3.6. Estetik xassələr Formanın ümumi cəhətlərinin, onun nişanələrinin həssaslıqla mə-nimsəməsinə insanın estetik xüsusiyyətləri deyilir. Əşya əhatəsi insanda gözəlliyə qarşı hiss oyatmalıdır. Gözəllik, təsirlilik, məmulatın uyğunluq forması onun estetik xassələrinin əsasıdır. Lakin «gözəllik» anlayışı yalnız məmulatın forması, onun xarici görünüşü ilə əlaqədar deyil. «Gözəllik» anlayışında məmulatın müsbət xassələrinin bütün məcmusu birləşir.
Qəşəng tərtibat əmtəənin yüksək keyfiyyətli olmasını sübut etmir. Buna görə də sənaye məmulatlarının estetik xassələrini onların funksional, gigiyenik, erqonomik əlaqəsindən kənarda qiymətləndirmək olmaz.
Ticarətdə malların kifayət qədər təklif edilməsində estetik xassələ-rin əhəmiyyəti artır. Onların çəkisi müxtəlif təyinatlı məmulatlar üçün eyni
deyildir. Məsələn, közərmə elektrik lampalarında keyfiyyəti göstərən xassələrin ümumi məcmusunda estetik xassələrin payı azdır, lakin deko-rativ vaza kimi məmulatda onların istehlak dəyərini təyin edən estetik
46
xassələr vardır. Estetik səviyyəni xarakterizə edən xassələrin arasında daha çox ümumi xassələri ayırmaq olar ki, buraya məmulatın formasının təyi-natına, üslubuna, modasına uyğunluğu, kompozisiya tamlığı, siluet, kons-truksiyanın görünən elementlərinə uyğunluğu, geniş miqyas, ölçünün proporsionallığı, rəng qamması, kompozisiyada baş və ikinci dərəcəli elementlərin ayrılması, məmulatın ətrafındakı əşya mühitinə uyğunluğu, səth keyfiyyəti, ayrı-ayrı hissələrin birləşmə xətti üzrə keyfiyyəti, firma nişanının səlistliyi, qablaşdırmanın keyfiyyəti daxildir.
Məmulatın formasının onun təyinatına uyğunluğu lazımi estetik xassədir. Məmulatın forması onun məqsədli təyinatı üçün bir amil kimi qəbul edilir. Bu nöqteyi-nəzərdən müəyyən formalar münasib hesab oluna bilməz, məsələn, bəzi tozsoran şar formalı, maili vəziyyətdə olub, kəmər-lidir. Belə forma münasib deyil və məmulatın təyinatı ilə az əlaqədardır.
Müasir məmulatın xarakterik xüsusiyyətləri – sadə yığcam forması, məmulatın təyinatı ilə əlaqədar olmayan artıq dekorativ elementlərin olma-ması, yüksək keyfiyyətli emal və bəzəndirmə materiallarının rəng və faktu-rasına görə səliqəli yığılması, konstruksiyasının yığcam olmasıdır.
Kompozisiyanın tamlığı dedikdə vahid formanın onun əsas ele-mentlərinin məcmusu kimi qəbul edilməsi nəzərdə tutulur. Belə ki, televi-zorun funksionallığını təyin edən konstruktiv elementi onun ekran kino-skopudur. Televizorun qabaq panelində bütün idarəedici düyməciklərin yerləşdirilməsi onun kompozisiyasının tamlığını pozur, televizorun vahid tamlığının parçalanmasına səbəb olur. Buna görə də qabaq paneldə onun əsas idarəedici düyməcikləri yerləşdirilməlidir ki, bunun köməyilə kon-trastlığı, kinoskopun aydınlığı, səsin hündürlüyü dəyişdirilir. Televizorun nizamlanması üçün az istifadə olunan dəstək və düyməciklər, gövdənin yan və ya arxa tərəfində yerləşir. Kompozisiyanın tamlığı həmçinin konstruksi-yanın ayrı-ayrı elementlərinin uyğun olması, onların icraetmə xarakte-rindən asılı olur.
Ayrı-ayrı məmulatların formaları xarici əşya əhatəsinə uyğun ol-malı, daha doğrusu, ansambl vahidliyi təşkil etməlidir. Məsələn, mətbəxin bütün əşyaları – mebel, soyuducu, qaz, yaxud elektrik plitəsi ölçüsünə görə qarşılıqlı əlaqədə olmalı və mətbəxin sahəsinə tam uyğun olmalıdır. Este-tikliyin lazımlı vasitələrindən biri də rəngdir. O, formanı birləşdirmək, konstruksiyanın ayrı-ayrı elementlərinin ölçülərini artırmaq, yaxud azalt-maq qabiliyyətinə malikdir. Məmulatlarda forma nişanələri bezikdirici olmamalıdır, istehlakçının diqqətini cəlb etməlidir.
Firma nişanəsi məmulatı bəzəyən, onun görünən elementi olmalı, formasını tamamlamalıdır.
47