Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Geyimlərə verilən istismar tələbləri



Yüklə 0,87 Mb.
səhifə147/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   164
-funksional-

13.3. Geyimlərə verilən istismar tələbləri
Yuxarıda göstərdiyimiz tələblərlə yanaşı geyimlərə verilən ən mühüm tələblərdən biri də onlara verilən istismar müddəti və ya xidmət müddətidir.

160
Geyimlərin xidmət müddəti dedikdə məmulatın dağılanaqədərki (yararsız hala düşənə kimi) istismar müddəti başa düşülür. Məmulatın istismar müddəti saat, gün, ay və illə təyin edilir.


Məmulatın yararsız hala düşməsi müxtəlif səbəblərdən ola bilər.

Xalis xidmət müddəti fiziki cəhətdən istismar müddətini başa vurmasıdır.


İstismar zamanı məmulatın yararlılıq xassəsi pisləşə bilər və yaxud məmulat dağıla bilər. Beləliklə, məmulat köhnəlir. Paltarın köhnəlməsi və yaxud dağılması müxtəlif amillərin təsiri altında baş verir. Bu təsirlər ayrılıqda da ola bilər, kompleksdə də ola bilər. Paltarın dağılmasında kompleks təsirlərə mekaniki-bioloji, foto-kimyəvi və başqa təsirlər daxil-dir. Materialların sürtünməsinin özü müxtəlif cür ola bilər. Məsələn, parçanın parçaya sürtünməsi, parçanın dəriyə sürtünməsi və s.
Paltarın istismar tələbindən danışarkən uzunömürlülüklə istismar müddətini bir-birindən ayırmaq lazımdır. Uzunömürlülükdə paltarın istismar edilmədiyi, yəni “istirahətdə”olduğu vaxt da hesablanır. Məsələn, ola bilsin ki, hər hansı bir qış paltosu 3-4 il müddətində yalnız 300 gün istismarda olsun. Əgər məmulat müəyyən səbəbdən istismardan kənarlaşdırılmışdırsa (modası dəyişmiş, istehlakçının ölçüsü dəyişmiş, xassəsi pisləşmiş və s.) onda uzunömürlülük istismar müddətindən çox olacaqdır.

Beləliklə də məmulatın istismar müddətinə iki səbəb təsir edə bilər-məmulatın dağılması və yaxud istismar şəraitinin dəyişməsi ilə əlaqədar olaraq həmin məmulata istehlakçı tələbatının azalması. Elə bununla əlaqədar olaraq fiziki və mənəvi köhnəlməni bir-birindən fərqlən-dirməliyik.


Mənəvi köhnəlmədə məmulatın yararlılıq xassəsi köhnəlir, daha doğrusu, məmulat xarici görünüşünə görə artıq müasir modaya uyğun gəlmir və bəzən də məmulatın forma və ölçüsü tələbi ödəmir. Belə hallara uşaq geyimlərində daha çox təsadüf edilir. Mənəvi köhnəlmənin nəticəsində məlum olur ki, geyim istifadə edilmədən köhnəlmişdir. Belə olduqda məmulat ya sıradan çıxır və yaxud da onu yenidən təmir edib, düzəldib təkrar istifadəyə qaytarırlar.
Fiziki köhnəlmədə paltar istismar edilməklə ömrünü başa vurur. Daha doğrusu, kompleks təsirlərin nəticəsində paltar köhnəlir və sıradan çıxır. Bu təsirlərin dərəcəsi həmin məmulatın təyinatından və onun istismar şəraitindən asılı olaraq müxtəlif ola bilər. Məsələn, dəyişək məmulatlarında fiziki köhnəlmənin başlıca səbəbi sürtünmə, yuma və ütüləmədirsə, üst paltarları üçün isə əsas səbəb təkrar qatlanma, sürtünmə, dartılma, havanın təsiri və mexaniki təsirlər hesab olunur.
Məmulatın fiziki köhnəlməyə qarşı davamlılığına müxtəlif amillər təsir edə bilər.
Materialların sürtünməyə qarşı kifayət qədər davamlı olması, məmulatın istifadə xarakterindən (məmulat fasiləsiz və fasiləli “istirahətlə”
161
geyilə bilər), məmulatın istismar şəraitindən (yararsız rütubət, temperatur,


kimyəvi reaktivlər və s.), məmulatla

düzgün

rəftar

qaydasından,

istehlakçının

fərdi

xüsusiyyətindən

(çəkisi,

hərəkər

xüsusiyyəti,

tərləməsi

və s.) və sairələrdən

asılıdır.
















