3.8. Erqonomikanın əsas göstəriciləri
Məmulatların konstruksiyasının insan orqanizminin xüsusiyyətinə (antropometrik, fizioloji və s.) uyğunluğunu xarakterizə edən məmulatın xassələrinə erqonomik xassə deyilir. Erqonomik xassələr məmulatın istis-marının rahatlığı, bu zaman insanın yorulma dərəcəsi, məmulatdan istifadə edən zaman onların ayrı-ayrı əməliyyatları yerinə yetirmə sürəti və dəqiq-liyi ilə təyin edilir. İstismar rahatlığı, həmçinin insanın sərf etdiyi güc və enerji ilə xarakterizə olunur ki, bunun sərf edilməsi nəticəsində istənilən yararlı effekt almaq mümkün olsun.
Erqonomik xassələr qrupu kompleksdir və antropometrik, fizioloji və psixofizioloji, psixoloji göstəricilərdən ibarətdir.
Antropometrik göstəricilər məmulatın insan bədəninin tipik ölçü və formasına, yaxud onun ayrı-ayrı hissələrinə uyğun olması ilə xarakterizə olunur. Antropoloji məmulatların ölçü nişanələri üzrə bir çox istehlak
52
mallarının çeşid strukturunun işlənməsində geniş istifadə olunur (ayaqqabı, paltar, baş geyimləri və s. ölçüləri). Antropoloji göstəricilər, həmçinin me-bel, qablar, alətlər və bir çox başqa istehlak malları üçün də əhəmiyyətlidir.
Onlar bütöv məmulat, yaxud konstruksiyanın tərkib elementləri, xüsusən idarə edən hissələri, onların rasional təmini nöqteyi-nəzərincə və əmtəələrin istismarı zamanı insanın rahat olması, məmulatın idarə edil-məsinin optimal şəraiti və s. ilə xarakterizə olunur.
Antropometrika məmulatın insan bədəni ölçülərinə və onun ayrı-ayrı orqanlarına uyğun olması, məmulatın formasının bədənin və onun ayrı-ayrı hissələrinə uyğun olması, məmulatın insan bədənin kütləsinin bölünməsinə uyğun olması və s. göstəriciləri daxildir.
Məmulatın ölçüsünün insan bədəninə və onun ayrı-ayrı orqanlarına, məsələn, gövdəsinin, dəstəyin, dəyişdirici açarın, idarəedici dəstəyin insan əlinin ölçüsünə uyğunluğunu göstərir.
Məmulatın bədəninin forma və onun ayrı-ayrı hissələrinə uyğunluq göstəriciləri mebelin, ayaqqabının, paltarın, müxtəlif idarəedici dəstəklərin konstruksiyasında nəzərə alınır. Məsələn, bayraq üçün batıq olan dəyirmi düzbucaqlı idarəedici basma düymə qabarıq səthli silindrik basma düyməyə nisbətən istismar üçün daha rahatdır.
Məmulatın uyğunluq göstəricisinin insan bədəninin kütləsində pay-lanması məmulatın istismar rahatlığı ilə xarakterizə olunur. Məsələn, əgər məişət paltaryuyan maşınlarının idarəedici dəstəyi onun aşağı hissəsində, döşəməyə yaxın yerləşibsə, onda insan narahat halda işləməyə məcburdur.
Fizioloji və psixofizioloji göstəricilər məmulatın insanın fizioloji və psixofizioloji xüsusiyyətlərinə – onun gücünə, sürət və enerji imkanına, insanın hiss orqanlarının işləmə xüsusiyyətinə (görmə, toxunma hissi, eşitmə və s.) uyğunluğu ilə xarakterizə olunur. Bu qrup göstəricilərə da-xildir: məmulatın konstruksiyasının insanın güc imkanına uyğunluq göstəricisi (əl məmulatlarının kütləsi, köçürülən radio və elektrik cihazları, qış paltarı, ayaqqabı altlığının bərkliyi, soyuducunun qapısını açmaq üçün sərf edilən gücün çoxluğu, stasionar elektrik rozetkalarında birləşdirici şnurların çəngəlinin yerləşdirilməsi və s.).
Məmulatın insanın sürət imkanına uyğunluq göstəricisi (maqnitofon lentinin sarınma sürəti elə olmalıdır ki, onu lazımi qeyddə asan dayandır-maq mümkün olsun və s.).
Məmulatın insanın görmə psixofizoloji imkanına uyğunluq gös-təricisi – müxtəlif yazıları, cihazların şkalasını, açıq rəngləri və s. görmə rahatlığı ilə xarakterizə olunur; ən yaxşı görmənin qəbuledilmə optimalı cihazın şkalasının bölgüsü arasındakı məsafə 1,5 mm-dən az olmamalıdır –
mm-dən çox məsafədə göz qara fonda ağ nişanları dəqiq qəbul edir, ağ olduqda – əksinə.
53
Məmulatın insanın eşitmə imkanına uyğunluq göstəricisi – məmulat üçün səs xəbəri lazımdır. Bu cihazların səs siqnalı bir tərəfdən eşitməni artırmalı, digər tərəfdən elə olmalıdır ki, insan qulağında qıcıqlanma əmələ gəlməsin.
Psixoloji göstəricilər – məmulatın insanın psixoloji xüsusiyyətlərinə uyğun olması xarakterizə olunur. Buraya, məsələn, qəbuletmə, yaddaş vərdişinin möhkəmlənməsi, təfəkkür daxildir.
Bu yarımqrupdan ən geniş yayılan göstərici insan vərdişinin möhkəmlənməsinə – məmulatın uyğun göstəricisidir. Məsələn, cihazların nizamlayıcı dəstəyini saat əqrəbi istiqamətinə çevirməklə nizamlanan para-metr (səs hündürlüyü, gərginlik və s.) artırmaq lazımdır.
Əksər hallarda erqonomik xassələrin göstəricisi ekspert üsulu ilə təyin edilir. Lakin elmi tədqiqatda ən çox eksperimental üsullar, məsələn, tenzometrik, elektromioqrafik və s. üsulları tətbiq edilir. Tenzometrik üsu-lun mahiyyəti ondan ibarətdir ki, mexaniki həcmi (təzyiq, güc) elektrik həcmi ilə təyin edilir. Bu məqsəd üçün elektrik tenzometrdən, daha doğ-rusu, datçikdən istifadə edilir ki, bu da təzyiq ölçülən zaman öz elektrik müqavimətini, yaxud həcmini dəyişir. Məsələn, bu datçiki ayaqqabının daxili ilə insan ayağının altına yerləşdirdikdə ayaqqabının içinə ayağın altının təzyiqinin bərabər paylanmasını təyin etmək olar. Qeyri-bərabər təzyiqdə ayağın altı tez yorulur, yürüyərkən ayaq altının yastı olması nöq-sanı inkişaf edir.
Elektromioqrafik üsulun mahiyyəti insan tərəfindən müxtəlif məmulatların istismarı zamanı işləyən əzələlərin biotokların böyüklüyünü qeydə almaqla nəticələnir. Məmulatın konstruksiyası insanın iş xüsusiy-yətlərinə nə qədər çox uyğundursa, əzələlərdə bir o qədər az biotok əmələ gəlir, insan məmulatın istismarı zamanı özünü yaxşı hiss edir.
54
Dostları ilə paylaş: |