Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Cəfərinin müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə210/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   206   207   208   209   210   211   212   213   ...   386
Cəfərinin müalicəvi xassələri. Cəfərinin vətəni Aralıq dənizi ölkələri hesab edilir, çünki indi də orada cəfərinin yabanı növlərinə rast gəlinir. Yunanıstandan cəfəri bütün dünyaya yayıldı. Orta əsrlərdə Avropa ölkələrinin hər yerində cəfəri ətirli bitki kimi becərilməyə başlandı.

Cəfəri göyərtisi aşpazlıqda geniş miqyasda istifadə olunur. Xırda çərtilmiş cəfəri göyərtisi hazır duru və ikinci xörəklərə əlavə olunur. Cəfəri göyərtisi xörəyin dad və ətrini yaxşılaşdırmaqla bərabər, həm də onu vitaminləşdirir. Bir qayda olaraq, cəfərini xörəyə bişmənin sonunda (5-10 dəq qalmış) əlavə edirlər. Cəfərinin şirin və ətirli kökləri kulina­riyada daha çox istifadə olunur. Cəfəri kökünü şorpalara, ət və balıq xörəklərinə (həlimlərə), eləcə də xüsusi souslara qatırlar. Qış mövsümü üçün xırda doğranmış cəfəri kökü qurudulur. Cəfəridən tərəvəz (xüsusən qəlyanaltı və nahar) konservləri istehsalında da istifadə edirlər.

Cəfəridən qədim zamanlardan ənənəvi təbabətdə iştaha­nın artırılması və qida həzminin yaxşılaşdırılması məqsədilə istifadə olunur.

Sidikqovucu vasitə kimi vodyanka, ürək mənşəli şişlərdə, böyrəkdə və sidik kisəsində daş olduqda cəfəri toxumundan is­tifadə olunması geniş yayılmışdır. Cəfəri toxumlarından ay­başı silsiləsinin pozulmasında, ağrılı aybaşılarda, mədəaltı vəzinin iltihabında və tərlədici vasitə kimi istifadə olunur. Xırda üyüdülmüş cəfəri toxumlarından aşağıdakı resept üzrə həlim hazırlanır: 1 stəkan qaynanmış suya 1 çay qaşığı toxum (toz­varı) götürülür, 15 dəq qaynadılır, soyudulub süzülür, gündə 4-6 dəfə bir xörək qaşığı içilir. Uşaqlara çay qaşığı ilə verilir. Soyuq üsulla hazırlanmış tinkturadan da istifadə etmək olar. Bu məqsədlə 1 çay qaşığı toxum 1 stəkan qaynanmış suda 8 saat saxlanılıb süzülür. Belə tinkturanı gündə 4 dəfə ¼ stəkan içirlər.

Bəzən toxum əvəzinə cəfərinin yarpaqları (göyərtisi) və kökü istifadə olunur. 20 q xırdalanmış xammal 1 stəkan qay­nanmış suda saxlanılır, gündə 3 dəfə 1/3 stəkan içilir. Tinktura əvəzinə bəzən təzə cəfəri göyərtisindən hazırlanan şirə içmək məsləhət görülür. Cəfəri şirəsini qızdırmaya qarşı vasitə kimi də içirlər. Cəfərinin dərman vasitəsi kimi istifadə olunması əczaçılıq tədqiqatlarında onun tərkibindəki maddələrə əsas­lanaraq təyin edilmişdir. Müəyyən olunmuşdur ki, cəfərinin efir yağının tərkibinə daxil olan maddələr sidik ifrazını artırır. Kökündən hazırlanmış məhlul yşaqlıq əzələlərinə stimullaş­dırıcı təsir edir, tənəffüsü və ürək fəaliyyətini yaxşılaşdırır.

Cəfəridən xaricə sürtmək məqsədilə istifadə olunur. Təzə yarpaqları və cəfəri şirəsi ilə isladılmış pambıq ağcaqanad və arı sancan yerə qoyulur. Cəfəri həlimindən və tinkturasından üzün kosmetik yuyulması üçün istifadə olunur. Çillərin və tünd piqmentli ləkələrin kənar edilməsində səhər və axşam üzü tünd cəfəri həliminin limon şirəsi qarışığı ilə silmək məsləhət görülür. Üzün dərisinin ağarması üçün hər gün üzə təzə cəfəri şirəsi sürtürlər.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin