Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Ürək-damar xəstəliklərinin



Yüklə 9,53 Mb.
səhifə258/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   254   255   256   257   258   259   260   261   ...   386
Ürək-damar xəstəliklərinin müalicəsində qulançarın qurudulmuş köklərindən 150 q götürüb qaynar suda yaxşı-yaxşı yuyur, xırda-xırda doğrayıb 200 q qaynar suda dəmləyirlər. Sonra onu süzüb səhər-axşam acqarına 1 xörək qaşığı qəbul edirlər. Bu damarların kirəclənməsinin qarşısını alır, ürək ağrılarına kömək edir. Yazın əvvəllərində təzə-tər zoğlarından hazırlanmış müxtəlif yeməklər də ürək-damar ağrılarına çox köməklik göstərir.

Quşbuğdası, qırxbuğum, – Горец птичий – Polygonum aviculare L. Bu, Qrxbuğum (Polygonaceae) fəsi­lə­sindən birillik ot bitkisi olub, qol-budaqlı gövdəyə malik­dir. Kənarları bütöv, ellips şəkilli xırda yarpaqları vardır. Çiçəkləri çox da nəzəri cəlb etmir. Quşbuğdası iyun ayından başlayaraq payıza qədər çiçəkləyir. Çiçəkləri yarpaqların qoltuğunda yerləşir.

MDB ərazisində alaq otu kimi geniş yayılmışdır. Azər­baycanda da quşbuğdasının ehtiyatı çoxdur.

Bitkinin tərkibində üç flavon qlikozidi – kversetin, hipe­rozidavikularin vardır. Avikularin hidroliz olunduqda kver­setin və arabinoza alınır. Quşbuğdasının tərkibində, həmçinin 3%-ə qədər aşı maddəsi, 1%-ə qədər isə silikat turşusu vardır. Silikat turşusunun 0,2%-i həllolandır. Vegetasiya dövründə silikat turşusunun miqdarı demək olar ki, dəyişmir, lakin flavonlar ən çox bitki çiçəkləyən dövrdə toplanır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin