Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Heyvanın müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə63/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   59   60   61   62   63   64   65   66   ...   386
Heyvanın müalicəvi xassələri. Təzə heyvadan hazır­lanmış ekstraktın tərkibində dəmir çox olduğundan qan azlığı və digər xəstəliklərə qarşı istifadə olunur.

Məşhur tacik həkimi və filosofu Ibn-Sina heyvaya çox fikir verirdi. O, belə hesab edirdi ki, heyva həzm prosesinin pozulmasında və sifətin (üzün) rənginin yaxşılaşmasında müsbət təsir göstərir. Ona görə də o, təzə hazırlanmış heyva şirəsini bal və sirkə ilə iştahanın artmasına, mədənin möhkəm­lən­məsinə və qaraciyər zəifliyində istifadə etməyi məsləhət görürdü. Tərkibində büzüşdürücü aşı maddəsi olduğundan təbii halda və heyva həlimi şəklində ishala qarşı və daxili qan­ax­malarda tətbiq olunur. Anus dəliyi çatlamalarında və düz bağırsağın aşağı düşməsində heyva şirəsində islatma qoyulur. Heyva meyvəsindən hazırlanan çaydan sidikqovucu kimi vad­yanka (hidropos – bədən boşluqlarına su yığılması) xəstəliyində istifadə olunur.

Xalq təbabətində ishala və daxili orqanlardan qanaxmaya qarşı toxumlarından alınan həlimdən istifadə olunur. Zaqaf­qaziyada isə heyva toxumundan hazırlanmış çay öskürəyə qarşı içilir.

Heyva tumlarının qabığında 20%-ə qədər selikvari mad­də vardır. Bu ondan yumşaldıcı və bəlğəmgətirici vasitə kimi istifadə etməyə imkan verir. Tumlardan hazırlanmış selikli həlim gündə 3-4 dəfə 1 çay qaşığı nəfəs yollarının müxtəlif xəs­təliklərinə qarşı istifadə olunur. Lakin toxumdan həlim hazır­ladıqda onu xırdalamaq və əzmək məsləhət görülmür, çünki tum­da olan zəhərli amiqdalin maddəsi həlimə keçib onun da­dını acılaşdırar.

Heyvanın tərkibində dəmir çox olduğundan onun ek­strak­tı qanazlığında istifadə olunur. Dərman məqsədilə hey­vanın tumları mədə-bağırsaq, ürək-damar xəstəliklə­rində, tə­nəffüs yollarının iltihabında yumşaldıcı bəlğəm­gətirici və ös­kürəyə qarşı tətbiq edilir. Heyvanın yarpaqlarından dəmlənmiş çaydan bronxial astma xəstəliyində və ürək ağrılarına qarşı, oduncağının qabığından hazırlanmış çaydan isə mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər.

Heyva balverən bitki kimi də qiymətləndirilir. Hər gülü orta hesabla 3,5-5,5 mq nektar verir. Nektarı şirin, şəffaf, yüngül və ətirli olduğundan arılar tərəfindən yaxşı toplanır. Lakin heyvanın çiçəkləri az olduğundan hər hektardan 15-18 kq bal hasil edilə bilər.

Heyvanın oduncağı ağ rəngdədir. Bəzi xarratlıq mə­mu­latının hazırlanmasında istifadə edilir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin