3.3. Etibarlılıq xassələri
Etibarlılıq bütün məmulatlar, xüsusən mürəkkəb texniki məmulatlar üçün təcrübəvi əhəmiyyəti olan lazımi xassədir. Əmtəələr satışa müəyyən
keyfiyyət göstəriciləri ilə daxil olur
|
ki, bu göstəricilər
|
də istismar
|
müddə-
|
tində dəyişməməlidir. Standarta əsasən
|
etibarlılıq
|
–
|
məmulatın
|
istismar
|
xassə göstəricilərini verilmiş hüdudla
|
tələb
|
olunan vaxt
|
ərzində saxlayaraq
|
öz funksiyasını yerinə yetirməsi və
|
yaxud
|
istismar
|
şəraitində etibarlı işlə-
|
məsini ifadə edir.
İşləmək dedikdə, məmulatın iş müddəti, yaxud saatlarla, kilometr-lərlə və başqa vahidlərlə ölçülən iş həcmi başa düşülür. Məsələn, televi-
zorun, radioqəbuledicilərin işləməsi saatla, nəqliyyat vasitələrinin işləməsi
isə kilometrlərlə ölçülür.
Etibarlılıq mürəkkəb xassədir və buraya müntəzəmlik, uzunömür-
lülük, davamlılıq, təmirə yararlılıq, mühafizə edilməsi kimi xassələr daxil
edilir.
Bu xassələrə baxmamışdan əvvəl, etibarlılığın nəzəriyyə və təc-rübəsində işlədilən: «işləmə qabiliyyəti», «nasazlıq», «rəddetmə» haqqında bəzi anlayışları qeyd edək.
İşləmə qabiliyyəti məmulatın vəziyyətinin necəliyini təyin edir. Bu göstərici normativ-texniki sənədlərlə (standartlar, texniki şərtlər və s.) müəyyən edilmiş parametrlərə uyğun olaraq məmulata verilmiş funksiyanı yerinə yetirmək qabiliyyətinə malikdir. İşləmə qabiliyyətinin pozulmasına rəddetmə deyilir. Əgər məmulat normativ-texniki sənədlərin tələblərinin birinə uyğun deyilsə, onda o, nasaz sayılır. «İşləmə qabiliyyəti» və «nasaz-lıq» anlayışı eyni deyildir. Məsələn, soyuducunun daxili tutumunu işıqlan-dıran lampanın yanıb xarab olması, onun işləmə qabiliyyətini pozmur, lakin onun istismarını çətinləşdirir. Deyirlər ki, soyuducu belə halda nasaz hesab edilir, ancaq o işləmə qabiliyyətinə malikdir. Elektrik avadanlığının hər hansı bir elementinin sıradan çıxması, məsələn, termonizamlayıcının kontaktının xarab olması soyuducunun işləmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Beləliklə, «saz olma» anlayışı geniş mənada işləmə qa-biliyyətidir.
Bəzi hallarda məmulatın parametrləri istismar prosesində istifadə üçün yararlı hesab oluna bilir. Məsələn, televizorun kinoskopunun aydınlı-
39
ğının azalması nəticəsində əksin görünməsi pisləşir, ancaq istehlakçı ondan istifadə etməyi davam etdirir. Bu cür hallarda normativ-texniki sənədlərdə rəddetmənin nişanələri xüsusi qeyd edilir.
Məmulatın işləmə qabiliyyətinin müəyyən müddət məcbur edil-mədən, fasiləsiz işləməsinin saxlamasına müntəzəmlik deyilir. Müntəzəmlik bir neçə göstərici ilə xarakterizə olunur: məmulatın müntəzəmlik imkanı birinci rəddetməyə qədər orta işləməsi, rəddetməyə qədər işləməsi, rəddet-mənin intensivliyi, zəmanətli işləməsi və s. ilə müəyyən edilir. Müntəzəm-liyin göstəricilərinin seçilməsində məmulatın təmir olunması və ya təmir olunmaması nəzərə alınmalıdır. Təmir olunmayan məmulatlara, məsələn, işığın elektrik mənbəyi, kondensatorlar, elektrik açarı və başqaları, təmir olunanlara – soyuducular, televizorlar və s. daxildir.
İşin müntəzəmlik imkanı təsdiq edir ki, rəddetmə vaxtın verilmiş t intervalında, yaxud işləmənin verilmiş hüdudunda törəmir. Bu, təmir olu-nan və təmir olunmayan məmulatlar üçün əsas göstəricidir. İşin müntə-zəmlik imkanı və başqa göstəricilərini təyin etmək üçün məmulatın xüsusi sınanması, yaxud verilmiş şəraitdə istismarına nəzarət edilməsi tətbiq edilir. Bu zaman hər məmulatın rəddetmə işləməsi təyin edilir: t1, t2, t3,…..
tn.
İşin müntəzəmlik imkanı 0-dan t-yə qədər hüdudda aşağıdakı düsturla təyin edilir:
P(t) N m
N
burada, N – müşahidə edilən məmulatın sayı;
m – işləmənin t sonuna qədər rədd edilən məmulatın sayı.
Əgər P(t) vahidə bərabərdirsə, bu, o deməkdir ki, bütün məmulat vaxtın verilmiş intervalında, t özünün işləmə qabiliyyətini saxlayır. P(t) 0,95-ə bərabərdir, bu onu göstərir ki, məmulat işləmə t hüdudunda işləmə qabiliyyətini 95% saxlayır. İşin başlama momentində işin müntəzəmlik im-kanı vahidə bərabərdir və vaxtın keçməsilə eksponenial qanun üzrə azalır, daha doğrusu, işləmədən əksilmə funksiyasıdır. Bu funksiyanın qrafikinə əyri əksilmə deyilir. Əyri əksilmə üzrə qamma-resurs faizini təyin etmək olar. Hansı ki, məmulatın qamma faizi orta saya malikdir. Məsələn, 1000 saat sınanma nəticəsində 500 elektrik közərmə lampasından 10-u xarab olur. Bu zaman işin müntəzəmlik imkanı aşağıdakı kimi olacaqdır:
P(1000) 500 10 ~ 0,98
500
0,98 rəqəmi indiki halda 1000 saat resursun qamma-faiz qiymətidir.
Başqa sözlə, məmulatın 98%-i 1000 saat işıqlanmaya davam gətirir.
Dostları ilə paylaş: |