Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Geyimlərə verilən gigiyenik tələblər



Yüklə 0,87 Mb.
səhifə146/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   164
-funksional-

13.2. Geyimlərə verilən gigiyenik tələblər
Geyimlərə verilən gigiyenik tələblər insanların həyat fəaliyyəti üçün olduqca zəruridir. Geyimlərin gigiyenik olması istehlakçıların normal həyat fəaliyyətini təmin edir. Belə ki, geyimlərin gigiyenik xassələrinin yüksək olması istehlakçının bədənində istilik itməsini azaldır, daimi temperaturun saxlanması üçün şərait yaradır, orqanizmi mühafizə edir və müxtəlif iqlim şəraitində əmək qabiliyyətini saxlamağa imkan yaradır. Paltarlara verilən gigiyenik tələblər insan orqanizminin fizioloji xüsusiyyətləri ilə sıx surətdə əlaqədardır.
Göstərilən tələblərin vacibliyinə və geyimlərin təyinatına gəldikdə aydın olur ki, bütün paltarlar üçün gigiyenik tələblər eyni ola bilməz. Məsələn, qış paltarlarında birinci növbədə bədəni soyuqdan mühafizə etmək tələb olunduğu halda, dəyişək məmulatlarında keçiricilik (hava, buxar keçirmə və bədəndə nəfəs almanın təmin olunması) tələb edilir. Bundan başqa, göstərmək lazımdır ki, xüsusi təyinatlı geyimlərə verilən tələblər ümumi təyinatlı geyimlərə verilən tələblərdən fərqlənir. Belə ki, xüsusi təyinatlı geyimlər bədəni kimyəvi, radioaktiv, bakterioloji maddələrdən və s. mühafizə etməlidir, habelə yanmamalıdır, mikro-orqanizmlərə qarşı davamlı olmalı, xəstəliktörədici bakteriyaları məhv etməli və s. kimi tələbləri ödəməlidir.
Geyimlərə verilən gigiyenik tələblərin təhlilində istehlakçının yaş-cins xüsusiyyətlərinin də böyük əhəmiyyəti vardır. Bildiyimiz kimi uşaqlar daha zərif və həssas olurlar. Ona görə də uşaq geyimlərinə bir sıra spesifik
gigiyenik tələblər də verilir. Paltarların gigiyenik tələblərinin yerinə yetirilmə dərəcəsi onların hazırlandığı materialın xassəsindən də asılıdır (lifin növü və xassəsi, parçanın quruluşu, həcm çəkisi, rəngi və s.). İstehlakçılar olduqca müxtəlif iqlim şəraitində yaşayır və işləyirlər. Meteoroloji amillərdən insanlar üçün ən təsirlisi havanın temperaturu,
157
küləyin təsiri, nisbi rütubət və sairədir. Bu göstəricilərdən asılı olaraq SSRİ ərazisini soyuq, mülayim, isti və eləcə də xüsusi iqlim (hündür dağlıq) zonasına ayırmaq olar. Geyimlərə verilən gigiyenik tələblər iqlim zonasından asılı olaraq dəyişilə bilər.
Beləliklə, soyuq iqlim zonası üçün olan geyimlər birinci növbədə bədəni soyuqdan mühafizə etməli, yaxşı istisaxlama xassəsinə malik olmalı, bədənin əksər hissəsini tutmalı, bədənə kip oturmalı, yüngül olmalı, küləyə və digər təsirlərə qarşı əks dayanan olmalıdır.
Mülayim iqlim zonasına RSFSR-in Avropa hissəsi, Ukraynanın şimal və qərb hissəsi, Belarus Respublikasının qərb və şərq hissəsi, Şimali Qazaxıstan, Aşağı Povolje və Pribaltika respublikaları daxildir. Bu iqlim zonasında geyilən paltarlar hər mövsümün xüsusiyyətinə uyğun olmalıdır. Bu rayonların iqliminin özünə- məxsus xarakterik xüsusiyyətləri vardır. Məsələn, qərb rayonları yüksək dərəcədə rütubətli, qışda zəif şaxtası, yay da isə yüksək olmayan temperaturu ilə xarakterikdir. Bu şəraitdə şübhəsiz ki, yun trikotaj və paltar bədəni dumandan, yağışdan, sulu qardan kifayət qədər qoruyur və qış üçün isə yüngül qış paltosundan istifadə edilir. Mülayim iqlim zonasına malik olan orta və şərq rayonları qışı yüksək quru şaxtalı və yay zamanı isti olması ilə digər rayonlardan fərqlənir.
Bu iqlim zonasının qış fəslində geyilən paltoları istilik izoləedici materiallarla təmin edilməli və yay təyinatlı geyimləri isə havasını yaxşı dəyişən (aşağı Povolje, Şimali Qazaxıstan, Bakı), küləkdən mühafizə edən plaşların geyilməsi zəruridir.
İsti iqlim zonasına Ukraynanın və Moldaviyanın cənubu, Cənubi Qafqaz, Qara dəniz sahili, Orta Asiya respublikaları və Azərbaycan aid edilir ki, bu rayonların subtropik qurşağı özünün yüksək nisbi rütubəti ilə fərqlənir (80% və daha yuxarı, payız aylarında 90% olur).
Bu rayonların yay geyimləri çox yüngül, yaxşı hava keçirən, hiq-roskopik olmalı, bədəni günəşdən qorumalı və insanın əmək qabiliyyətini mühafizə etməlidir.
Üst geyimlərinin hazırlandığı materialların su götürməyən (suitələyən) və çürüməyən maddələrlə hopdurulması məqsədəuyğundur.
Orta Asiya respublikaları yay aylarının güclü isti küləyi, qumlu və tozlu mühiti və qışının isə vaxtaşırı rütubətli olması ilə xarakterikdir. Bu zonanın qış paltarı yüngül və mülayim istisaxlayan olmalıdır.
Xüsusi iqlim zonasına dəniz səviyyəsindən 2000-3000 m hündür olan Qafqaz, Altay və Orta Asiyanın hündür dağlıq rayonları aid edilir ki, onlar da özlərinin uzunmüddətli şaxtalı qışı, güclü küləyi, qarlı tufanları və təsirsiz yay günlərilə xarakterizə edilir.
Bu zona üçün olan paltarların maksimum yüngül, düzgün nəfəsalma və qan dövranının təmin edilməsinin, bədəni kəskin dəyişən temperaturdan mühafizə etmə qabiliyyətinə malik olmasının və s. praktiki
158
əhəmiyyəti vardır. Bu şərait üçün əsasən yun trikotajdan, təbii ipəkdən və tiftikli (yun vatinlə təmin edilmiş), küləyə və suya qarşı və s. dayanan yüngül plaşlardan istifadə etmək daha əlverişlidir. Təəssüflər olsun ki, geyimləri layihələndirən zaman ölkə ərazisinin bu iqlim xüsusiyyətləri hələlik nəzərdən qaçırılır. Bu məsələlər istehlakçıların özləri tərəfindən təmin edilir.
İnsan orqanizminin normal fəaliyyəti üçün bədəndə 36-37°C temperaturun olması təmin edilməlidir. Ədəbiyyat mənbələrindən məlum olduğu kimi insan orqanizmi hər saat 80 kkcal-a qədər istilik ayırır. Burada paltarın praktiki əhəmiyyəti vardır. Məs. 15°C temperaturda geyilməmiş (çılpaq) adam 174 vt. dəyişək geyinmiş adam 121 vt. yun kostyum geyinmiş adam isə 95,5 vt. istilik itirir.
İsti iqlim şəraitində insan bədəni günəşdən, qızmış havadan, daşdan və s. əlavə istilik alır. İnsan bədəni bu istini onu əhatə edən mühitə vermiş olur. Əks halda insan özünün çox pis hiss edə bilər. İsti iqlim zonasında insan orqanizminin daimi temperatur ilə təmin edilməsi üçün bədən 1 saat ərzində 1 l təri buxarlandırmalıdır, beləliklə, bədəndə temperatur tarazlığı təmin edilir.
Mühitə uyğun geyim bədənə düşən istini 30-35% aşağı salır və bədəndən buxarlanan təri isə 260 qrama qədər azaldır ki, onun da böyük gigiyenik əhəmiyyəti var (insanın sağlamlığı üçün vacib şərtlərdən biridir). İnsan orqanizminin normal fəaliyyəti üçün bədənin sabit temperaturundan başqa dəri mübadiləsinin də böyük əhəmiyyəti vardır. Dəri vasitəsilə bədəndən su, müəyyən qaz, duz, yağlar və zülali maddələr ayrılır. Mayelərlə çirklənmiş və sıx parçadan olan dəyişəklər insan dərisinin nəfəsalma sabitliyini 20%-ə qədər pisləşdirir (aşağı salır) ki, bunun da gigiyenik əhəmiyyəti böyükdür.
Belə bir hal insan səhhətinin pisləşməsinə və onun əmək qabiliy-yətinin aşağı düşməsinə səbəb ola bilər. Ona görə də paltar bədəndə mikroiqlim şəraiti yaratmalıdır ki, bu da onu əhatə edən mühitə yaxın olmalıdır.
Geyimlərin mühüm gigiyenik xassələrindən biri də onların istiliyi mühafizəetmə xassəsidir. Məlum olduğu kimi hava istiliyi çox pis keçirir. Havanın istilikkeçirmə əmsalı ən aşağıdır. Aparılan elmi-tədqiqat işləri sübut etmişdir ki, havanın istilik keçirməsi parçadan 2,5-4 dəfə, sudan 24-25 dəfə azdır. Buradan da aydındır ki, istənilən materialın istilikkeçirmə
qabiliyyəti orada olan havanın miqdarından (materialın məsaməliliyinin

böyük əhəmiyyəti vardır) asılıdır.


Geyimdə hava parçanın və istilikverici materialların daxilində,

eləcə də bədənlə paltar arasında yerləşir. Bu hava nə qədər çox olarsa, paltarın istiliksaxlama qabiliyyəti bir o qədər yuxarı olar. Bu məsələdə paltarın konstruksiyasının, istilikverici materialın lif tərkibinin də


159
əhəmiyyəti vardır. Bu cəhətdən ən yüksək xassəyə yun lifi malikdir. Deməli, yundan olan istilikverici material daha yüksək dərəcədə istiliyi

mühafizə etmə xassəsinə malikdir. Son

zamanlar aparılan elmi-tədqiqat

işləri göstərir ki, istiliksaxlama xassəsinə

lifin

elastikliyinin

böyük təsiri

vardır.

Bu cəhətdən elastik

sintetik

liflərin (lavsan) və yunun əhəmiyyəti

daha böyükdür.



















Geyimlərin istiliyi mühafizə etmə xassəsi xeyli dərəcədə onu əhatə

edən

mühitdən:-temperaturdan, rütubətdən,

havanın hərəkət

sürətindən və

s. asılıdır.



















Mənbələrdən məlum

olduğu

kimi

havanın

rütubəti nəzəri cəhətdən

materialın istilik xassəsini azaltmır. Lakin təcrübə göstərir ki, bu rütubətin dərəcəsindən asılıdır. Eyni zamanda göstərməliyik ki, rütubətli soyuq hava bədəni tez soyudur və beləliklə də rütubətin təsiri altında geyimdə olan istilikverici materialın qalınlığında dəyişiklik gedir, daha doğrusu, rütubətli lifin plastik deformasiyasının artması hesabına materialın və geyimin istiliyi izoləetmə qabiliyyəti azalır.


Paltarların gigiyenik xassələrinin qiymətləndirilməsində məmulatın rəngini də nəzərə almaq lazımdır. Paltarın rənginin günəş şüasının udulma və əks etdirilməsi və isti iqlim üçün də xüsusi əhəmiyyəti vardır. Məlumdur ki, ağ rəng şüanı demək olar ki, tamamilə əks etdirir (98%), qara rəng isə tamamilə (99,5%) udur, qırmızı rəng istilik şüasını yaxşı əks etdirir və tutqun rəng isə paltarda olan çirki gizlədir (bu gigiyenik xassəni pisləşdirir).
İstehlakçının həyat fəaliyyəti üçün paltarın yumşaqlığının və çəkisinin də əhəmiyyəti az deyildir.
Paltarın çəkisi onun materialının çəkisindən və məmulatın ölçüsündən asılıdır. İstiliyi mühafizə edən müasir paltarlar mürəkkəb konstruksiyalı olmaqla onun hissələri bir neçə qatdan ibarət olur ki, bu da onların çəkisinin əhəmiyyətli dərəcədə yuxarı olmasına səbəb olur. Məsələn, 48 ölçülü, 3-cü boy kişi qış paltarı dəstinin ümumi çəkisi 9-10 kq-a qədər olur. Bu dəstin çəkisi insan bədəninin çəkisinin 15%-ə qədərini təşkil edir. Belə bir əhəmiyyətli çəkiyə malik paltarı kəsdirmək üçün əlavə güc (enerji) sərf etmək lazım gəlir (heyvanı soyuqdan mühafizə edən tük örtüyünün çəkisi isə bədənin ümumi çəkisinin 2-2,5%-dən artıq olmur). Ona görə də çalışmaq lazımdır ki, paltarlar mümkün qədər yüngül olsun.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin