Günəbaxan – Подсолнечник – Helianthus annuus L. Günəbaxanın vətəni Şimali Amerikadır. Aborigenlər avropalılar gələnə qədər orada günəbaxanı becərirdilər. Günəbaxan toxumlarını qidalarında istifadə edir, yağını saçlarına çəkirdilər. Avropada günəbaxan ilk dəfə XVI əsrin əvvəllərində ispanlar tərəfindən Madrid botanika bağında becərilmişdir. Qərbi Avropa ölkələrində günəbaxan bir neçə yüz illər bəzək bitkisi kimi əkilirdi. Günəbaxan Rusiyaya I Pyotrun vaxtında gətirilmiş və 10 illərlə bəzək bitkisi olmuşdur. XIX əsrin birinci yarısının sonunda Saratov quberniyasında kəndli Bokaryev günəbaxan bitkisi əkib ilk dəfə onun toxumundan yağ almışdır. Tezliklə günəbaxan Rusiyanın mərkəzi və cənub rayonlarında yayılmağa başladı. XX əsrin əvvəllərindən günəbaxan Rusiyada geniş miqyasda becərilməyə başlandı və hazırda bitki yağları içərisində əsas yer tutur.
Günəbaxan yağının qidalılıq dəyəri onun kimyəvi tərkibi ilə müəyyən olunur. Günəbaxan yağının qliseridləri palmitin, stearin, araxidon, liqnoserin, olein və linol turşularından təşkil olunmuşdur. Yağdan başqa günəbaxan toxumlarında 13,5-19,1% zülal, 23,9-26,5% karbohidrat,
2%-ə qədər futin və 1,5% aşı maddəsi vardır. Günəbaxan yağından müxtəlif qida məhsullarının hazırlanmasında istifadə olunur. Rafinadlaşdırılmış günəbaxan yağından təkcə aşbazlıqda deyil, həmçinin, marqarin, balıq və tərəvəz konservləri istehsalında da istifadə edilir.
Dostları ilə paylaş: |