Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


YEYİLƏN BİTKİLƏRDƏN EV ŞƏRAİTİNDƏ MƏHSULLARIN HAZIRLANMASI ÜSULLARI



Yüklə 9,53 Mb.
səhifə9/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   5   6   7   8   9   10   11   12   ...   386
YEYİLƏN BİTKİLƏRDƏN EV ŞƏRAİTİNDƏ MƏHSULLARIN HAZIRLANMASI ÜSULLARI

Bitkilər müalicəvi məqsədlə çox nadir hallarda təbii şə­kildə istifadə olunur. Bir qayda olaraq, həmin bitkilərdən müx­təlif dərman formaları və müalicəvi preparatlar hazırlanır. Bu bitkilərdən əczaçılıq zavodlarında sənaye üsulu ilə fərdi təsirə malik olan məhsullar alınır ki, bunlar da məhlul, toz, həb, məlhəm və s. formada buraxılır. Eləcə də sənaye üsulu ilə müalicəvi bitkilərdən qalen preparatları istehsal olunur. Qalen preparatların hazırlanmasında məqsəd müalicəvi bitkilərin tərkibindəki ballast maddələrdən azad olunmuş əsas təsir edən fəal maddələrin əldə edilməsidir. Müalicəvi bitkilərdən alınmış qalen preparatlar, tərkibində ayrı-ayrı və ya bir neçə fərdi kimyəvi birləşmələr olan preparatlar apteklərdə həkim resepti yaxud reseptsiz satılır. Ev şəraitində isə müalicəvi bitki xam­mallarından adi qaydada cövhər, həlim, tinktura, toz, məlhəm (maz), şirə, çay və çay yığımı hazırlanır. Pəhriz və müalicəvi xassələri olan meyvə-tərəvəz və göyərtilər isə təzə, şirə və bişirilmiş halda istifadə olunur.

Cövhər, həlim və tinktura (nastoyka) hazırlamaq üçün bitki xammalı əvvəlcə xırda doğranılır. Çünki bitki xammalı nə qədər xırda hissəciklərə doğranarsa, bir o qədər də tərkibindəki təsiredici maddə daha tez və tam ayrılır. Bir qayda olaraq, yarpaqlar, çiçəklər və otlar ölçüsü 5 mm, zoğ, qabıq və köklər 3 mm, toxumlar isə 0,5 mm ölçüdə xırdalanır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin