Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Bibər (saplaqlı istiot) – Перец –



Yüklə 9,53 Mb.
səhifə206/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   202   203   204   205   206   207   208   209   ...   386
Bibər (saplaqlı istiot) – ПерецCapsicum annuum. Badımcançiçəklilər (Solanaceae) fəsiləsindəndir. Vətəni Mek­sika və Qvatemaladır. Tropik Amerika hinduları onu ta qədim­dən becərirlər. Kolumb bibəri Avropaya gətirir və tezliklə bütün ölkələrdə yayılır. Rusiyada bibər XVII əsrin əvvəl­lə­rindən əkilməyə başlanmışdır. Bibər iki qrupa bölünür: şirin və acı bibər. Bibər yaşıl, qırmızı, sarı və narıncı rəngdə olur. Bol­qarıstanın şirin bibər sortları çox qiymətlidir, müxtəlif qəlyanaltıların, xörəklərin və konservlərin hazırlanmasında istifadə olunur. Rusiyanın və Ukraynanın cənub rayonlarında, Moldova, Orta Asiya və Zaqafqaziya respublikalarında becə­rilir. İstisevən bitki olduğundan cənub rayonlarında daha çox becərilir.

İstiotun tərkibi onun sortundan, yaşıl və ya qırmızı olma­sından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin istio­tun tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cüm­lədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır.

Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. İstiotun acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır.

İstiot dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır. Daxilində isə 2-4 kamera yerləşir. Adətən şirin sort­lar acılardan iri olur. Şirin istiotlara bibər adı verilmişdir. Şirin­lərdən duza və sirkəyəqoyma, habelə salat və 2-ci xörək­lərin hazırlanmasında istifadə edilir. Acılar isə aşpaz­lıqda, duza, sirkəyə qoymaq və qurutmaq üçün istifadə edilir.

İstiot yetişməsindən asılı olaraq tünd qırmızı, sarı-qır­mızı, sarımtıl və yaşıl rəngdə olur. Şirin istiot (bibər) kal dərilir və satışa buraxılır. Acı istiot döyülmüş quru toz halında da satışa verilə bilər.

Bütün istiot növləri saplağı ilə birlikdə dərilir. Acı istiotun saplağının uzunluğu 2 sm-dən, şirin bibərin saplağının uzunluğu isə 3 sm-dən artıq olmamalıdır.

İstiotlar formasına görə silindrik, konusvarı, yumur­tavarı, dairəvi hamar, əyilmiş, qabırğalı və çopur səthli olur.

Ölçüsünə görə iri – 45 q-dan çox, orta – 25-45 q və xırda – 25 q-a qədər olur. Ətli hissənin qalınlığından asılı olaraq nazik divarlı – 1-2 mm qalınlığında, orta qalınlıqda – 3-4 mm və qalındivarlı – 4 mm-dən çox qalınlıqda olur.

Yetişmə müddətindən asılı olaraq tezyetişən (90-120 günə), ortayetişən (121-140 günə) və gecyetişən (140 gündən çox) qruplarına bölünür.

Şirin bibərlərin ən çox yayılmış sortlarından ağ Krım, Bolqar-79, Iri sarı, Maykop, Adıgey, Kalinkov, Novoçer­kask-35, Qoqaşarı, Qırmızı konservlik-211, Oş-Kom, Ağ Mol­dova, Ağ Nikitski, Ratunda və digərlərini göstərmək olar.

Acı istiotların ən çox yayılmış sortlarından Həştərxan A 160, 147/628, Kayen, Ukrayna, Kardinalski, Velikan, Margelan, Fil xortumu-304 və digərlərini göstərmək olar.

Azərbaycanda şirin istiot sortlarından Maykop-470, acı istiotlardan isə Fil xortumu-304 və Həştərxan-628 becərilir.

Şirin istiotun meyvəsi təzə, təmiz, sağlam, forması və rəngi botaniki sortuna müvafiq olmalıdır. Saplaqlı, yetişmə dərəcəsinə görə eynicinsli, rəngləri tünd yaşıldan, yaşılımtıl-sarı, tam yetişmiş isə qırmızı və ya sarı rəngli olur. Uzunsov formalıların uzunluğu 6 sm-dən, yumru formalı­ların diametri 4 sm-dən az olmamalıdır. Dadı şirin və istiota xas zəif tündlüyə malikdır. Kiçikölçülü meyvələrin olmasına yol verilir. Uzunsov formalılarda 4 sm-dən 6 sm-ə qədər ölçülü və yumru for­malılarda isə 3 sm-dən 4 sm-ə qədər ölçülü olanların miqdarı 8%-dən çox olma­malıdır.

Bir qədər solmuş, lakin büzüşməmiş, sıxılmış və çat­la­mışların miqdarı 15%-ə qədər ola bilər. Kənarlaşmanın ümumi miqdarı hər göstərici üzrə norma daxilində 20%-dən çox olmamalıdır.

Acı istiot təzə, meyvəsi təmiz, sağlam, bütöv, müxtəlif formalı, saplaqlı, yetişmiş, qırmızı rəngli, dadı acı və yandırıcı olmalıdır. Acı istiot partiyasında 5% miqdarında əzilmiş və çatlamışların və 5% miqdarında yaşıl rəngdə müxtəlif istiotların olmasına yol verilir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin