Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Meyvə-tərəvəzlərin yığım dövrünün



Yüklə 0,87 Mb.
səhifə62/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   164
-funksional-

5.7. Meyvə-tərəvəzlərin yığım dövrünün

funksional göstəricilərə təsiri

Müasir kənd təsərrüfatı istehsalında meyvə və tərəvəz məhsullarını, əsasən maşınla yığırlar. Həmin maşınların miqdarı ilbəil artır və iş rejimi



təkmilləşdirilir.

Lakin

hələlik

meyvə-tərəvəzin

əl ilə

yığılıb

çeşidlənməsi

geniş tətbiq edilir.































Yığım



emal maşınlarının quruluşu

yığılacaq

məhsulun

bioloji

xassələrinə görə müəyyən edilir. Bu zaman

meyvə-tərəvəzin mexaniki qu-

ruluş

xassələri,

toxumaların

sıxlığı, meyvə-tərəvəzin sıxılmaya müqa-

viməti,

sürtünmə

və s. nəzərə

alınır.






















Qeyd

etmək

lazımdır ki, maşınla

yığımda

mexaniki

zədələnmə

halları

çoxalır.

Ona

görə də mövcud maşınların yeniləşdirilməsinin, ma-

şınla

yığmaq

üçün

yeni

perspektiv meyvə-tərəvəz

sortlarının

seçilib
















71


















becərilməsinin və eləcə də yeni konstruksiyalı maşınlar yaradılmasının


böyük əhəmiyyəti vardır.

Yığım və çeşidləmə zamanı məhsulun keyfiyyətinə təsir edən əsas


amillər tətbiq olunan maşının quruluşu və optimal yararlılığı, temperatur, çeşidləmə müddəti və eləcə də yığımın dövrü və müddətidir.
Meyvə və tərəvəz məhsulları tarlada, həm də xüsusi məntəqələrdə çeşidlənir. Bu işin vaxtlı-vaxtında və düzgün texnoloji qaydada aparılması mühüm əhəmiyyətə malikdir. Məsələn, kartofu yığdıqdan sonra çeşid-lədikdə, əgər temperatur 10-150C olarsa, başqa şərtlər eyni olduqda 00C-də çeşidləməyə nisbətən yumruların zədələnməsi 2-3 dəfə artır.

Yığım dövrünün düzgün təyin edilməsi xüsusilə vacibdir. Yığım


dövrü müəyyənləşdirilərkən dərildikdən sonra məhsulun yetişə bilmə

qabiliyyəti nəzərə alınmalıdır.


Meyvə-tərəvəzçilikdə 4 yığım dövrü vardır. Bunlar ayrı-ayrı bit-

kilərin məhsulunun yetişmə dövrü ilə bağlı olduğundan yetişmə dövrləri

də adlanır. Yığım (yetişmə) dövrləri aşağıdakılardır.


  1. İstehlak üçün yığım dövrü. Bu dövrdə yığılan meyvə və tərəvəz xarici görünüşünə, ətrinə, dadına və konsistensiyasına görə maksimum keyfiyyətə malik olmalı, həmçinin forması, rəngi və ölçüsü sorta uyğun olmalıdır. Bu dövrdə dərildikdən sonra yetişə bilməyən meyvələri və yeyilməyə yararlı tərəvəzi yığırlar.




  1. Adi yığım dövrü. Bu dövrdə yığılan meyvə-tərəvəzin tərkibində qidalı və dadlı maddələrin əksəriyyəti toplanır. Barın forma və ölçüsü müvafiq sorta uyğun olur. Lakin meyvənin keyfiyyəti (dadı, iyi, onun tərkibində şəkərlərin miqdarı, konsistensiyası və s.) tamamilə formalaşmır. Bu dövrdə alma və armudun payız və qış sortları, sitrus meyvələri, po-midor, qovun və s. meyvə-tərəvəz məhsulları yığılır. Saxlanılma zamanı bu meyvələrdə yetişmə davam edir və istehlak dəyərinə malik olurlar. Bununla yanaşı, qeyd etməliyik ki, istər toxumlu meyvələr və istərsə də sitrus meyvələri ağacda nə qədər çox yetişib dərilərsə, bir o qədər keyfiyyətli sayılır.




  1. Texniki yığım dövründə emal üçün istifadə olunacaq meyvə-tərəvəzlər yığılır. Kompot hazırlamaq üçün istifadə olunacaq ərik dərilən zaman öz formasını və rəngini tam almaqla, həm də sıx ətlikli olmalıdır. Duza qoymaq üçün pomidorun ağımtıl, boz və çəhrayı rəngliləri, tomat şirəsi hazırlamaq üçün isə tam yetişmiş (qırmızı) pomidorlar yararlıdır.





  1. Yüklə 0,87 Mb.

    Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin