Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Erqonomikanın mahiyyəti, məqsədi və problemləri



Yüklə 0,87 Mb.
səhifə46/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   164
-funksional-

3.7. Erqonomikanın mahiyyəti, məqsədi və problemləri
Əmtəələrin xassələrinin erqonomik göstəriciləri ardıcıllığı və məz-
munu qiymətləndirmənin məqsədlərindən, məmulatın mürəkkəbliyindən və s. asılı olan bir sıra mərhələləri və əməliyyatları özündə birləşdirir. Bir
qayda olaraq, iki əsas mərhələnin keçirilməsi nəzərdə tutulur: əmtəənin erqonomik xassələrinin və onun istehlakı prosesinin təhlili; xassələrinin erqonomik göstəricilərinin bilavasitə qiymətləndirilməsi.
Birinci mərhələnin məqsədi – «İnsan-məmulat (məmulatlar komp-leksi)-istifadə mühiti» sistemində insanla məmulat arasındakı əlaqələri müəyyən etməkdir. Bu zaman ekspertlər aşağıdakıları təhlil edirlər:


  • əmtəələrin istehlakının mümkün şəraitinin strukturunu, əsas istehlakçı qruplarının xüsusiyyətlərini;




  • məmulatın elementlərinin erqonomik xassələri, idarəetmə orqan-larının forması, ölçüləri və yerləşməsini, məlumatların əks et-dirilməsi vasitələrinin səciyyəsini;




  • insanın həyat fəaliyyətinin optimal şəraitini şərtləndirən (küy, vibrasiya, ultrasəs və s.) gigiyena amillərini.

Birinci mərhələnin yerinə yetirilməsi ekspertlərə əmtəənin əhəmiy-yətli üstünlüklərini və çatışmazlıqlarını üzə çıxarmağa, onun erqonomik səviyyəsini müəyyən etmək üçün obyektiv və zəruri məlumatların alınma-sına imkan verir.


İkinci mərhələdə qiymətləndirmənin konkret meyarlarını və metod-larını seçir, əmtəənin erqonomik xassələrinin göstəricilərini müəyyən edir

və həmçinin əmtəənin erqonomik səviyyəsi barədə ətraflı rəy hazırlayırlar. Qiymətləndirmənin məqsədlərindən, onun aparılması xüsusiyyətlərindən və həmçinin seçilmiş metoddan asılı olaraq bu cür təhlil və qiymətlən-dirməni aşağıdakılar aparırlar:




  • qiymətləndirilən əmtəə qrupunun istehlak xüsusiyyətləri ilə tanış olan və məhsulların keyfiyyətinin qiymətləndirilməsi təcrübəsi olan erqonomika sahəsinin mütəxəssisləri (fizioloqlar, gigiye-naçılar, mühəndis-psixoloqlar və s.);




  • ixtisaslı mütəxəssislər – ekspert qruplarında (komissiyalarda) cəmləşdirilmiş və öz təcrübələri, bilik və hissiyyatları vasitəsilə

əmtəənin keyfiyyəti barədə rəy bildirən ekspertlər;




  • qiymətləndirilən əmtəə qrupunun istismarında praktik təcrübəsi

olan istehlakçılar.

Əmtəələrin erqonomik göstəricilərinin qiymətləndirilməsindən əv-

vəlki təhlil işi bir sıra əməliyyatlardan ibarətdir.


İlkin əməliyyat – məmulatın təyinatı, funksional xüsusiyyətləri və

istehlak mərhələləri barədə qısa xarakteristika və materiallarla (istismarı

48
barədə təlimatlar, texniki səviyyə və keyfiyyət xəritəsi, prospektlər, stan-


dartlar və s.) tanışlıq,

əsas istehlakçı

qruplarının

müəyyənləşdirilməsi.







Erqonomik təhlil prosesində, həmçinin təqdim olunmuş əmtəə

qrupunun

erqonomik

göstəriciləri



normaları əks

olunmuş normativ-

texniki sənədlər

və tösviyələr nəzərə alınır. Baza nümunələrinin seçilməsi



erqonomik

qiymətləndirmənin

meyarlarının

müəyyənləşdirilməsi

üçün

ən

yaxşı

dünya

nailiyyətlərinə uyğun

yerli və

xarici

istehsal olan

analoji

əmtəə və həmçinin bu növdən olan məmulatın konstruksiya həllinin əsas inkişaf meyilləri və insanın onunla qarşılıqlı əlaqə xüsusiyyətləri nəzərə alınmış perspektiv nümunələr və real layihə işləri götürülür.


Məmulat işdə sınaqdan keçirilir ki, bu da ekspertlərə özlərini isteh-lakçı qismində hiss etməyə və istehlakın müxtəlif şəraitlərində onların hərəkətlərini təkrar etməyə imkan verir. Bu mərhələdə əsas məmulatın istehlak prosesinin erqonomik təhlilidir. İnsanın mədəni-məişət fəaliyyə-tinin müxtəlifliyi nəzərə alınaraq (hərəkətin yerinə yetirilməsi üsulları, məqsədləri, motivləri, məmulatın istifadə şəraitləri və s.) məmulatın isteh-lakının erqonomik təhlili də müxtəlif ola bilər. Məsələn, motosikllərin key-fiyyətini qiymətləndirən zaman sürücünün funksional vəziyyəti göstə-riciləri tədqiq oluna bilər. Elektrik sobalarının keyfiyyətinin qiymətləndiril-məsi zamanı əməliyyatlar üzrə, psixoloji və psixofizioloji təhlil metod-larından istifadə oluna bilər, xüsusi anket üzrə istehlakçılar arasında sorğu keçirilə bilər. Uşaq arabalarının keyfiyyətinin qiymətləndirilməsi zamanı erqonomik xassələrin anatomik və biomexaniki metodlarından istifadə oluna bilər. Bununla belə, erqonomik təhlilin əsas anı insan fəaliyyətinin hərtərəfli, bütöv şəkildə nəzərdən keçirilməsidir.
Erqonomik təhlil qiymətləndirilən məmulatın keyfiyyətinə verilən tələbləri dürüst ifadə etməyə imkan verir. Bu tələblər insanın məmulatla qarşılıqlı təmasının xüsusiyyətlərini nəzərə almaqla ümumi erqonomik tələblər əsasında irəli sürülür.
Təhlil mərhələsinin sonrakı vacib əməliyyatı növ nomenklaturası və məmulatın istismarı barədə məlumatların və analoji məlumatların öyrə-nilməsi, məlumat kitabçalarındakı informasiyalar və elmi-texniki sənədlər əsasında məmulatın erqonomik xassələrinin nomenklaturasının müəyyən edilməsidir.
Ümumi halda nomenklaturanın tərtibatı iki mərhələdə həyata keçirilir. Ekspertlər əmtəələrin keyfiyyətinin erqonomik göstəricilərinin tipik nomenklaturasından istifadə edərək özündə verilən əmtəə qrupunun bütün növlərinin erqonomik səviyyəsini səciyyələndirən, eyni adda və eyni və ya uyğun funksiyanı yerinə yetirən kompleks və ayrı-ayrı göstəricilərin
məcmusunu özündə əks etdirən növ nomenklaturasını tərtib edirlər.

Növ nomenklaturasını bir-biri ilə bağlı səviyyələrə bölünmüş iye-


rarxik quruluşda tərtib edirlər. Yuxarı səviyyədə kompleks göstəricilər,
49
aşağı səviyyədə isə bu və ya digər metodla (ölçü, hesablama və s.)


qiymətləri

müəyyən

edilə

bilən ayrı-ayrı və

kompleks

göstəricilər

yerləşir.

Yerarxiyanın səviyyəsinin sayı məmulatın mürəkkəbliyi və

həmçinin

erqonomik

təhlilin və qiymətləndirmənin məqsədləri ilə müəyyən edilir.




Sonrakı mərhələdə ekspertlər verilən məmulat üçün vacib olan

göstəricilərin

növ

nomenklaturası əsasında

seçilməsi



onların

incələn-

məsi

yolu

ilə

keyfiyyətin

erqonomik göstəriciləri nomenklaturasını müəy-

yən

edirlər.




Erqonomik

göstəricilərin

növ

nomenklaturasının

incələnməsi

iki istiqamətdə

aparıla bilər – məzmun və quruluş üzrə.
















Məzmun istiqamətində konkret əmtəənin erqonomik xassələrinin

göstəricilərinin

xarakteri,

əhəmiyyəti və

adları dəqiqləşdirilir.

Quruluş is-

tiqamətində

isə göstəricilərin nəzərdən keçirmə səviyyələri üzrə

bölünmə

qaydası və

həmçinin onların qruplarının incələnməsinin

mümkün

sərhəd-

ləri müəyyən edilir. Bu zaman növ nomenklaturasından qiymətləndirilən əmtəə üçün səviyyəsi olmayan göstəricilər çıxarılır və zəruri olduqda əmtəə ilə insan arasındakı qarşılıqlı əlaqənin xüsusiyyətini üzə çıxaran yeni


göstəricilər əlavə edilir.

Erqonomik xassələrin nomenklaturasının seçilməsinə «insan-mə-


mulat (məmulatlar kompleksi) - istifadə mühiti» sistemi böyük təsir gös-

tərir.
Sadə məmulatların (idarəetmə orqanları olmayan) erqonomikliyini qiymətləndirmək üçün göstəricilər nomenklaturası, qeyd edildiyi kimi,


əsasən istifadə və saxlanma mərhələlərində məmulatla davranmanın xüsu-siyyətlərini əks etdirməlidir.
İdarəetmə orqanları və qarşılıqlı əlaqə vasitələri olan mürəkkəb tex-

niki məmulatların

erqonomik

cəhətdən

qiymətləndirilməsi

üçün

məmulatla

insanın qarşılıqlı

əlaqəsinin

erqonomik

göstəricilərinin

geniş

strukturu

tələb olunur.
















Vahid istehlakçı kompleksində

birləşmiş məmulatların

keyfiyyə-

tinin qiymətləndirilməsi zamanı bir tərəfdən insanın kompleksin hər bir elementi ilə qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın istehlak komp-leksi ilə bütövlükdə qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini səciyyələndirən göstəriciləri nəzərə almaq lazımdır.


Məmulatın erqonomik təhlili mərhələsinin yekun əməliyyatı ölç-mələr və ya onların qeydiyyatı ilə göstəricilərin qiymətinin müəyyənləş-dirilməsidir.
Məmulatların istifadəsinin faydalılıq effekti hissiyyatla (məsələn, foto- və ya teletəsvir) ölçülən erqonomik xassələrinin göstəricilərinin müəyyənləşdirilməsi zamanı onların obyektiv qiymətlərinin və istehlakçı tərəfindən seyr edilən subyektiv qiymətlərin nisbətinin qeyri-xətti xarakte-rini nəzərə almaq tövsiyə olunur. Bu tələb ondan irəli gəlir ki, bizim yaşa-dığımız real fiziki mühitdən başqa obyektiv reallıq hisslərimizin mövcud
50
olduğu subyektiv mühit də mövcuddur. Onların komponentləri heç də həmişə əksi hissiyyatlar mühiti olan obyektiv mühitlə uyğun gəlmir. Buna görə də erqonomik ölçmələrin aktual və mürəkkəb məsələlərindən biri də bu iki mühitin arasındakı əlaqənin aydınlaşdırılmasıdır. Xüsusən söhbət real mühitdə mövcud olan bu və ya digər obyektin və ya onun xassələrinin qiymət göstəricilərinin subyektiv qavranılan, hisslər mühitində yaranan göstəricilərə çevrilməsindən gedir.
Əmtəələrin erqonomik xassələrinin göstəricilərinin qiymətləndiril-məsi mərhələsi iki əməliyyatdan ibarətdir:

  • erqonomik meyarların müəyyənləşdirilməsi;




  • məqsədlərindən və vəzifələrindən, müddətdən, zəruri məlumat-

ların tamlığından və dəqiqliyindən asılı olaraq qiymətləndirmə metodlarının seçilməsi.


Erqonomik xassələrin ayrı-ayrı göstəriciləri diferensial metodla qiymətləndirilir. O, erqonomik göstəricilərin qiymətlərinin onların baza qiymətləri ilə müqayisəsinə əsaslanır.
Kompleks metodu ilə daha çox əmtəənin keyfiyyət göstəricilərinin orta qiymətləri ilə ifadə olunmuş ümumiləşdirilmiş erqonomik göstəricilər müəyyənləşdirilir.

Kompleks metodun digər növü ekspress-metoddur. Onu ayrı-ayrı



göstəricilərin

qiymətlərinin və

onların mötəbərlilik

əmsalının

qabaqcadan

alınması

mümkün olmadıqda tətbiq edirlər. Əmtəələrin xassələrinin

göstəricilərinin

ekspress-metodla

qiymətləndirilməsi

zamanı




aşağıdakı

əməliyyatlar keçirilir:































-

erqonomik göstəriciləri ölçülən və ölçülməyənlərə ayırırlar;




-

keyfiyyətin

ölçülən




göstəricilərini

baza

göstəriciləri

ilə




müqayisəli təhlil edirlər;

























-

keyfiyyətin ölçülməyən

göstəricilərini

baza




göstəriciləri

ilə

mü-




qayisəli təhlil edirlər;




























-

ayrı-ayrı

göstəricilərin

və bütöv

qrupların

əhəmiyyəti

müəyyən-




ləşdirilir;


































-

məmulatın




keyfiyyətinin

erqonomik səviyyəsinin ümumiləşdiril-




miş qiyməti müəyyənləşdirilir.






















Əmtəələrin

erqonomik

xassələrinin

qiymətləndirilməsi

üçün

kom-

binə edilmiş metoddan da geniş istifadə edirlər. Məsələn, əgər erqonomik qiymətləndirmə məmulatın istifadə rahatlığı ilə məhdudlaşırsa və mə-mulatın xassə və səciyyəsi xüsusiyyətlərinin seçilmiş baza göstəricilərinin məcmusu ilə müqayisələrinin nəticələrinə əsaslanırsa, bu halda alət-hesablama, ekspert və sosioloji sorğu metodlarının kombinasiyasından istifadə olunur.


Ayrı-ayrı hallarda metodların özəl kombinasiyası tətbiq olunur, daha doğrusu, əmtəənin keyfiyyətinin erqonomik qiymətləndirilməsi ancaq
51
sınaq və sosioloji metodların və ya ancaq alət-hesablama və ekspert metodunun köməyi ilə alınmış nəticələr əsasında həyata keçirilir.
Məmulatın daha ətraflı və həqiqi erqonomik qiymətinin müəyyən edilməsi zərurəti yarandıqda diqqət məmulatdan istehlakçıya yönəldilir, əmtəənin erqonomik səviyyəsi isə istehlakın verilmiş şəraitinə istehlak-çının psixofizioloji və digər funksional xüsusiyyətlərinə uyğun müəy-yənləşdirilir, eksperimental metodların kombinasiyasından da istifadə etmək mümkündür. Bu halda qiymətləndirilən məmulatın və onun ana-
loqlarının şərti istehlakçı qruplarının fəaliyyətinin psixofizioloji aspektləri tədqiq edilir, qiymətləndirmənin nəticələrinin effektivliyi və optimallığı, sınaqdan keçirilən istehlakçıların funksional vəziyyətinin dinamikası,
onların qiymətləndirilən məmulatın baza nümunəsi ilə müqayisədə konkret istifadə şəraitində işləmə qabiliyyəti barədə fikir yürütməyə imkan verən göstəricilər kompleksi qeydiyyata alınır.
Əmtəələrin keyfiyyətinin erqonomik qiymətləndirilməsi əməliyyat-larının ixtisar edilməsi üçün ekspert və sınaq metodlarının kombinasiyası ilə ekspertlərin və sınanılanların bir şəxsdə birləşdirmək yolu ilə də

kifayətlənmək

olar. Bu,

laboratoriya

sınaqlarının

obyektiv

nəticələrini

ixtisaslı

mütəxəssislərin fikirləri ilə dolğunlaşdırılmağa imkan verər.




Yekun mərhələdə istifadə edilən metodlardan asılı olmayaraq əldə

edilmiş

bütün

erqonomik

göstəricilərin qiymətləri

ekspert

qrupunun

nəzərinə

çatdırılır, təhlil və

müzakirə edilir. Zərurət yarandıqda ekspert-

lərin

rəylərinin

uyğunluğunu

riyazi statistika metodları ilə müəyyən edirlər.

Bu,

məmulatın

erqonomik

səviyyəsi

barədə ümumiləşdirilmiş

rəyi ifadə

etməyə imkan verir. Onu ekspert komissiyasının yığıncağında müzakirə edərək ekspert rəyi ilə təsdiq edirlər.



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin