək açara bənzəyir. İbn Qeyyim deyir ki: “Namazın açarı dəstəmaz olduğu kimi, duanın da açarı Peyğəmbərə salavat gətirməkdir”42.
8) İnsanın Dua Edərkən Günahkar Olduğunu Etiraf Etməsi
"وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ"
“Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!" Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!”. (əl-Ənbiya 87-88).
عن سداد بن أوس عن النبي قال: ((سَيِّدُ الِاسْتِغْفَارِ أَنْ تَقُولَ) أَلاَ أَدُلُّكَ عَلَى سَيِّدِ الاِسْتِغْفَارِ( اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ. ومَن قالَها مِنَ النَّهارِ مُوقِناً بِهَا, فَماتَ مِنْ يَوْمِه قَبْلَ أَنْ يُمْسي, فَهو مِنْ أَهْلِ الجنَّة, وَمَنْ قَالَها مِنْ اللّيِل وَهُو مُوقِنٌ بِها, فَماتَ قَبْلَ أَنْ يُصْبح, فَهو مِنْ أهْل الجنَّة. ) لاَ يَقُولُهَا أَحَدُكُمْ حِينَ يُمْسِى فَيَأْتِى عَلَيْهِ قَدَرٌ قَبْلَ أَنْ يُصْبِحَ إِلاَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ وَلاَ يَقُولُهَا حِينَ يُصْبِحُ فَيَأْتِى عَلَيْهِ قَدَرٌ قَبْلَ أَنْ يُمْسِىَ إِلاَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ (
Səddəd İbn Əus rəvayət edir ki, Peyğəmbər buyurdu: “İstiğfarın (Allahdan bağışlanma diləməyin) ağasını öyrədimmi? “Allahummə, Əntə Rabbiy Lə Ilahə Illə Əntə, Xaləqtəniy Və Ənə Abdukə, Və Ənə Alə Ahdikə Və Və'dikə Məs Tətə'tu, Əuzu Bikə Min Şərri Mə Sanə'tu, Əbu'u Ləkə Bini'mətikə Aleyyi, Və Əbu'u Ləkə Bizənbiy, Fəğfir Liy Fəinnəhu Lə Yəğfiruz Zunubə Illə Əntə - Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan! - Kim bu kəlimələri yəqin olaraq sabahladığı zaman söyləyərsə və həmən günü axşamdan qabaq ölərsə o, kimsə Cənnət əhlindəndir. Həmçinin kim bu kəlimələri yəqin olaraq gecə vaxtı söyləyərsə və sabahlamamışdan qabaq ölərsə o, kimsə Cənnət əhlindəndir. (Başqa rəvayətdə: Sizdən biriniz bunu axşam deyərsə, sübhə qədər Allahın qədəri ilə ölüm ona gələrsə, Cənnət ona vacib olar. Səhər deyərsə, axşama qədər Allahın qədəri ilə ölüm ona gələrsə, Cənnət ona vacib olar)»43.
9) Allahı Zikr Edən Zikrində Davamlı Olmalı, Gündəlik Zikirlərdən Hər Hansınısa Buraxarsa Dərhal Onu Qaytarmalıdır
عُمَرَ بْنَ الْخَطَّابِ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « مَنْ نَامَ عَنْ حِزْبِهِ أَوْ عَنْ شَىْءٍ مِنْهُ فَقَرَأَهُ فِيمَا بَيْنَ صَلاَةِ الْفَجْرِ وَصَلاَةِ الظُّهْرِ كُتِبَ لَهُ كَأَنَّمَا قَرَأَهُ مِنَ اللَّيْلِ».
Peyğəmbər buyurdu: “Hər kim gündəlik olaraq davam etdiyi zikrlərdən (Quran, dua, zikr) hamısını və ya bir qismini oxumayıb yatarsa, sübh namazı ilə Zöhr namazı arasında (oxumadıqlarını) oxuyarsa sanki gecə oxumuş kimi ona savab yazılar”44.
"الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ"
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!”. (Ali İmran 191).
عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ -صلى الله عليه وسلم- يَذْكُرُ اللَّهَ عَلَى كُلِّ أَحْيَانِهِ.
Aişə rəvayət edir ki, Peyğəmbər Allahı hər bir anında zikr edərdi”45.
10) Öyrəndiyin Zikirlərdən Bir Dəfə Də Olsa Belə Əməl Etməsi Və - Allahın İznilə - Allahı Zikr Edənlərdən Ola Bilmək Üçün Bacardığın Qədərini Yerinə Yetirmək
عن أبي هريرة عبد الرحمن بن صخر رضي الله عنه ، قال : سمعت رسول الله صلي الله عليه وسلم يقول:( وما نهيتكم عنه فاجتنبوه ، وما أمرتكم يه فأتوا منه ما استطعتم ، فإنما أهلك الذين من قبلكم كثرة مسائلهم واختلافهم علي أنبيائهم ) .
Əbu Hureyrə, AbdurRahmən İbn Saxr rəvayət edir ki, Peyğəmbər buyurdu: «Sizə nəyi qadağan etsəm ondan çəkinin, nəyi əmr etmişəmsə ondan bacardığınız qədər yerinə yetirin. Həqiqətən sizdən əvvəlki ummətləri çox sual vermələri və Peyğəmbərlərinə müxalif olmaları həlak etdi»46.
11) Dua Edənin Məqsədinin Xeyirli Olması
Yəni insan dua edərkən, əgər Allah onun duasını qəbul edərsə həmin duadan doğan səmərəni xeyirli işdə sərf edəcəyini niyyət etməlidir. Məs: “Allahım, mənə mal-dövlət ver, İslam dininin güclənməsinə sərf edim” “Allahım! kasıblara kömək edim”, “Allahım, mənə ismətli olmaq üçün, günahlardan qorunmaq üçün əməlisaleh zövcə nəsib et” və s.
"قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي. وَيَسِّرْ لِي أَمْرِي. وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي. يَفْقَهُوا قَوْلِي. وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي. هَارُونَ أَخِي. اشْدُدْ بِهِ أَزْرِي. وَأَشْرِكْهُ فِي أَمْرِي. كَيْ نُسَبِّحَكَ كَثِيرًا. وَنَذْكُرَكَ كَثِيرًا. إِنَّكَ كُنْتَ بِنَا بَصِيرًا. قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَى"
“Musa dedi: "Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar! Mənə öz ailəmdən bir köməkçi ver – Qardaşım Harunu! Onun sayəsində mənim gücümü artır! Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Sənə çoxlu təriflər eyək və Səni çox zikr edək. Şübhəsiz ki, Sən bizi görürsən!". Allah buyurdu: "Dilədiyin sənə verildi, ey Musa!”. (Ta ha 25-36).
عَنْ أَبِى عَبْدِ الرَّحْمَنِ الْحُبُلِىِّ عَنِ ابْنِ عَمْرٍو قَالَ قَالَ النَّبِىُّ -صلى الله عليه وسلم- « إِذَا جَاءَ الرَّجُلُ يَعُودُ مَرِيضًا فَلْيَقُلِ اللَّهُمَّ اشْفِ عَبْدَكَ يَنْكَأُ لَكَ عَدُوًّا أَوْ يَمْشِى لَكَ إِلَى جَنَازَةٍ ». قَالَ أَبُو دَاوُدَ وَقَالَ ابْنُ السَّرْحِ « إِلَى صَلاَةٍ ». قال الألباني : صحيح.
İbn Amr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir nəfər xəstə (qardaşını) ziyarətə gəldiyi zaman:”Ey Allahım! Bu quluna şəfa ver. Sənin rızan üçün düşmənlərlə döyüşər və cənazə (namazına) gedər”47.
12) Dua Edərkən Ağlamaq
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ النَّبِىَّ -صلى الله عليه وسلم- تَلاَ قَوْلَ اللَّهِ عَزَّ وَجَلَّ فِى إِبْرَاهِيمَ ( رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِنَ النَّاسِ فَمَنْ تَبِعَنِى فَإِنَّهُ مِنِّى) الآيَةَ. وَقَالَ عِيسَى عَلَيْهِ السَّلاَمُ ( إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ) فَرَفَعَ يَدَيْهِ وَقَالَ « اللَّهُمَّ أُمَّتِى أُمَّتِى ». وَبَكَى فَقَالَ اللَّهُ عَزَّ وَجَلَّ يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ وَرَبُّكَ أَعْلَمُ فَسَلْهُ مَا يُبْكِيكَ فَأَتَاهُ جِبْرِيلُ - عَلَيْهِ الصَّلاَةُ وَالسَّلاَمُ - فَسَأَلَهُ فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- بِمَا قَالَ. وَهُوَ أَعْلَمُ. فَقَالَ اللَّهُ يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ فَقُلْ إِنَّا سَنُرْضِيكَ فِى أُمَّتِكَ وَلاَ نَسُوءُكَ.
Abdullah İbn Amr İbn əl-Ass rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allahın İbrahim barəsində buyurduğu: “Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhmlisən”. (İbrahim 36). Və İsa bu kəlamını: “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!". (əl-Maidə 118). oxuyaraq, əllərini qaldırıb dedi: “Allahım, ümmətim, ümmətim!” və ağlamağa başladı. Allah hər şeyi daha yaxşı bildiyi halda buyurdu: “Ey Cəbrail, Muhəmmədin yanına get və soruş ki, səni ağladan nədir?”. Cəbrail onun yanına gələrək soruşur və Peyğəmbərin dediklərini - Allaha bildiyi halda -xəbər verir. Allah: “Ey Cəbrail, Muhəmmədin yanına gedərək de ki, Biz səni ümmətin üçün istədiyin şeydə razı salacağıq və səni pərişan etmərik”48.
13) Dua Edənin Çətinlikdə Və Ehtiyaclı Olmasını Allaha Bildirməsi
"وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ. فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ"
“Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: "Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!". Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər”. (əl-Ənbiya 89-90).
14) Duanın Qısa, Lakin Çox Mənalı Və Gözəl Kəlmələrlə Olması
Edilən dua uzunçuluqdan, lazımsız və artıq kəlmələrdən uzaq olmalıdır.
عَنْ عَائِشَةَ رضى الله عنها قَالَتْ كَانَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- يَسْتَحِبُّ الْجَوَامِعَ مِنَ الدُّعَاءِ وَيَدَعُ مَا سِوَى ذَلِكَ. قال الألباني : صحيح .
Aişə rəvayət edir ki, Allah Elçisi Cəvəmiul (qısa və çox mənalı) duaları sevər və bundan qeyrilərini tərk edərdi”49.
15) Dua Edənin Ən Birinci Özündən Başlaması
عَنْ أُبَىِّ بْنِ كَعْبٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- إِذَا دَعَا بَدَأَ بِنَفْسِهِ وَقَالَ « رَحْمَةُ اللَّهِ عَلَيْنَا وَعَلَى مُوسَى لَوْ صَبَرَ لَرَأَى مِنْ صَاحِبِهِ الْعَجَبَ وَلَكِنَّهُ قَالَ (إِنْ سَأَلْتُكَ عَنْ شَىْءٍ بَعْدَهَا فَلاَ تُصَاحِبْنِى قَدْ بَلَغْتَ مِنْ لَدُنِى) ». طَوَّلَهَا حَمْزَةُ. قال الألباني : صحيح.
Ubeyy İbn Kəb rəvayət edir ki, Peyğəmbər dua etdiyi zaman ilk öncə özündən başlayardı. (Bir gün) buyurdu: “Allahın rəhməti bizim və (qardaşım) Musanın üzərinə olsun. Əgər (o) yoldaşından gördüyü şeylərə səbr etsəydi (Xızırdan bu gördükləri haqqında sual verməsəydi daha çox hadisələrin şahidi olardıq). Lakin o, (gördüklərinə səbr etməyərək) buyurdu: "Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın"50.
"وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ"
“Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (əl-Həşr 10). Əgər başqası üçün dua etmək istəyirsə özünə dua etmədən ona etdiyi dua ilə kifayətlənə bilər.
16) Duanı Bir Neçə Dəfə Təkrar Etmək
عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ عَبْدِ اللَّهِ أَنَّ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- كَانَ يُعْجِبُهُ أَنْ يَدْعُوَ ثَلاَثًا وَيَسْتَغْفِرَ ثَلاَثًا. قال الألباني : ضعيف .
İbn Məsud rəvayət edir ki, Peyğəmbər üç dəfə dua və üç dəfə istiğfar etməyi xoşlayardı”51.
17) Davamlı Olaraq Hər Bir Zaman Dua Etmək
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُوْلُ اللهِ : «مَنْ سَرَّهُ أَنْ يَسْتَجِيْبَ اللهُ لَهُ عِنْدَ الشَّدَائِدِ وَالْكُرَبِ فَلْيُكْثِرِ الدُّعَاءَ فِي الرَخَاءِ». قال الألباني : صحيح.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sıxıntılı və kədərli anlarda duasının qəbul olması kimi sevindirirsə, rahatlıq olan zamanda duasını çoxaltsın”52. O, kəslər kimi olmayın ki, onlar yalnız başlarına iş gəldiyi, çətin anlarında Allahı xatırlayarlar.
"وَإِذَا مَسَّ الْإِنْسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِنْ قَبْلُ وَجَعَلَ لِلَّهِ أَنْدَادًا لِيُضِلَّ عَنْ سَبِيلِهِ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِ"
“İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: "Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!". (əz-Zumər 8).
"وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاءٍ عَرِيضٍ"
“İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar”. (əl-Fussilət 51).
"فَإِذَا مَسَّ الْإِنْسَانَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَاهُ نِعْمَةً مِنَّا قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَى عِلْمٍ بَلْ هِيَ فِتْنَةٌ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ. قَدْ قَالَهَا الَّذِينَ مِنْ قَبْلِهِمْ فَمَا أَغْنَى عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ"
“İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir: "Bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir!" Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir. Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları şeylər onlara heç bir fayda vermədi”. (əz-Zumər 49-50).
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُوْلُ اللهِ : تعرف إلى الله في الرخاء يعرفك في الشدة . قال الألباني : صحيح.
Peyğəmbər buyurdu: “Allahı xoş anında (ibadət, dua və s. edərək) tanı ki, Allah da səni çətin anında tanısın”53. Əbu Dərda rəvayət edir ki: “Şən günlərində Allaha dua et ki, O da sənin duanı çətin günlərində qəbul etsin”54.
18) Sevgi, Qorxu Və Ümid İlə Yalvararaq Dua Etmək
"فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ"
“Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər”. (əl-Ənbiya 90).
"تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ"
“Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər”.(əs-Səcdə 16).
19) Dua Edərkən Əzm Edərək Qətiyyətlə İstəmək
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَا يَقُولَنَّ أَحَدُكُمْ اللَّهُمَّ اغْفِرْ لِي إِنْ شِئْتَ اللَّهُمَّ ارْحَمْنِي إِنْ شِئْتَ لِيَعْزِمْ الْمَسْأَلَةَ فَإِنَّهُ لَا مُكْرِهَ لَهُ.
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Heç kəs “Allahım, istəyirsən məni bağışla”, “Allahım, istərsən mənə rəhm et” deməsin. İstədiyini əzm (qətiyyətlə) etsin. Çünki Allahı məcbur edən yoxdur”55.
20) Müsəlmanlar Üçün Dua Etmək
عن أم الدرداء قالت: حدثني سيدي (تعني: زوجها أبا الدرداء) أنه سمع رسول الله يقول: (( إذا دعا الرجلُ لأخيه بِظهرِ الغيبِ قالتِ الملائكةُ: ولـكَ بمثلٍ))
Ummu Darda rəvayət edir ki, ağam (Yəni, ərim Əbu Darda) mənə rəvayət etdi ki, Peyğəmbərin belə buyurduğunu eşitdim: “Bir kimsə müsəlman qardaşı üçün onun qeybində (yəni, yanında olmadığı zaman) dua etdiyi zaman mələklər onun üçün: “(Amin), misli qədəri sənə də verilsin” deyərlər56.
حدثنا سفيان بن وكيع حدثنا أبي عن سفيان عن عاصم بن عبيد الله عن سالم عن ابن عمر عن عمر : أنه استأذن النبي صلى الله عليه و سلم وسلم في العمرة فقال أي أخي أشركنا في دعائك ولا تنسنا قال الشيخ الألباني : ضعيف
Ömər rəvayət edir ki, Peyğəmbər Ümrəyə getmək üçün izin istəmişdim. O: “Ey Qardaşım! Dualarına bizi də ortaq et, bizi unutma” deyə buyurdu57.
21) Müsəlman Kişi Və Qadınlar Üçün Bağışlanma Diləmək
"فَاعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ"
“Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir”. (Muhəmməd 19).
"رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا"
“Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. (Nuh 28).
"وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ"
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (əl-Həşr 10).
عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ عَنِ النَّبِيِّ قَالَ: مَنِ اسْتَغْفَرَ لِلْمُؤْمِنِينَ وَالمُؤْمِنَاتِ كَتَبَ الله لَهُ بِكُلِّ مُؤْمِنٍ وَمُؤْمِنَةٍ حَسَنَةً. قال الشيخ الألباني : حسن
Ubadə İbn Samit rəvayət edir ki, Peyğəmbərin belə buyurduğunu eşitdim: «Kim mömin kişilər və mömin qadınlar üçün istiğfar (Allahdan bağışlanmalarını) diləyərsə, Allah hər mömin kişi və hər mömin qadın (sayına) görə ona savab yazar»58.
22) Möminlərə Tənə Və Lənət Etməkdən Uzaq Olmaq
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِيَ اللَّهُ عَنْهُمَا عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ الْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ وَالْمُهَاجِرُ مَنْ هَجَرَ مَا نَهَى اللَّهُ عَنْهُ. )والمؤمن من أمنه الناس على دمائهم وأموالهم(
Abdullah İbn Amr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Müsəlman o kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən salamat qalar”59.
حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي بُرْدَةَ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ عَلَى كُلِّ مُسْلِمٍ صَدَقَةٌ فَقَالُوا يَا نَبِيَّ اللَّهِ فَمَنْ لَمْ يَجِدْ قَالَ يَعْمَلُ بِيَدِهِ فَيَنْفَعُ نَفْسَهُ وَيَتَصَدَّقُ قَالُوا فَإِنْ لَمْ يَجِدْ قَالَ يُعِينُ ذَا الْحَاجَةِ الْمَلْهُوفَ قَالُوا فَإِنْ لَمْ يَجِدْ قَالَ فَلْيَعْمَلْ بِالْمَعْرُوفِ وَلْيُمْسِكْ عَنْ الشَّرِّ فَإِنَّهَا لَهُ صَدَقَةٌ .
Əbu Musa əl-Əşari rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər bir müsəlmana sədəqə vermək vacibdir. Dedilər: - Ey Allahın Peyğəmbəri, əgər tapmazsa? Dedi: - Əli ilə çalışsın, özünə mənfəət qazansın və sonra sədəqə versin. Dedilər: - Əgər bacarmazsa? Dedi: - Çətinlikdə olana kömək etsin. Dedilər: - Əgər bacarmazsa? Dedi: - Yaxşı işləri əmr etsin. Dedilər: - Əgər bacarmazsa? Dedi: - Şər verməkdən çəkinsin. Çünki bu onun üçün sədəqədir”60.
23) Ata - Ana Və Qohum Əqrəbaya Dua Etmək
"وَالَّذِينَ آمَنُوا مِنْ بَعْدُ وَهَاجَرُوا وَجَاهَدُوا مَعَكُمْ فَأُولَئِكَ مِنْكُمْ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ"
“Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə varis olmağa daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir”. (əl-Ənfal 75).
Əgər valideynlər müsəlmandırlarsa onlara rəhmət və məğfirət diləmək olar. Lakin kafir və ya müşrikdirlərsə, onlar üçün rəhmət və məğfirət diləmək olmaz.
"مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَى مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ"
“Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz”. (ət-Tövbə 113).
24) Allahdan Saleh Həyat Yoldaşı Və Saleh Övladlar İstəmək
وعن ثوبان رضي الله عنه قال لما نزلت والذين يكنزون الذهب والفضة قال كنا مع رسول الله صلى الله عليه وسلم في بعض أسفاره فقال بعض أصحابه أنزلت في الذهب والفضة لو علمنا أي المال خير فنتخذه فقال أفضله لسان ذاكر وقلب شاكر وزوجة مؤمنة تعينه على إيمانه .قال الشيخ الألباني : صحيح
Sovban rəvayət edir ki, bu ayə nazil olduğu zaman: “Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ” (ət-Tövbə 34) mən Peyğəmbər ilə bərabər səfərlərin birində idim. Bəzi səhabələr: “Bu ayə nazil oldu, bəs hansı mal daha xeyirlidir onu götürək?” dedilər. Peyğəmbər: “Ən xeyirli (mal) zikr edən dil, şükr edən qəlb və imanı artırmağa yardımçı olan möminə zövcədir”61.
25) Müsəlman Rəhbərlər Üçün Dua Etmək
عن أبي رقية تميم بن أوس الداري رضي الله عنه ، أن النبي صلي الله عليه وسلم قال : ( الدين النصيحة ). قلنا : لمن ؟ قال : ( لله ، واكتابه ، ولرسوله ، ولأئمة المسلمين وعامتهم )
Əbu Ruqayyə Təmim b. Əvus əd-Dari rəvayət edir ki, Peyğəmbər buyurdu: «Din nəsihətdir». Kimə? (Ya Rəsulullah!) deyə soruşduq. (Peyğəmbər) buyurdu: «Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara»62. Fudeyl İbn İyad deyir ki: “Əgər mənim qəbul olunası bir duam olsaydı o duanı başçı üçün edərdim. Çünki başçı islah və saleh olarsa ölkə və camaat əmin-amanlıqda olar”63.
26) Duanı Sakit Və Gizli Etmək
"ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ"
“Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir”. (əl-Əraf 55).
"وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ"
“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205).
عَنْ أَبِي مُوسَى قَالَ كُنَّا مَعَ رَسُولِ اللَّهِ فِي غَزَاةٍ فَجَعَلْنَا لَا نَصْعَدُ شَرَفًا وَلَا نَعْلُو شَرَفًا وَلَا نَهْبِطُ فِي وَادٍ إِلَّا رَفَعْنَا أَصْوَاتَنَا بِالتَّكْبِيرِ )هَلَّلْنَا وَكَبَّرْنَا( قَالَ فَدَنَا مِنَّا رَسُولُ اللَّهِ فَقَالَ يَا أَيُّهَا النَّاسُ ارْبَعُوا عَلَى أَنْفُسِكُمْ فَإِنَّكُمْ لَا تَدْعُونَ أَصَمَّ وَلَا غَائِبًا إِنَّمَا تَدْعُونَ سَمِيعًا بَصِيرًا ثُمَّ قَالَ يَا عَبْدَ اللَّهِ بْنَ قَيْسٍ أَلَا أُعَلِّمُكَ كَلِمَةً هِيَ مِنْ كُنُوزِ الْجَنَّةِ لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ. قال الشيخ الألباني : صحيح
Əbu Musa əl-Əşaridən demişdir: «(Bir gün) Allah Elçisi ilə bir döyüşdə idik. Biz yol gedərkən hər dəfə yüksək bir yerə qalxdıqda və hər hansı bir vadidən endikdə yüksək səslə (qışqıraraq, bağıraraq) təkbir (Allahu Əkbər) edərdik. (Başqa rəvayətdə: Lə İləhə İlləllah Vallahu Əkbər) Allah Elçisi bizə yaxınlaşıb belə buyurdu: «Ey insanlar! Özünüzə yazığınız gəlsin. Həqiqətən siz nə kar, nə də uzaq olana dua edirsiniz. Siz yalnız hər şeyi Eşidənə, hər şeyi Görənə dua edirsiniz». Sonra o: «Ey Abdullah İbn Qeys! (Başqa rəvayətdə: Ey Əbu Musa) Sənə Cənnət xəzinələrindən olan bir kəlimə öyrədimmi? (Sənə Cənnət qapılarından bir qapını göstərimmi?)»64 Bu: «Lə Həulə Və Lə Quvvətə Illə Billəh - Qüdrət və güc yalnız Allahdadır! - kəliməsidir»65. Həsənul Basri deyir ki: “...Müsəlmanlar dua etməkdə çox çalışardılar. Lakin onların səsləri eşidilməzdi. Yalnız özləri və Rəbləri arasında bir pıçıltı olardı”.
27) İnsanın Özünə, Yaxud Qeyrilərinə Bəd Dua (Qarğış) Etməməsi
"وَيَدْعُ الْإِنْسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ وَكَانَ الْإِنْسَانُ عَجُولًا"
“İnsan özünə xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir”. (əl-İsra 11).
"وَلَوْ يُعَجِّلُ اللَّهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُمْ بِالْخَيْرِ لَقُضِيَ إِلَيْهِمْ أَجَلُهُمْ فَنَذَرُ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ"
“Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik”. (Yunus 11). Mücahid bu ayənin təfsirində demişdir: “Şər dua insanın tələsərək övladına yaxud həyat yoldaşına qarğış etməsidir. Halbuki, etdiyi bəd duanın həyata keçməsini istəməz”66.
عن عبادة بن الصامت قال: قال رسول الله : « لاَ تَدْعُوا عَلَى أَنْفُسِكُمْ وَلاَ تَدْعُوا عَلَى أَوْلاَدِكُمْ وَلاَ تَدْعُوا عَلَى خَدَمِكُمْ وَلاَ تَدْعُوا عَلَى أَمْوَالِكُمْ لاَ تُوَافِقُوا مِنَ اللَّهِ تَبَارَكَ وَتَعَالَى سَاعَةَ نَيْلٍ فِيهَا عَطَاءٌ فَيَسْتَجِيبَ لَكُمْ».
Ubadə İbn Samit rəvayət edir ki, Peyğəmbər buyurdu: “Özünüzə (bəd) dua etməyin, uşaqlarınıza (bəd) dua etməyin, xidmətçilərinizə (bəd) dua etməyin, mallarınıza (bəd) dua etməyin. Ola bilər ki, Allahdan istənilənlərin qəbul edildiyi bir zamana yetişsin Allah da dilədiyinizi qəbul etsin”67.
28) Allahın Geniş Rəhmətini Heç Kəsdən Əsirgəməmək
أَبَا هُرَيْرَةَ قَالَ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي صَلَاةٍ وَقُمْنَا مَعَهُ فَقَالَ أَعْرَابِيٌّ وَهُوَ فِي الصَّلَاةِ اللَّهُمَّ ارْحَمْنِي وَمُحَمَّدًا وَلَا تَرْحَمْ مَعَنَا أَحَدًا فَلَمَّا سَلَّمَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِلْأَعْرَابِيِّ لَقَدْ حَجَّرْتَ وَاسِعًا يُرِيدُ رَحْمَةَ اللَّهِ.
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər namaza durdu və biz də durduq. Bir bədəvi namazın içində belə dedi: “Allahım, mənə və Muhəmmədə rəhm et, bizdən başqa heç bir kəsə rəhm etmə!”. Peyğəmbər salam verib namazı bitirərək bədəviyə dedi: “Artıq geniş olanı – Allahın rəhmətini - daraltdın”68.
عن عبد الله بن عمرو قال قال رجل اللهم اغفر لي ولمحمد وحدنا فقال النبي صلى الله عليه وسلم لقد حجبتها عن ناس كثير". قال الشيخ الألباني : صحيح
Abdullah İbn Amr rəvayət edir ki, bir kişi dedi: “Allahım! Yalnız Məni və Muhəmmədi bağışla”. Peyğəmbər: “Sən artıq məğfirəti çox insanlardan məhrum etdin”69.
29) İnsanın Özünü Çətinliyə Salaraq Duasını Qafiyə İlə Deməsi
Dua edərkən dua edənin özünü çətinliyə salaraq duasını qafiyə ilə deməsi məkruh olan əməldir. Çünki bunu nə Peyğəmbər , nə də səhabələri etmişlər.
عَنْ ابْنِ عَبَّاسٍ قَالَ... فَانْظُرْ السَّجْعَ مِنْ الدُّعَاءِ فَاجْتَنِبْهُ فَإِنِّي عَهِدْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابَهُ لَا يَفْعَلُونَ إِلَّا ذَلِكَ يَعْنِي لَا يَفْعَلُونَ إِلَّا ذَلِكَ الِاجْتِنَابَ.
İbn Abbas deyir ki: “Qafiyə ilə dua etməyi tərk et. Həqiqətən də, mən Peyğəmbərin və səhabələrinin onu tərk etdiklərini gördüm, onlar bundan başqa heç bir şeyi tərk etmirdilər”70.
30) Allaha Hər Bir Kiçik Və Böyük İşlərdə Dua Edərək, Ondan Kömək İstəmək
عن أنس قال : قال رسول الله صلى الله عليه و سلم : ( ليسأل أحدكم ربه حاجته كلها حتى شسع نعله إذا انقطع ) قال الشيخ الألباني : ضعيف
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən hər biriniz ehtiyaclarını Allahdan istəsin, hətta qopan ayaqqabısının bağını belə”71.
31) Duadan Öncə Günahlardan Tövbə Etmək
Həqiqətən də, dua etmyin ədəblərindən və qəbul olmasının səbəblərindən biri də qulun duadan əvvəl günahlarını etiraf edib, etdiyi xətalarına peşmançılıq çəkərək Rəbbinə səmimi qəlbdən tövbə etməsidir. Çünki günahların çox olması duanın qəbul olmasına mane olur. Yəhya İbn Muaz ər-Razi deyir ki: “Dua etdikdə Onun gecikdiyini demə! Çünki sən artıq Onun yollarına günahlarınla sədd çəkmisən”72.
"وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ"
“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər”. (əl-Bəqərə 186).
32) Duanı Dinləyənin Duadan Sonra Amin Deməsi
Amin sözünün mənası “Allahım, qəbul et” və ya “cavab ver” deməkdir. Duaya amin deyən dua etmiş kimidir. Necə ki, Musa və Harun Firona bəd dua etdikləri zaman Allah buyurdu:
"قَالَ قَدْ أُجِيبَتْ دَعْوَتُكُمَا فَاسْتَقِيمَا وَلَا تَتَّبِعَانِّ سَبِيلَ الَّذِينَ لَا يَعْلَمُونَ"
“Allah dedi: "Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə möhkəm olun və nadanların yoluna uymayın!". (Yunus” 89). İbn Kəsir deyir ki: “Musa dua edərkən, Harun amin deyirdi”73.
33) Duanı Aminlə Bitirmək
حَدَّثَنِى أَبُو مُصْبِحٍ الْمَقْرَائِىُّ قَالَ كُنَّا نَجْلِسُ إِلَى أَبِى زُهَيْرٍ النُّمَيْرِىِّ – وَكَانَ مِنَ الصَّحَابَةِ – فَيَتَحَدَّثُ أَحْسَنَ الْحَدِيثِ فَإِذَا دَعَا الرَّجُلُ مِنَّا بِدُعَاءٍ قَالَ اخْتِمْهُ بِآمِينَ فَإِنَّ آمِينَ مِثْلُ الطَّابَعِ عَلَى الصَّحِيفَةِ. قَالَ أَبُو زُهَيْرٍ أُخْبِرُكُمْ عَنْ ذَلِكَ خَرَجْنَا مَعَ رَسُولِ اللَّهِ –صلى الله عليه وسلم- ذَاتَ لَيْلَةٍ فَأَتَيْنَا عَلَى رَجُلٍ قَدْ أَلَحَّ فِى الْمَسْأَلَةِ فَوَقَفَ النَّبِىُّ –صلى الله عليه وسلم- يَسْتَمِعُ مِنْهُ فَقَالَ النَّبِىُّ –صلى الله عليه وسلم- « أَوْجَبَ إِنْ خَتَمَ ». فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ بِأَىِّ شَىْءٍ يَخْتِمُ قَالَ « بِآمِينَ فَإِنَّهُ إِنْ خَتَمَ بِآمِينَ فَقَدْ أَوْجَبَ ». فَانْصَرَفَ الرَّجُلُ الَّذِى سَأَلَ النَّبِىَّ –صلى الله عليه وسلم- فَأَتَى الرَّجُلَ فَقَالَ اخْتِمْ يَا فُلاَنُ بِآمِينَ وَأَبْشِرْ. قال الألباني : ضعبف .
Əbu Musbih əl-Məqarai deyir ki, biz səhabə olan sözlərin ən gözəlini söyləyən Əbu Zuheyr ən-Numeyri ilə birlikdə oturmuşduq. Bizdən biri dua etdiyi zaman o, dedi: “Duanı – Aminlə bitir. Həqiqətən Amin səhifənin üzərinə vurulan möhür kimidir”. Əbu Zuheyr: “Sizlərə bir şeyi xəbər verim” dedi. Bir gecə Rəsulullah ilə bərabər çıxmışdıq. Davamlı və israrla dua edən bir kimsənin yanına gəldik. Peyğəmbər dayanıb onu dinləməyə başladı və: “Əgər xətm verərsə (Cənnət) ona vacib olar” deyə buyurdu. Bizdən bir kişi: “Nə ilə xətm verəcək?” deyə soruşdu. O: “Aminlə, əgər Aminlə xətm verərəsə (Cənnət) vacib olar” deyə cavab verdi. Peyğəmbərə sual verən kimsə getdi (və o dua edən) kimsəyə yaxınlaşaraq buyurdu: “Ey Filan! Aminlə bitir və müjdələn”74.
Dostları ilə paylaş: |