Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Göyəmin müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə61/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   57   58   59   60   61   62   63   64   ...   386
Göyəmin müalicəvi xassələri. Hələ Qədim Roma və Yunanıstan həkimləri göyəmin qatılaşdırılmış şirəsindən dizenteriyaya qarşı istifadə etmişlər. Müasir dövrdə də göyəm büzüşdürücü və bərkidici vasitə kimi bağırsaq pozuntularında istifadə edilir. İshala qarşı istifadə olunan ən yaxşı vasitə gündə 3 dəfə 1 xörək qaşığı duru göyəm ekstraktı içməkdir. Lakin aprel və mayın əvvəllərində yığılan göyəm çiçəklərindən alınan sulu həlimdən mədə-bağırsağı yumşaldıcı kimi istifadə olunur. Çünki onun tərkibində efir yağları, aşı, acı və digər fəal maddələr vardır. 1:10 nisbətində göyəm meyvəsindən və çiçə­yindən hazırlanmış həlimdən öskürəyə, xırıltıya qarşı və qi­danın yaxşı həzm olunmasında hər səhər 30-40 ml içilir. Gö­yəm güllərindən hazırlanmış çaydan sidikqovucu və maddələr mübadiləsini yaxşılaşdıran vasitə kimi istifadə olunur. Belə çay böyrək, qaraciyər və bəzi dəri xəstəliklərində normasız təyin olunur. Göyəmin çiçəklərindən tinkturanı soyuq üsulla ha­zır­layırlar. 1 stəkan suya 2 çay qaşığı qurudulmuş göyəm çiçəkləri götürülür, 8 saat saxlanılır və süzülür. Göyəmin köklərindən və qabığından 1:20 nisbətində hazırlanmış həlimdən tərgətirici və sidikqovucu vasitə kimi yüksək temperpaturda içilir. Qay­nanmış su ilə yarıbayarı qarışdırılmış həlimdən iltihaba qarşı da istifadə olunur. Bəzən göyəm ağacının üst qabığından alınan həlimdən qızıl yel iltihabında islatma qoyulur.

Göyəmin çəyirdək ləpəsindən yağlı və efirli acı badam yağı alınır, çəyirdək qabığından isə aktivləşdirilmiş kömür istehsal edilir.

Yarpaqlarında 222 mq% C vitamini vardır. Çay əvəz­edicisi kimi işlədilir. Həm də bundan sidikqovucu və maddələr mübadiləsini yaxşılaşdıran vasitə kimi istifadə edilir. Təzə göyəm şirəsi ishala qarşı, qatılaşdırılmış isə qanlı ishala qarşı təsiredici vasitədir. Göyəm çiçəklərindən alınan sulu məhlul isə işlətmə dərmanı kimi tətbiq olunur.

Göyəm həm də balverən və bəzək bitkisidir. Mədəni gavalı göyəmlə alçanın təbii hibridindən əmələ gəlmişdir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin