Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə58/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   54   55   56   57   58   59   60   61   ...   386
Gilas – Черешня Cerasus avium Moench. Gülçi-çəklilər (Rosaceae) fəsiləsinin albalı cinsinə aiddir. Gilasın vətəni Aralıq dənizi ölkələridir. Yabanı halda Ukraynada, Mol­daviyada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir.

Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir. Qara, sarı-qırmızı və tünd qırmızı rəngdə olur. Dadı acıtəhər və bəzən şirin olur. Şirinlər təzə halda yeyilir, eləcə də ondan kompot, şirə, ekstrakt, mürəbbə və başqa məhsullar hazırlanır. Acı gilaslar isə şərab istehsalı üçün yararlıdır.

Yabanı gilasın tərkibində şəkər, üzvi turşular, karotin, C və P vitaminləri çəyirdəyində isə 30% yağ və 1%-ə qədər efir yağı vardır. Texniki məqsədlər üçün də işlədilə bilər. Yar­paq­larında 250 mq% C vitamini vardır. Yabanı gilas külli miq­darda qatran ifraz edir ki, bundan da parçaların boyanmasında istifadə edilir.

Zəngin kimyəvi tərkibə malik olan gilas, əsasən təzə halda yeyilir. Ondan kompot, mürəbbə, meyvə konservləri ha­zırlanır, qurudulur və dondurulmuş halda qışa saxlanılır. Gilas şirəsi likör-araq məhsulları istehsalında yarımfabrikat kimi istifadə olunur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin