Ekoloji ekspertiza və layihələndirmənin əsasları fənnindən imtahan sualları. Düzgün cavablar a



Yüklə 3,3 Mb.
səhifə1/9
tarix18.04.2018
ölçüsü3,3 Mb.
#48755
  1   2   3   4   5   6   7   8   9


Ekoloji ekspertiza və layihələndirmənin əsasları fənnindən imtahan sualları.

Düzgün cavablar a variantıdır.


Xəlilova Lamiyə Şaxəli qızı 2315 a
1.Azərbaycan Respublikasinda ekoloji qiymətləndirmə sisteminin əsasını aşağıdakılardan hansı təşkil edir

a) Ekoloji ekpertiza və ƏMTQ

b) Ekoloji hiss

c) Ekoloji ekspertiza və ekoloji layihələndirmə

d) Ətraf mühitə təsirin qiymətləndirilməsi

e) Ekoloji monitorinq


2. …..planlaşdırılan fəaliyyətin ətraf mühitə göstərə biləcəyi təsirləri hərtərəfli analiz etməyə və bu analizin nəticələrindən ekoloji itkilərin qarşısını almağa və ya yumşaltmada istifadə olunmasına yönəldilmişdir. Bu fikir aşağıda­kılardan hansına aiddir?

a) Ekoloji qiymətləndirmə (EQ)

b) Ekoloji ekspertiza

c) Ekoloji layihələndirmə

d) Ekoloji qanuncvericilik

e) Ekoloji risk


3. …..bu və ya digər fəaliyyətin planlaşdırma və qərar qəbul etmə mərhələsində artıq iqtisadi amillərlə yanaşı ekoloji amilləri də nəzərə almağa imkan verir?

a) Ekoloji qiymətləndrmə

b) Ekoloji böhran

c) Ekoloji qanunvericilik

d) Ekoloji layihələndirmə

e) Ekoloji landşaft


4. Ekoloji qiymətləndirmənin (EQ) əsas tərkib hissələri nədən ibarətdir?

a) Dövlət və ekspertiziya sifarişçi tərəfindən təqdim olunmuş sənədlərdən

b) Beynəlxalq statusun formalaşdırılmasından

c) Nəzərdə tutulan obyektin yaradılmasından

d) Geotexniki sistemlərin layihələndirilməsindən

e) Layihələndirilən obyektin geotexniki strukturundan


5. BMT-nin təhsil, elm və mədəniyyət təşkilatının (YUNESKO) təşəbbüsü ilə biosfer resurslarının səmərəli istifadəsinin və saxlanılmasının elmi əsasları üzrə ekspertlərin dövlətlərarası konfransı neçənci ildə və harada həyata keçirildi?

a) 1968-ci ildə Parisdə

b) 1969-ci ildə Praqada

c) 1979-ci ildə Cenevrədə

d) 1986-ci ildə Parisdə

e) 1972-ci ildə Stokholmda


6. 1968-ci ildə Parisdə keçirilmiş konfransda ətraf mühitin mühafizəsi məsələləri üzrə beynəlxalq qlobal forumun keçirilməsi neçənci ildə və harada baş verdi?

a) 1972-ci ildə Stokholmda

b)1974-ci ildə Vyanada

c) 1992-ci ildə Almaniyada

d) 1982-ci ildə Parisdə

e) 1993-ci ildə Stokholmda


7. Təsərrüfat və ya digər fəaliyyətin subyekti tərəfindən ətraf mühitin mühafizəsi sahəsində norma və beynəlxalq standartlara riayət olunmasının müstəqil qiymətləndirmənin kompleks sənədləşməsi və bu fəaliyyətin yaxşılaşdırılması üçün tövsiyyələrin hazırlanmasıdır. Bu fikir aşağıdakılardan hansına aiddir?