Fiziki

köhnəlmə prosesində

ümumi

fiziki köhnəlmə

ilə

yerli fiziki

köhnəlməni fərqləndirmək lazımdır. Ümumi fiziki köhnəlmədə məmulatın bütün sahəsində müəyyən zəiflik olur. Belə halda məmulat nəticəsində istismar üçün tamamilə yararsız olur. Yerli fiziki köhnəlmədə məmulatın müəyyən hissəsi sıradan çıxa bilər, müəyyən hissəsi hələlik istismar üçün yararlılıq qabiliyyətini saxlaya bilər.


Paltarın forma saxlaması parçanın elastikliyindən, emal keyfiyyə-tindən, istismar şəraitindən və s. asılıdır. Son zamanlarda yaxşı forma saxlama qabiliyyətinə malik məmulatlar buraxmaq üçün əzilməyən materiallardan və müasir texnoloji əməliyyatlardan istifadə edilir.
Paltarın istifadəsinin rahatlığı əsas etibarilə bədən ölçüsünün düzgün götürülməsindən, konstruksiya zamanı xətlərin quruluşundan, ayrı-ayrı hissələrin forma, ölçü və yerləşdirmə xüsusiyyətindən, tikişlərin sayın-dan, birləşmənin növündən (sap, yapışqan, qaynaq) və digər cəhətlərdən asılıdır. Bütün bu amillər məmulatın modelləşdirmə və konstruksiya əməliyyatlarında nəzərə alınır. Model, konstruksiya, tikiş, forma və s. hamısı məmulatın təyinatına və istismar şəraitinə uyğun olmalıdır. Məsələn, hərəkət üçün tikilmiş qol bütöv biçilmiş qoldan daha rahatdır. Eyni zamanda məmulatı rahat geyinmək, soyunmaq və düymələmək məmulatın uzunluğundan və enindən, cibin və düymələrin forma və yerləşməsindən də asılıdır. Məsələn, gündəlik geyilən məmulatlarda şüb-həsiz ki, çoxlu miqdarda xırda düymə və ilmələrin olması məqsədəuyğun deyildir. Eləcə də paltarın cibinin geniş və rahat olması vacib şərtlərdəndir.
İstifadəsinin rahatlığı məmulatın özünün növündən asılıdır. Bəzi növ məmulatlar üçün bu birinci dərəcəli əhəmiyyətə, başqaları üçün ikinci dərəcəli əhəmiyyətə malik ola bilər. Beləliklə, artistlər üçün olan paltarlar birici növbədə gözəl və incə olmalıdır. Fəhlənin iş paltarı isə hər şeydən əvvəl təsirlərə davamlı və rahat olmalıdır ki, onun iş qabiliyyətinə maneçilik törətməsin. Əksər hallarda istifadəsinin rahat olmaması mə-mulatın tezliklə sıradan çıxmasına səbəb olur.
Paltarların xidmət müddəti bir sıra iqtisadi amillərlə də əlaqədardır. Bildiyimiz kimi, xidmət müddəti vahidinə çəkilən xərcin istehlakçı üçün böyük əhəmiyyəti vardır. Bütün qalmış şərtlər eyni olmaqla şübhəsiz ki, ucuz və keyfiyyətli olması ölkənin iqtisadi inkişafından da asılıdır. Daha doğrusu, paltarın ucuz başa gəlməsi həmin ölkənin sənayesinin inkişaf vəziyyətindən, xammal bazasından, tikiş istehsalının və texnologiyasının təşkilindən və təkmilləşdirilməsindən, material və əmək sərfinin həcmindən və digər iqtisadi amillərdən asılıdır.
162

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin