Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


V FƏSİL. MEYVƏ-TƏRƏVƏZİN FUNKSİONAL



Yüklə 0,87 Mb.
səhifə54/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   164
-funksional-

V FƏSİL. MEYVƏ-TƏRƏVƏZİN FUNKSİONAL
VƏ ERQONOMİK XASSƏLƏRİ



5.1. Meyvə-tərəvəzin funksional göstəriciləri
Meyvə-tərəvəzin tərkibində insan orqanizmi üçün zəruri olan bir çox maddələr: şəkərlər, üzvi turşular, azotlu maddələr, yağlar, ətirli və boya maddələri, mineral duzlar, vitaminlər, fermentlər, qlükozidlər, fitonsidlər və pektin maddələri vardır.
Meyvə-tərəvəz mineral maddələrin və vitaminlərin mənbəyidir. Paxlalı tərəvəzlər və kələm asan həzm olunan zülali maddələrlə zəngindir. Meyvə-tərəvəzin tərkibində olan nuklein turşuları, fitonsidlər və başqa bioloji aktiv maddələr insan qidasında böyük əhəmiyyət kəsb edir. Meyvə-tərəvəzdəki vitaminlər insan orqanizminin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Almanın və başqa meyvə-tərəvəzin tərkibindəki dəmir qanazlığının qarşısını alır. Bəzi meyvə-tərəvəz müalicəvi əhə-miyyətə malikdir. Məsələn, moruğun tərkibində salisil turşusu olduğundan ondan soyuqdəyməyə qarşı istifadə edilir. Armuddan və qaragilədən qarnı bərkitmək, gavalıdan isə yumşaq saxlamaq üçün istifadə edilir.
Meyvə-tərəvəzin tərkibində üzvi maddələrlə yanaşı, maddələr mübadiləsində böyük fizioloji rol oynayan müxtəlif mineral maddələr də vardır. Bunlar yaxşı mənimsənilə bilən, müxtəlif üzvi və mineral turşuların

(fosfor,

şərab,

sulfat,

bor

və s.) duzları şəklində, bəzi elementlər

üzvi

maddələrin

tərkibində

rast

gəlir. Məsələn,

maqnezium xlorofil

piqmen-

tinin,

kükürd



fosfor

meyvə-tərəvəzin

zülali

maddələrinin

tərkibinə

daxildir.





































Meyvə-tərəvəzin tərkibində 0,25-1,16%-ə qədər mineral maddələr

olur. Mineral maddənin yarısına qədərini kalium təşkil edir.

Bir

çox

meyvə-tərəvəz külünün tərkibində 60-a qədər makro- və

mikroele-

mentlərin

olması

müəyyənləşdirilmişdir.

Bunlardan

ən

çox rast

gələnləri

K, Na, Ca, Mg, Fe, Mn, Al, S, P, Si, Cl, B, J, Cu, Zn, Pb və s.-dir.










Kələm,

ispanaq,

kahı, kərəviz,

çiyələk, moruq

kalsium

duzları ilə

daha zəngindir. Kahı, ispanaq, qırmızıbaş kələm, pomidor, qıtıqotu, turp, çiyələk, moruq, qaragilə, alma və armudda isə dəmir daha çoxdur. Dəmir və fosfor təzə xiyarda da olur. Moruq, çiyələk, böyürtkəndə (2,2-12,1%) maqnezium duzları daha çoxdur. Giləmeyvələr fosfor ilə də zəngindir. 1 kq yeyilən meyvədə misin miqdarı 0,2-1,4 mq olur. Ən çox mis zeytunda, banan, albalı, heyva, böyürtkəndə (1,6 mq) olur. Arsenin miqdarı 1 kq almada 10-27, kartofda 8, soğanda 20, yerkökündə 100-200, göy lobyada




  1. qammaya qədər olur. Yod ən çox xurma, feyxoa (1,65-3,9 mq/kq), alma, narıngi, banan, kahı, ispanaq, göy noxud və kartofda olur.

Meyvə-tərəvəzin tərkibindəki karbohidratlar şəkər, nişasta, inulin,


62


sellüloza,

hemisellüloza və pektin maddələri şəklində rast gəlir və yüksək

qidalılığa

malikdir.










Meyvə-tərəvəz orqanizm üçün

vitaminlərlə zəngin

olan

məhsul

sayılır.

Orqanizmin vitaminlərə olan

tələbatını meyvə-tərəvəz ödəyir.

Onlar müxtəlif vitaminlərin mənbəyidir.

Meyvə-tərəvəzdə

B, C,

PP, K

kimi vitaminlər vardır. Ümumiyyətlə, bitkilərdə, o cümlədən meyvə-tərəvəzdə A vitamini olmur. Burada karotin vardır ki, bu da orqanizmdə A vitamininə çevrilir. Karotinin miqdarı ayrı-ayrı meyvə-tərəvəzdə müxtəlifdir. Meyvə-tərəvəzdə karotinin miqdarı (mq%-lə) belə olur: göy noxud – 1,0; soğan – 4,8; cəfəri – 8,4; kahı – 1,8; göy pomidor – 0,4; yerkökü – 7,2; ərik – 1,7; portağal – 0,2; albalı – 0,2; narıngi – 0,4.


Meyvə-tərəvəzdə daha çox rast gələn C vitaminidir. Meyvə-tərəvəz məhsulları C vitamininin mənbəyidir. Məsələn, itburnu meyvəsində 1500 mq%, kal qozda 1200 mq%, qara qarağatda 300 mq% C vitamini olur.

Göy tərəvəzlər də C vitamininin mənbəyi sayıla bilər.


Kələmdə, yarpaqlı və ədviyyəli tərəvəzlərdə, tomat tərəvəzlərində C vitamini çoxdur. Gül kələmdə 70 mq%, göy soğanda 60 mq%, cəfəridə və şüyüddə 150 mq%, ispanaqda 50 mq%, tomatda 40 mq%, saplaqlı istiotda 103-250 mq% C vitamini vardır.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin