Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Quşbuğdasının müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə259/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   255   256   257   258   259   260   261   262   ...   386
Quşbuğdasının müalicəvi xassələri. Müalicəvi məq­sədlə bitkinin yerüstü hissəsi çiçək açan vaxt toplanır və açıq havada qurudulur. Quşbuğdası otundan alınan “avikularin” pre­paratı mamalıq təcrübəsində qankəsici vasitə kimi tətbiq olu­nur. Quşbuğdası otundan hazırlanmış ekstrakt kapillyar damar­ların divarlarını möhkəmləndirir, qanın laxtalanmasını surət­ləndirir. Bundan əlavə, quşbuğdası otunu çay kimi dəmləyib, böyrək xəstəliklərində, xüsusilə də sidik yollarında daş olduqda içirlər.

QuşəppəyiПастушья сумка – Capsella bursa pastoris L. Xaççiçəklilər (Cruciferae) fəsiləsindən 30-50 sm hündürlükdə birillik ot bitkisidir. Azərbaycanda bitkinin yalnız bir növü olan adi quşəppəyi (Capsella bursa pastoris) bitir. Bitkinin gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı gövdəsindəki yarpaqları isə saplaqlı olaraq rozet formalıdır. Quşəppəyinin xırda ağrəngli çiçəkləri salxımvarıdır. Meyvələri buynuzcuqlu olub, üçbucaqşəkillidir. Quşəppəyi faydalı dər­man bitkisidir. Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş qüşəppəyi bitkisini alaq otu bilərək məhv edirlər.

Bitkinin tərkibində efir yağı, aşı maddəsi, askorbin tur­şusu, alma və limon turşu, bundan əlavə, xolin, asetilxolin, tira­min və s. qiymətli maddələr də vardır. Quşəppəyi toxum­larının tərkibində 20%-dək bitki yağı olur. Buna görə də həmin bitki heyvanlar və insanlar tərəfindən həvəslə yeyilir.

Xalq təbabətində quşəppəyi bitkisinin (toxumla birlikdə) cövhərindən hazırlanmış məlhəmlə hamilə qadınlarda uşaqlıq yolu qanaxmasına qarşı (tampon qoymaqla) istifadə edirlər. Bitkinin cavan zoğlarından təzə və qurudulmuş halda milli xörəklərdə istifadə olunur.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin