Arpa yarması – çiçək qişasından tamamilə, meyvə və toxum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş nüvədən ibarətdir. Forma və quruluşundan asılı olaraq 2 növ arpa yarması istehsal edilir: perlova (cilalanmış bütöv) və xırdalanmış arpa yarması (yaçnıy). Perlova yarması istehsal etdikdə çiçək qişasından təmizlənmiş arpa par-daqlayıcı və cilalayıcı maşında emal olunur. Bu zaman dəndən meyvə və toxum qılafı, rüşeym, aleyron təbəqəsinin bir hissəsi təmizlənir, yarma oval və ya dairəvi forma alır. Yarma ələnir və ölçüsünə görə sortlaşdırılır. Perlova yarması ölçülərinə görə beş nömrədə (1 №-li 3,5 mm; 2 №-li 3-2,5 mm; 3 №-li 2,5-2 mm; 4 №-li 2-1,5 mm; 5 №-li 1,5-0,56 mm) buraxılır. İri- ölçülü yarma duru xörəklərin və dənəvər sıyıqların hazırlanmasında, xırdaölçülü yarmalar isə daha tez bişməsinə görə duru sıyıqların ha-zırlanmasında istifadə olunur.
Xırdalanmış arpa yarması (ячневая крупа) çiçək qişasından azad
edilmiş xırdalanmış arpadan ibarətdir. Yarma ələnir, təmizlənir və ölçü-lərinə görə üç nömrədə (1 №-li 2,5-2 mm; 2 №-li 2-1,5 mm; 3 №-li 1,5-0,56 mm) sortlaşdırılır. Perlova yarmasından fərqli olaraq cilalanmır və
55
ona görə
|
də
|
tərkibində sellüloza nisbətən çoxdur. Əsasən sıyıqların
|
hazırlanmasında
|
istifadə edilir.
|
|
|
|
|
Dostları ilə paylaş: |