a) Ekoloji audit

b) Ekoloji risk

c) Ekoloji qiymətləndirmə

d) Ekoloji layihələndirmə

e) Ekoloji landşaft


8. Hansı landşaft insan tərəfindən dəyişdirilmiş və qismən idarə olunan landşaftdır?

a) Təbii antropogen landşaft

b) Ekoloji landşaft

c) Təbii landşaft

d) Antropogen landşaft

e) Texnogen landşaft


9.ağıdakılardan hansı insan tərəfindən tam dəyişdirilmiş landşaftdır?

a) Antropogen landşaft

b) Ekoloji landşaft

c) Geoloji landşaft

d) Təbii antropogen landşaft

e) Hec biri


10. Təsərrüfat fəaliyyətini həyata keçirdikdən sonra insan və təbiət üçün arzuolunmaz nəticələrin meydana çıxması ehtimalı aşağıdakılardan hansıdır?

a) Ekoloji risk

b) Ekoloji audit

c) Bioloji risk

d) Geoloji risk

e) Ekoloji ekspertiza


11.Lahiyələndirmə nədir?

a) Lahiyənin nəzərdə tutulan və ya mümkün obyektin prototipinin (oxşarının) modelinin materialının təbiəti mühafizə sxeminin yazılması prosesidir

b) Insanın təsərrüfat fəaliyyəti ilə bağlı olan və ətraf mühitə potensial neqativ təsir göstərə biləcək istənilən layihənin qiymətidir

c) Yalnız müxtəlif geotexniki sistemlərin layihələndirilməsidir

d) Nəzərdə tutulmuş təsərrüfat və ya digər fəaliyyətinin nəticəsindən tam və ya qismən asılı olaraq ətraf mühitdə baş verən bütün dəyişmələrdir

e) Strateji planın realizə olunmasının nəticəsinin qiymətləndirilməsi və monitorinqidir


12.Ekoloji layihələndirmənin düzgün istifadəsi aşağıdakılardan hansıdır?

a) İnsanın təsərrüfat və ya digər fəaliyyəti ilə bağlı olan və ətraf mühitə potensial neqativ təsir göstərə biləcək istənilən layihənin ətraf mühitə proqnozlaşdırılması və qiymətləndirilməsidir

b) Müxtəlif geotexniki sistemlərin layihələndirilməsidir

c) Təbii resursların və ətraf mühitin qorunması ilə əlaqədar Azərbaycan Respublikasında qəbul edilmiş normativ aktlara müvafiq qərarlar çıxarılması

d)Ətraf mühitlə əlaqədar həyat şəraitinin qorunması və onun davamlılığının təmini

e) Qərarın çıxarılmasına hazırlıq və qərarın qəbul edilməsində ekoloji faktların nəzərə alınması


13. …. ekoloji layihələndirmənin xüsusi növü olub müxtəlif geotexniki sistemlərin layihələndirilməsidir

a) Geoekoloji qiymətləndirmə

b) Ekoloji qiymətləndirmə

c) Ekoloji layihələndirmə

d) Ekoloji ekspertiza

e) Ekoloji standartlaşma


14. ... nəzərdə tutulmuş təsərrüfat və ya digər fəaliyyətin ekoloji tələblərə uyğunluğunun müəyyənləşdirilməsi bu fəaliyyətin ətraf mühitə göstərə biləcəyi neqativ təsirləri xəbərdar etmək məqsədilə ekoloji ekspertiza obyektinin reallaşdırılmasının mümkünlüyünün müəyyən olunmasıdır

a) Ekoloji qiymət

b) Ekoloji tələb

c) Ekoloji risk

d) Ekoloji ekspertiza

e) Ekoloji audit


15. 1970-ci ildə .....

a)ABŞ-da ətraf mühitin mühafizəsi üzrə Milli siyasət aktı – National Evromental Polisy Ask (NEP qəbul olundu

b) Qahirədə 30 km cənubda uzunluğu 180 m hündürlüyü 12 m olan Sədd-Qala tikildi

c) Parisdə BMT-nin təhsil, elm mədəniyyət təşkilatının təşəbbüsü ilə biosferdə resurslarının səmərəli istifadəsinin və saxlanılmasının elmi əsasları üzrə ekspertlərin dövlətlərarası konfransı kecirildi

d) Ətraf mühitin mühafizəsi haqqında qanun qəbul olundu

e) Heç biri doğru deyil


16.Azərbaycanda ətraf mühütə təsirin qiymətləndirilməsi prosesi haqqinda əsasnamə qəbul olunmuşdur. Bu əsasnamə neçənçi ildə qüvvəyə mindi?

a)27 aprel 1996-cı ildə

b) 27aprel 1896-cı ildə

c) 29 aprel 1996cı ildə

d) 28 aprel 1969-ci ildə

e) 29 aprel 1986-ci ildə


17. ƏMTQ prosesinin əsas məqsədi nədən ibarətdir?

a) Təsərrüfat və digər növ fəaliyyət nəticəsində ətraf mühitə təsirin dolgun və düzgün qiymətləndirilməsindən

b) Qəbul olunan qərarlarin ekoloji təhlukəsizlik dərəcəsinin müəyyən edilməsindən ibarətdir.

c) Dövlət əhəmiyyətli obyeklərin əsas məqsədi bu sahədə idarəetmə strukturlarinda aparilan istehsalatlarin nəticələrini tədqiq edir

d) Təbii mühitin və ekosistemlərin komponentlərini butövlükdə müasir ekoloji vəziyyətin onlarin texnogen təsirlərə davamlılıgını

e)Təbii mühitin və ekosistemlərin komponentlərinin bərpa olunma qabiliyyətinin qiymətləndirilməsi.


18.Azərbaycanda Dövlət Ekoloji Ekispertizasi nəyə əsasən həyata keçirilir?

a) Təbiəti muhafizə və Təbiətdən istifadə haqqinda Azərbaycan Respubilkasinin Qanuna əsasən

b) 23 iyun 2001-ci ildə qəbul olunmuş Atmosfer havasının mühafizəsi haqqında qanuna əsasən

c) 23 iyun 2001 ci ildə qəbul olunmuş Ekoloji təhlükəsizlik haqqinda Qanuna əsasən

d) 23 iyun 2001-ci ildə qəbul olunmuş Əhalinin saglamlıgının qorunması haqqında qanuna əsasən

e) 30 dekabr 2003-cü ildə qəbul olunmuş Əhalinin saglamıgının qorunmasi haqqında qanuna əsasən


19. Ekoloji ekspertiza ...

a) Ətraf mühitə mümkün ola biləcək mənfi təsirlərin qarşısını almaqdan ibarətdir

b) İnsan saglamlıgına təhlükə haqqında genişləndirilmiş xəbərdarlıq sisteminin təşkili

c)Kənd təsərüfati nəticəsində yaranan böhranın problemlərinin qiymətləndirilməsi

d) Ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsi ilə bagli olub kosmik uçuşlar planını yerinəyetirir

e) İnvestisiya lahiyəsinin mərhələləri ilə qarşılıqlı əlaqədə olub lahiyələndirilmənin əsaslandırılmasını yerinə yetirir


20. Ekoloji monitorinq neçə tərkib hissəyə ayrılır və bunlar hansılardır?

a) 2 hissəyə ayrilir: biotik və abiotik

b) 3 hissəyə ayrilir: qlobal ,regional , lokal

c) 3 hissəyə ayrilir: regonal , lokal, qlobal

d) 4 hissəyə qlobal: ,regional , lokal,botanik

e) Yalniz qlobal


21.Dövlət əhəmiyyətli obyektlərin ekoloji ekspertizasi asagidakilardan hansını ozündə əks etdirir?

a) Respublika ərazisində obyektlərin ekspertizasina dair dovlət proqnozlasdirma metodlarinin qiymətləndirilməsi, yəni müəsisənin fəaliyyətinin hesablanmiş nəticələrinin faktiki nəticələrlə muqayisəsi

b) İnvestiyalaşdirilacaq layihənin ekoloji müsaiyətinə DB tərəfindən qoyulan tələbər

c) Bu təsirlər lokal xarakter daşıdığı üçün ekoloji analizin bir qədər dar çərçivədə aparilmasi kifayətdir

d) Obyekti qəbul edən orqanın apardiğı təftiş təhlukəsizlik meyarina əsasən obyektin hazirligi

e) Tibbi-ekoloji təhlukəsizlik meyarina əsasən obyektin hazirligi


22.Ekoloji ekspertizanin məqsədi nədən ibarətdir?

a) Cəmiyyətin inkişafini onun məhsuldar qüvvələrinin, hər seydən əvvəl insanin özünün, onun həyat və saglamliğinin eləcədə onu əhatə ətraf mühitin ekoloji təhlükəsizliyini təmin etməkdən ibarətdir

b) Cəmiyyətin inkişafini təmin edir

c) Texnologiyalarin təhlükəsizliyini təmin edir

d) Ekoloji əhəmiyyət dasiyan tələblərin odənilməsini təmin edir

e) Heç biri dogru deyil.


23.Nəzərdə tutulan fəaliyyətin ekoloji qiymətləndirmə sistemi praktiki olaraq hansı təskilatlar tərəfindən istifadə olunur?

a) Bütün dünya ölkələri və bir çox beynəlxalq təşkilatlar tərəfindən

b) Beynəlxalq təskilatlar

c) Bütün dünya ölkələri

d) İnsan tərəfindən

e) Ekspert qrupu tərəfindən


24.Ekoloji qiymətləndirmə bu və ya digər fəaliyyətin planlaşdirma və qərar qəbuletmə mərhələsində nəyə imkan verir

a) İqtisadi amillərlə yanaşi,ekoloji amilləri də nəzərə almaga

b) Ekoloji amilləri nəzərə almaqla

c) Abiotik amilləri nəzərə almaqla

d) İqtisadi amilləri nəzərə almaqla

e) Biotik amilləri nəzərə almaqla



25.Ekoloji qiymətləndirmənin əsas tərkib hissəsi nədən ibarətdir?

a) Ətraf muhitə təsirlərin (ƏMTQ) qiymətləndirilməsi proseslərindən ibarətdir

b) Ekoloji qiymətləndirmə(EQ)

c) Ekoloji ekspertiza(E

d) DEK

e) DEE
26.BMT nin təhsil elm mədəniyyət təşkilatının (YUNESKO) təşəbbüsü ilə biosfer resuslarının səmərəli istifadəsi və saxlanılmasi üzrə ekspertlərin dövlətlərarasi konfransı neçənçi ildə keçrilmişdir?



a) 1968-ci ildə Parisdə

b) 1970-ci ildə Stokholmda

c) 1999-cu ildə İsveçrədə

d) 1994-cü ildə Münxendə

e) 1991-ci ildə Bakida
27.Ekoloji risk nədir?

a) Təsərrüfat fəaliyyəti həyata keçirdikdən sonra insan və təbiət üçün arzuolunmaz nəticələrin meydana çıxması ehtimalı

b) Nəzərdə tutulmuş təsərrüfat və ya digər fəaliyyət

c) İnsan tərəfindən dəyişmiş və ya qismən idarə olunan

d) İnsan tərəfindən tam dəyişilmiş landşaftlar

e) Təsərrüfat fəaliyyəti


28.ƏMM-si uzrə milli siyasət aktı neçənci ildə qəbul olundu?

a) 1970-ci ildə

b) 1971-ci ildə

c) 1972-ci ildə

d) 1978-ci ildə

e) 1988-ci ildə


28.ƏMM-si üzrə Millli siyasət akti ( WEP) harada qəbul olundu?

a) ABŞ-da

b) Polşada

c) İngiltərədə

d) Finlandiyada

e) Yaponiyada


29.Avropa Birliyi ölkələri öz qanunlarini 3 uyğun şəkildə nə vaxt dəyişmişdir?

a) 1988-ci ildə

b) 1985-ci ildə

c) 1984-cü ildə

d) 1982-ci ildə

e) 1981-ci ildə


30.Hansi öklələr öz qanunvericilik sistemlərini Derektiv tələblərə uyğun olaraq dəyişir?

a) Polşa, Çexiya, Macaristan, Rusiya

b) Çexiya, Macaristan, Rusiya

c) Polşa, Çexiya, ABŞ

d) Macaristan,Çexiya,Yaponiya

e) Pribaltika, Macaristan, Polşa ,Rusiya


31.”Transsərhəd konteksində ətraf mühitə təsirlərin qiymətləndirilməsi Konvensiyasi“ nə vaxt qəbul olunmuşdur?

a) 25 fevral 1991-ci ildə

b) 24 fevral 1990-ci ildə

c) 20 mart 1992-ci ildə

d) 15 mart 1994-cü ildə

e) 5 mart 1991-ci ildə


32. Transsərhəd konteksində ƏMTQ-si Konvensiyasi harada qəbul olunmuşdur?

a) Finlandiyanin ESPOO şəhərində

b) İspaniyada

c) Meksikada

d) İngiltərədə

e) Rusiyada


33.Atmosferdə havanın transsərhəd çirklənməsinə dair konversiya nə vaxt harada qəbul olundu?

a) 1993 cü ildə 16 mart Cenevrədə

b) 1963cü ildə17 mart Almaniyada

c) 1992ci ildə 18 mart İstambulda

d) 1973cü ildə 19mart Cenevrede

e) 1991ci ildə 20 mart Rusiyada



34.Ozon qatının mühafizəsinə dair konversiya nə vaxt harada imzalanmişdir?

a) 22.09.81-ci ildə Vyanada

b) 22.09.82-ci ildə Vyanada

c) 25.10.83-cü ildə Cenevrədə

d) 23.09.84-cü ildə Rusiyada

e) 22.10.84-cü ildə Cenevrədə


35.Dayanılı üzvi çirkləndiricilərə dair konversiya neçənci ildə imzalanmisdir?

a) 23.01.2001-ci ildə

b) 24.01.2002 -ci ildə

c) 25.02.2003- cü ildə

d) 27.03.2004- cü ildə

e) 28.06.2005- ci ildə


36.Dayaniqli üzvi çirkləndiricilərə dair konvensiya neçə dövlət tərəfindən imzalanmişdir?

a) 92- dövlət

b) 93- dövlət

c) 95- dövlət

d) 97- dövlət

e) 99- dövlət


37.Dayanıqlı üzvi çirkləndiricilərə dair konvensiyanın məqsədi nədir?

a) İnsanların sağlamlığını və ətraf mühiti dayanıqlı üzvi çirkləndiricilərdən qorumaq

b) İnsanlari radioaktiv çirklənmədən qorumaq

c) İnsanlarin sağlamlığını qorumaq

d) Ətraf mühiti qorumaq

e) Təmizliyi qorumaq


38.Ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin əsas hüquqi bazası nədir?

a) AR-nin Konstitusiyasi

b) Qanunvericilik

c) Məhkəmə

d) Dövlət

e) Bələdiyyə


39.Əhalinin sağlamlığının qorunması haqqında qanun nə vaxt qəbul olunub?

a) 26 iyun 1997-ci ildə

b) 29 dekabr 1998-ci ildə

c) 30 mart 1998-ci ildə

d) 29 aprel 1998-ci ildə

e) 30 may 1999-cu ildə


40.Ətraf mühit nədir?

a) Orqanizimlərin mövcud yaşama şəraiti, maddələr mübadiləsi və enerjisi, onlarin ətraf aləmlə vəhdəti

b) Atmosferlə litosfer arasında mövcud olan ekosistem

c) Yalniz orqanizmlərin ətraf aləmlə qarşılıqılı əlaqəsi

d) Sosial iqtisadi nəticələrin təyin olunmasina yönəldilən fəaliyyət

e) Orqanizmlərin ətraf aləmlə vəhdəti


41.Aşağıdakı fikirlərdən hansı doğrudur?

a) Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)

b) Sosial-iqtisadi inkişaf

c) Ekoloji qiymətləndirmə

d) Geotexniki sistemlərin düzgün fəaliyyəti

e) Ekoloji riskin qiymətləndirilməsi


42.Təsərrüfat fəaliyyəti ilə məşğul olacaq hüquqi və ya fiziki şəxs nəzərdə tutulan fəaliyyətini... .Fikri tamamlayin

a) Ekoloji təhlükəsizliyin təmin olunmasına tam zəmanət verəcək, qüvvədə olan ekoloji standartlar və normativlərlə yerinə yetirəcək

b)DB-nin tələblərinə uyğun olaraq EQ haqqında hesabat qisa və dəqiq olmalıdır

c)Maliyələşdiriləcək layihənin seçilməsi mərhələsində potensial ekoloji problemləri aşkarlamaq

d) Ekoloji riskin dəqiq qiymətləndirib, dəqiq hesablanmalı

e) Heç biri doğru deyil


43.Ətraf mühitin mühafizəsi sayəsində dövlət siyasətinin əsas hüquqi sənədi aşağıdakılardan hansıdır?

a) AR-nın Konstitusiyası

b) AR-nın Milli Məclisi

c) Ekoloji və Təbii Sərvətlər Nazirliyi

d) ƏMTQ və BMT

e) ƏMTQvə AR-nın Konstitusiyası


44.”Əhalinin radiasiya təhlükəsi haqqında” Qanun neçənci ildə yaradılmışdır?

a) 30 dekabr 1997

b) 23 iyul 1997

c) 1 yanvar 1991

d) 23 iyun 1998

e) 18 iyun 1972


45 Zərərli maddələri rekuperasiya etmək bizə nə verir?

a) Tullantıların tərkibini təyin etmək

b) Zərərli tullantıları müəyyən etmək.

c) )Zərərli tullantıları təmizləmək

d) Zərərli tullantıları çökdürmək

e) Zərərli tullantıları parçalamaq


46.ƏMTQ prosesinin əsas məqsədi nədən ibarətdir?

a) Təsərrüfat və digər fəaliyyət nəticəsində ətraf mühitə təsirin dolğun və düzgün qiymətləndirməsi

b) Hər bir lahiyənin qiymətləndirərkən potensial dinamik ekoloji effektlərlə xüsusi diqqət vermək

c) Qəbul olunan qərarların qəbul olunmasi

d) Aqroekoloji manitorinqin müvafiq göstəricilərindən istifadə edməklə uzun müddətlimüşahidə sisteminə nail olmaq

e) Təbii və texnogen şəraitin qisa səciyyəvi iqlim və landşaft şəraiti,ərazinin istifadə olunma səviyyəsi,bataqlaşma,şəhərsalma,erroziya və.s kimi sahələrin öyrənilməsi


47.Aşağıda qeyd edilənlərdən hansı proses ətraf mühitəstərə biləcək inkişafa dair olan bütün fəaliyyət növlərinə şamil edilir?

a) ƏMTQ prosesi

b) Ekoloji layihələndirmə

c) DEE prosesi

d) DEEvə ƏMTQ

e) Heç biri doğru deyil


48.ƏMTQ prosesində nəzarəti beynəlxalq standartlara uyğun olaraq hansı idarə həyata keçirir?

a) AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi

b)Dövlət Ekoloji Ekspertizası (DEE)

c) Dünya Bankı (DB)

d) Sanitar Mühafizə zonası (SMZ)

e) Dünya Bankı (DB) və Təbii Sərvətlər Nazirliyi


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin