3.2. Funksional xassələr
Məmulatın öz təyinatına uyğun olmasını ortaya çıxaran xassəyə funksional xassə deyilir. Məmulat funksional xassəsinin ən yaxşı göstəri-ciləri ilə əhalinin tələbini tam ödəyir.
Müxtəlif əmtəələr üçün funksional xassələrin nomenklaturası eyni deyil. O, malın təyinatından asılıdır. Məsələn, qış ayaqqabıları üçün – isti-liksaxlama xassəsi, məişət paltaryuyan maşınlar üçün – dəyişəyin yuyulma dərəcəsi, suya çəkilməsi, sıxılması, maşının məhsuldarlığı funksional xassələrdir.
Bu qrup xassələrin adının bir qədər şərti olmasını və onun nisbi-liyini qeyd etmək lazımdır. Bəzi əmtəələr üçün funksional xassə kimi digər qrup xassələr ortaya çıxır. Məsələn, dekorativ məmulatlar üçün funksional xassə estetik xassələrlə, süfrə dəstləri üçün funksional xassə erqonomik
38
xassələrlə ifadə olunur. Çoxtəyinatlı parçalar üçün funksional xassələri seçmək çətindir. Əgər parça, yaxud trikotaj alt dəyişəyinin hazırlanması üçün işlədilirsə, onda onun funksional xassəsi gigiyenik xassə olacaqdır.
Funksional xassələrin nomenklaturası və onların göstəriciləri əm-təəşünaslığın xüsusi bölmələrində (parça, ayaqqabı, mədəni mallar və s.) ətraflı öyrənilir.
Dostları ilə paylaş: |