Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


İspanaq (şomy) – Шпинат –



Yüklə 9,53 Mb.
səhifə237/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   233   234   235   236   237   238   239   240   ...   386
İspanaq (şomy) – ШпинатSpinacia oleraseae L. Tərə (Chenopodiaceae) fəsiləsindən birillik bitkidir. Vətəni Asiyadır, lakin bəzi alimlərin araşdırmalarına görə Qafqaz da hesab olunur, çünki burada ispanağın mədəni sortuna yaxın olan yabanı formalara rast gəlinir. Qədimdə ispanaq haqqında Avropada heç bir məlumat olmayıb. Orta əsrlərdə ispanaq ərəblər tərəfindən İspaniyaya gətirilib. Ərəblər ispanağa «tərə­vəzlərin şahı» adını verdikdən sonra, o, dünyada dəyərləndirilir və bir çox ölkələrdə becərilir. İspanaq Rusiyada XVIII əsrin ortalarında əkilməyə başlanmışdır.

Yarpaqları tünd yaşıl olub, çox zərifdir. İspanaq yarpaq­larında 9,3% su, 2,3% azotlu maddə, 0,3% yağ, 2,8% azotsuz maddə, 1,0% sellüloza və 1,5% mineral maddə vardır. Təzə ispanaqda 3 mq% dəmir və 100 q-da 0,009 mq arsen vardır. İspanaqda 37 mq% C, 3,7 mq% karotin, 0,08 mq% B1, 0,25 mq% B2, 0,72 mq% PP vitamini vardır. İspanağın geniş yayıl­mış sortlarından Virofle, İspolin, Rostov, Viktoriya, Hollan­diya və s.–ni qeyd etmək olar. Azərbaycanda isə Nəhəng sortu becərilir.

İspanaq tərkibindəki zülalın miqdarına görə lobya və noxuddan sonra tərəvəzlər içərisində üçüncü yeri tutur. Onun tərkibində dəmir, fosfor, yod, maqnezium, kalium, natrium və kalsium var. Tərkibində 64 mq% C, 0,30 mq% B1, 0,30 mq% B2, P, K, D, E, D2, Bc (fol turşusu) və karotin (provitamin A) vardır. Yarpaqları təzə və bişirilmiş halda qidaya sərf olunur. Ondan quzuqulağı (turşəng) ilə birlikdə yaşıl borş (шши), püre və souslar hazırlanır. Konservləşdirilmiş ispanaq püresində C vitamini və karotin yaxşı qalır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin