Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Əzgilin müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə55/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   51   52   53   54   55   56   57   58   ...   386
Əzgilin müalicəvi xassələri. Əzgildən müalicəvi məq­sədlə qidanın yaxşı həzmi və bağırsaqların fəaliyyətini yaxşı­laş­dırmaq üçün istifadə olunur. Kal meyvələri mədə-bağırsaq xəs­­təliklərində, xüsusən ishala qarşı tətbiq edilir. Əzgilin yar­paqlarından dəmlənmiş çayla boğazı yaxalayırlar.

Əzgilin yarpaqlarından və kökündən qəhvəyi və yaşıl boyaq alınır. Oduncağının qabığı və yarpaqları aşılayıcı mad­dələrlə zəngin olduğundan dərilərin aşılanmasında, oduncağı isə xarratlıqda xırda məmulatların hazırlan­masında istifadə edilir.

Əzgil təzə halda yeyilir, ondan pastila, povidlo, mürəbbə, kompot, karamel üçün içlik və «Əzgil-şərab» adlı tamlı qatma hazırlanır. Tərkibində aşı maddəsi çox olduğundan ağız büzüş­dürücüdür. Ona görə də yetişib-ötmüş (lalıxlamış) və donmuş halda daha şirin olur.

Qədim dövrlərdən əzgildən bağırsaqların möhkəm­lən­məsi və qida həzminin yaxşılaşdırılması məqsədilə istifadə olu­nurdu. Meyvələrindən və tumlarından alınan həlimdən mədə-bağırsaq xəstəliklərinin, əsasən də ishalın müalicəsində istifadə edirlər. Ondan böyrək daşlarının xaric edilməsində və böyrək xəstəliklərində istifadə inkar edilmir. Əzgil yarpaqlarından ha­zır­lanmış həlimdən (1 xörək qaşığı quru yarpaq 1 stəkan suda) ishala qarşı və qankəsici vasitə kimi istifadə olunur. Belə həlimlə soyuqdəymədə boğazı qarqara edirlər. Qafqazın xalq təbabətində əzgil yarpaqlarından (1 xörək qaşığı quru yarpaq 1 stəkan qaynanmış suda) boğazı qarqara etmək üçün mərlul hazırlanır. Əzgilin yarpaqlarından və kökündən parçaları boyamaq üçün sarı boyaq alınır.

Əzgil, həmçinin, balverən bitkidir. Onun çiçəklərindən toplanan nektar ətrinə və şəffaflığına görə başqa nektar­lardan geri qalmır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin