olub dairəvi formaya qədər cilalanmış olur. Artek yarması mannı yarma-sına yaxındır. Duru və özlü südlü sıyıqların hazırlanmasında istifadə edilir.
Mərci – forma və ölçüsünə görə 2 qrupa ayrılır: boşqabvarı (ərzaq üçün) və xırdadənli (yem üçün). Boşqabvarı mərcinin forması iki qarşılıqlı linzaya bənzəyir. Təzə mərcinin rəngi yaşıl, saxlandıqda tünd yaşıl və qəhvəyi olur. Mərcinin tərkibində çoxlu zülal, nişasta, mineral maddələr və vitaminlər vardır. Mərci yüksək qidalılıq dəyərinə və yaxşı dada malikdir. Mərcidən şorba, sıyıq, kotlet, mərci-plov hazırlanır, hədik və küftə xörəklərinə qatılır.
Noxud – paxlalı-dənli bitkilərdən qabığı çıxarılaraq hazırlanan yeganə yarmadır. Bu yarmanı sarı və yaşıl nüvəli ərzaq noxudundan alırlar. Pardaq-lanmış bütöv və pardaqlanmış xırdalanmış halda buraxılır. Qabığı çıxarılmış noxud zəngin kimyəvi tərkibə malik olub qiymətli qida məhsuludur. Noxud-dan şorba, püre və sıyıq hazırlanır, xüsusi noxud şorbası bişirilir.
Paxla – xarici görünüşünə görə lobyaya oxşayır. Ağ, sarımtıl rəngli paxla dənləri qida üçün, tünd və tamamilə qara rənglilər isə yem üçün istifadə edilir. Kimyəvi tərkibinə görə lobyaya yaxındır, lakin gec bişir.