250. Atmosferə zərərli və pis qoxulu maddələr həmçinin yüksək səs-küy yayan texnoloji prosesləri olan müəssisələr, onların ayrı-ayrı qurğuları yaşayış binasının harasında yerləşdirilməlidir?
a))binaların külək döyməyən tərəfində
b) binaların əks istiqamətində
c) hakim küləklərin əsdiyi istiqamətində
d) binaların külək döyən tərəfində
e) Tamamilə binalardan uzaq məsafədə
251. Torpağın tərkibinə neçə əsas struktur komponentləri daxildir?
a)5
b)7
c)8
d)10
e)6
252. İstehsal müəssisəsi və yaşayış massivinin yerləşməsində əsasən nələri nəzərə almaq lazımdır?
a) hakim küləyin istiqaməti və sürətini
b) texnoloji prosesdən ayrılan qazların tərkibini
c) müəssisənin coğrafi yerləşmə variantını
d)istehsal müəssisəsinin işlədiyi xammalın tərkibini
e) yaşayış massivinin mövcud təbii şəraitini
253. Aşağıdakılardan hansı qlobal ekoloji problem deyil?
a) Xəzərin ekoloji problemi
b)Əkin sahələrinin azalması
c)Ozon qatının dağılması
d) Demoqrafik “partlayış
e)Energetik böhran
254. Aşağıdakılardan hansı fiziki çirklənməyə aiddir?
a)Sututarda suyun temperaturunun antropogen dəyişməsi
b)Sututarda suyun kimyəvi tərkibinin antropogen dəyişməsi
c)Torpağın məhsuldarlığının azalması
d)Atmosferdə karbon qazının miqdarının artması
e)Biomüxtəlifliyin pozulması
255. Hava kütləsinin hərəkəti ..............nəticəsində baş verir.
a) Yer səthinin qeyri-bərabər qızması və təzyiq dəyişmələri
b)Yerin Günəş ətrafında fırlanması
c)Yerin öz oxu ətrafında fırlanması
d)Yer səthinin qeyri-bərabər qızması
e)Təzyiq dəyişmələri
256. Mutasiya genotipin təbii yolla və ya mutagenlər tərəfindən kəmiyyət və keyfiyyətcə dəyişməsi olub .................
-
irsən keçməklə, təkamülə maneə olan amilidir;
-
irsən keçməklə, təkamülün zəruri amilidir;
-
nəsilvermə prosesinə daim mənfi təsir göstərən amildir;
-
nəsilvermə prosesinə daim müsbət təsir göstərən amildir;
e)irsi keçici deyil.
257. Sanitar-epidimoloji idarə və tikinti komitəsi zərurət olduqda sanitar-qoruyucu zonanı nə edə bilər?
a) Artıra bilər
b) Azalda bilər
c) Ləğv edə bilər
d) Genişləndirə bilər
e) Nəzarətə götürə bilər
258. Sual: Sanitar – qoruyucu zonaların bölgüləri zərurət olduqda hansı orqanlar tərəfindən artırıla bilər?)
a) sanitar – epidimioloji idarə və tikinti komitəsi tərəfindən
b) müvafiq nazirlik və nazirlər kabineti tərəfindən
c) idarə rəhbərliyi və nazirlik tərəfindən
d) Ekologiya və Təbii sərvətlər Nazirliyi tərəfindən
e) səhiyyə nazirliyi və müvafiq nazirlik tərəfindən
259. İstixana effekti nədir və onu yaradan səbəb?
a)Atmosferin optik xassələrinin dəyişməsi hesabına havanın orta illik temperaturunun artması;
b)Atmosferin tozluluğunun artması hesabına günəş radiasiyasının kəmiyyətinin azalması;
c)Günəş aktivliyinin dəyişməsi nəticəsində hava qatının orta illik temperarurunun yüksəlməsi;
d)Atmosferin optik xassələrinin dəyişməsi hesabına havanın orta illik temperaturunun azalması;
e)Okean axınlarının istiqamətinin dəyişməsi nəticəsində havanın orta illik temperaturunun artması.
260. — insanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyət.
a) Ekoloji təhlükə
b)ekoloji təhlükəsizlik
c)fövqəladə vəziyyət
d)ekoloji fəlakət
e)ekoloji vəziyyət
261. Ətraf mühitə zərərli olan kifayət qədər öyrənilməmiş yeni istehsalat müəssisələri tikdikdə, sanitar-qoruyucu zonanı nə etmək olar?
a) Artırmaq olar
b) Azaltmaq olar
c) Müşahidə etmək olar
d) Analiz etmək olar
e) Ekspertiza aparmaq olar
262. Hansı halda müəssisəni yaşayış zonası ərazisində yerləşdirmək olar?
a) əgər müəssisədən müəyyən edilmiş normadan çox zərərli maddələr və tullantılar atılmazsa
b) əgər müəssisənin texnoloji prosesində heç bir nasazlıq yoxdursa
c) əgər buraxılan zərərli maddələrin miqdarı normadan aşağıdırsa
d) əgər zərərli tullantılar insan sağlamlığı üçün təhlükəli deyilsə
e) müəssisə tamamilə zərərsiz xammalla işləyərsə
263. Bioloji məhsuldarlıq nədir?
a)Birlik və ya populyasiya tərəfindən vahid zamanda vahid sahədə yaradılan biokütlənin ümumi miqdarı;
b)Birlik və ya populyasiya tərəfindən bütün həyatı ərzində yaradılan biokütlənin ümumi miqdarı;
c)Məskunlaşma şəraitindən asılı olaraq istənilən orqanizmin inkişaf tempi və imkanları;
d)Məskunlaşma şəraitindən asılı olamayaraq istənilən orqanizmin inkişaf tempi və imkanları;
e)Ekosistemdə və ya landşaftda trofik zəncirin fasiləsiz fəaliyyəti.
264. Ekosistemlərin müvazinətinin pozulmasının əsas səbəbi ............
a) Balanslaşmamış maddələr dövranıdır
b)Qida ehtiyatlarının çatışmamasıdır;
c)Növlərin sayının çoxluğudur;
d)Balanslaşmış maddələr dövranıdır;
e) Əlverişsiz mühit şəraitidir;
265_____ insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi.
a) Ekoloji təhlükəsizlik
b) ekoloji təhlükə
c) demoqrafik partlayış
d) ekoloji böhran
e) ekoloji ekspertiza
266. Böyük geoloji dövrana aiddir:
a)Suyun dövranı;
b)Fosforun dövranı;
c)Oksigenin dövranı;
d)Azotun dövranı;
e)Kükürdün dövranı.
267.Müəyyən coğrafi-landşaft zonasında müxtəlif orqanizmlər qrupu və onların məskunlaşma mühitinin məcmusu ......... adlanır.
a) Biom;
b)Ekoton;
c)Ekotop;
d)Biota;
e)Biotop.
268.Aşağıdakılardan hansı iqlim amili deyil?
a) Torpağın nəmliyi
b)Atmosfer havasının nəmliyi
c)Atmosferin qaz tərkibi
d)Atmosfer təzyiqi
e) Günəşin şüalanma enerjisi
269.Ekoloji amilin hansı qiymətinə pessimum deyilir?
a) Böhran həddinə yaxın qiymətləri
b)Maksimal və minimal qiymətləri
c) Müsbət təsir gücü
d)Böhran nöqtələri arasındakı dözümlülük həddinə
e)İzafi olması
270. Dövlət radiasiya nəzarəti idarəsi tərəfindən sanitar-qoruyucu zonalarda nə müəyyən edilir?
a) Radioaktiv maddələr
b) Pis qoxulu birləşmələr
c) Toksiki maddələr
d) Zərərli komponentlər
e) Şüalanma səviyyəsi
271._______ antropogen və təbii təsirlər, o cümlədən fəlakət nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə və ya vəziyyətində mənfi dəyişiklərlə səciyyələnən və bu səbəbdən insanın və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyət.
a) Təhlükəli ekoloji vəziyyət
b) ekoloji böhran
c) ƏMTQ
d) Fövqəladə ekoloji vəziyyət
e) ekoloji təhlükə
272 Sanitariya baxımından sanitar-qoruyucu zonaları hansı hallarda artırmaq olar?
a) ətraf mühitdə zərərli olan, kifayət qədər öyrənilməmiş yeni birləşmələr olduqda
b) ətraf mühitdə kəskin toksiki birləşmələr olduqda
c) ətrafda külli miqdarda zərərli birləşmələr olduqda
d) ətraf mühitdə müəyyən edilməmiş zərərli komponentlər aşkar edildikdə
e) dövlət əhəmiyyətli layihələr həyata keçirdikdə
273. Təbiətdən səmərəli istifadə dedikdə nə nəzərdə tutulur:
a)Təbii ehtiyatlardan elmi əsaslandırılmış istifadəyə, onların yenidən yaradılmasına və mühafizəsinə yönəldilmiş fəaliyyət
b) Insanların təlabatının təmin olunmasına yönəlmiş fəaliyyət
c)Faydalı qazıntıların hasilatı və istifadəsi
d)İnsanın sənaye və təsərrüfat fəaliyyətini təmin edən tədbirlər
e)Yeni texnologiyaların tətbiqi
274. Radioaktiv maddələrin tətbiqi ilə iş aparan müəssisələrdə sanitar-qoruyucu zonaların ölçüləri hansı idarə tərəfindən müəyyən edilir?
a) Dövlət Radiasiya nəzarəti idarəsi tərəfindən
b) dövlət standartlaşma və parent komitəsi tərəfindən
c) Respublika Nazirlər kabineti tərəfindən
d) Ekologiya və Təbii sərvətlər nazirliyi tərəfindən
e) müəsisə rəhbərliyi və müvafiq nazirlik tərəfindən
275._______insanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyət.
a) Fövqəladə ekoloji vəziyyət
b) ekoloji vəziyyət
c) ekoloji təhlükə
d) ekoloji təhlükəsizlik
d) ekoloji böhran
276.Orqanizmlərin adaptasiyası:
a)Dəyişən ətraf mühitə uyğunlaşma kimi yaranır
b)İrsi dəyişmə nəticəsində yaranır
c)Bir orqanizmin həyatı ərzində yaranır
d)Yalnız daimi şəraitdə yaşadıqda yaranır
e)Digər növlərlə münasibətdə yaranır
277........................ iqlim deyilir.
a) Verilmiş ərazidə coğrafi şəraitlə müəyyən olunan atmosfer təzahürlərinin çoxillik rejiminə;
b)Orqanizmlərin bilavasitə və ya bilvasitə (dolayısı ilə) qarşılıqlı münasibətdəolduğu təbiət cisim və təzahürlərinə;
c) Canlı orqanizmlərin fərdi inkişafının heç olmazsa birfazasında ona birbaşa və ya dolayısı ilə təsir göstərə bilən hər-hansı mühit şəraitinə;
d)Canlı orqanizmlərin hər-hansı ekoloji amilə görə optimal zona və davamlılıq həddinə;
e)Bitkilərin inkişafına kifayət qədər təsiri olan kimyəvi element və maddələrə
278.Çirkab sularının mexaniki təmizləmə üsuludur?
a) Çökdürmə
b)Flotasiya
c)Koaqulyasiya
d) Neytrallaşdırma
e)Ekstraksiya
279.İçməli su çatışmazlığının birinci səbəbi :
a) Sututarların çirklənməsi
b)Qrunt sularının həcminin azalması
c)Turş yağıntilar
d)Torpaqların şoranlaşması
e) İstixana effekti
280. Hansı sahə biosferi daha çox çirkləndirir?
a) Kimya və daş kömür sənayesi
b) Nəqliyyat
c)Kənd təsərrüfatı
d)Məişət
e)Qida sənayesi
281...................bərk məişət tullantısı deyilir.
a) Məişət əşyalarının amortizasiyası nəticəsində yaranan və məişətdə təkrar istifadə olunmayan bərk maddələrə
b)Verilmiş məhsulun istehsalına yaramayan xammal növləri,istehlak olunmayan maddə və enerji qalıqlarına
c) Ətrafımızda bizə lazım olmayan hər şeyə
d)Məhsul istehsalı və ya işin yerinə yetirilməsi zamanı yaranan, qismən və ya tamamilə istehlak xassələrini itirmiş xammal,material,yarımfabrikat qalıqlarına
e)Məhsul istehsalı və ya işin yerinə yetirilməsi zamanı yaranan, qismən və ya tamamilə istehlak xassələrini itirməmiş xammal,material,yarımfabrikat qalıqlarına
282.Mühitin təbii radiasiya fonunun dəyişməsi................çirklənmədir.
a) Fiziki
b) Mexaniki
c)Kimyəvi
d)Bioloji
e)Təbii
283._______insanların həyatı və fəaliyyəti şəraitində və ətraf mühitdə dönməz dəyişiklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyət.
a) Ekoloji fəlakət
b) ekoloji böhran
c) ekoloji təhlükəsizlik
d) ekoloji təhlükə
e) fövqəladə vəziyyət
284. Bioloji çirklənmə nədir?
a) Ekosistemə ona xas olmayan və təbii biotik birliklərin mövcudluq şəraitini pisləşdirən canlıların daxil edilməsi
b)Mühitdə bir ekosistemin ardıcıl şəkildə digərini əvəz etməsi
c) Mühitə istənilən canlının daxil olması
d)Ekosistemə ona xas olan maddələrin daxil edilməsi
e)Maddələrin miqdarının orta uzunillik səviyyədən artıq olması
285.________təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, habelə onların nəticələrinin, o cümlədən gələcəkdə təsir göstərə biləcək nəticələrin aradan qaldırılması üzrə tədbirlər sistemi.
a) Ekoloji təhlükəsizliyin təmin edilməsi
b) ekoloji təhlükənin təyin edilməsi
c) ekoloji böhranının qarşısının alınması
d) layihələrin qiymətləndirilməsi
e) ƏMTQ-nin həyata keçirilməsi
286. _____ fəaliyyəti təhlükəli ekoloji vəziyyət yarada bilən hər hansı müəssisə, idarə, təşkilat, habelə fiziki şəxs.
a)Ekoloji təhlükənin subyekti
b) ekoloji ekspetizanın subyekti
c)Dövlər ekoloji ekspertizası
d) Sənaye müəssisələrin işçiləri
e) Kimya müəssisələrinin işçi qrupu
288. Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə yaradılmışdır?
a) 8 iyun 1999-cu ildə
b) 6 iyun 2001-ci ildə
c) 5 iyun 1996-ci ildə
d) 12 may 1997- ci ildə
e) 12 iyun 1998-ci ildə
289. Dayanıqlı ekosistemin tərkibində ......... olması zəruridir.
a) Kifayət miqdarda produsent və redusentin
b)Kifayət miqdarda produsent və konsumentlərin ;
c)Produsent lər və konsumentlər;
d) Kifayət miqdarda konsument və redusentin ;
e)Növ müxtəlifliyinin.
290.Hidrosfer və onun tərkibi:
a) Yerin su örtüyü olub, dəniz,okean, çay, göl,buzlaq,və s.özündə cəmləşdirir
b) Yerin hava örtüyü olub, troposfer, stratosfer və s.özündə birləşdirir
c)Yerin torpaq örtüyüdür
d)Yerin bitki örtüyü olub,meşələri,cəmənləri və s.özündə birləşdirir
e)Yerin qaz örtüyü olub, kosmik fəzanı özündə cəmləşdirir
292. Tullantıların yay ayları üçün ayrıca tərtib edilmiş işçi sxem üzrə ………bir sutka ərzində qablaşdırılması və sıxlaşdırılması başa catdırılmalıdır.
a) temperatur +50C-də
b) temperatur. +60 C-də
c) temperatur +70 C-də
d) temperatur +80 C-də
e) temperatur +90 C-də
293.H+ionlarinin qatiliğı suyun............. səciyyələndirir.
a) Turşuluğunu
b)Duzluluğunu
c) Qələviliyini
d)Həll olunmuş oksigeninin miqdarını
e)Neytrallığını
294.Donma zamanı suyun həcmi:
a)10 faiz artır
b)10 faiz azalır
c)Dəyişmir
d)1 faiz artır
e)1 faiz azalır
296. Suvarılan, əkin torpaqlarının rütubəttliliyinin təmin olunması ilə bağlı tədbirlər …… istiqamətdə aparılır
a) iki
b) üç
c) dörd
d) altı
e) beş
297. ......... qanuna görə, hər bir daha yüksək trofik səviyyəyə keçdikcə toplanan enerjinin miqdarı tədricən azalır.
a)Ekoloji piramida qaydası
b)Homoloji sıra qanunu
c)Optimal amil qanunu
d)Məhdudlaşdırıcı amil qanunu
e)Optimum qanunu
298. Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublukasının Qanunu neçə maddədən ibarətdir?
a) 13
b) 15
c) 16
d) 14
e) 17
299.Populyasiyanın müəyyən miqdarı bərpaetmə və saxlama qabiliyyəti ......... adlanır.
a) Populyasiyanın özünü tənzimləməsi;
b)Populyasiyanın məhsuldarlığı;
c) Populyasiyanın sıxlığı;
d)Populyasiyanın bərpası;
e)Populyasiyanın homeostazı.
300. Abiotik ekoloji amillərə aiddir:
a) Torpağın nəmliyi,hava və süxurlar
b)Torpaq mikroorqanizmləri və nəmlik də daxil olmaqla torpaq;
c)Bioloji məhsuldarlığın gedişatını müəyyənləşdirən fitosenozlar;
d)Günəş radiasiyası və ondan istifadə edərək biokütlə hasil edən produsentlər;
e)Su mühiti və suda yaşayan canlılar.
301.Torpaqların şoranlaşmasının əsas səbəbi:
a)Suvarma əkinçiliyi
b)Turş yağıntılar
c)Sənaye çirkabları
d)Kiçik çayların quruması
e)Yağıntılar
302................ətraf mühitin antropogen çirklənməsi deyilir.
a)Hər-hansı mühitə ona xas olmayan fiziki, kimyəvi və bioloji agentlərin daxil edilməsinə və ya həmin agentlərin orta uzunillik səviyyədən artıq olmasına
b)Müəyyən təbiət təzahürlərinin təsiri altında mühitin kimyəvi xassələrinin dəyişməsinə
c)Müəyyən təbiət təzahürlərinin təsiri altında mühitin fiziki parametrlərinin dəyişməsinə
d)Müəyyən təbiət təzahürlərinin təsiri altında mühitin bioloji parametrlərinin dəyişməsinə
e)Ətraf mühitə müxtəlif əşya və maddələrin atılmasına
303.Bioloji çirklənmə dedikdə:
a)Təsərrüfat fəaliyyəti nəticəsində təbii mühitdə və ya antropogen substratda kütləvi artım nəticəsində hər-hansı bir bioloji növün qeyri-adi miqdarda çoxalması
b)Mühitin fiziki parametrlərinin dəyişməsi nəzərdə tutulur
c)Təbiətdən istifadə prosesində landşaftın və ekosistemin pozulması ilə bağlı olan çirklənmələr
d)Mühitin kimyəvi xassələrinin dəyişməsi nəzərdə tutulur
e)Mühitin təbii radiasiya fonunun dəyişməsi nəzərdə tutulur
304. Suvarılan əkin torpaqların rütubətliliyinin təmin olunması ilə baglı tədbirlər iki istiqamətdə ___________ yerinə yetiriir
a) torpaqların rütubətliliyinin təmini, qabaqlayıcı tədbirlərin işlənməsi yolu
b) qabaqlayıcı tədbirlərin işlənməsi, suvarmanın intensivləşməsi vasitəsilə
c) suvarmanın intensivləşməsi, torpaqların tez-tez şumlanması ilə
d) torpaqların rütubətliliyinin təmini, qabaqlayıcı tədbirlərin işlənməsi ilə
e) torpaqların tez-tez yuyulması və qurudulması vasitəsilə
305.Biosferin tərkib hissələri:
a)Atmosfer, hidrosfer, litosfer
b)Atmosfer,hidrosfer,kriosfer
c)Noosfer, litosfer, hidrosfer
d)Atmosfer, noosfer, litosfer
e)Atmosfer, litosfer, litobiosfer
306.Litosfer nədir?
a)Yerin torpaq örtüyü
b)Yerin hava örtüyü
c)Yerin bitki örtüyü
d)Yerin su örtüyü
e)Yerin heyvanat aləmi
307. Yeraltı nəmləndirmə suyun açıq kanallar şəbəkəsi ilə _____ istifadə olunmaqla başa catdırılır
a) şlüzlərdən
b)süzgəclərdən
c) arxlardan
d) magistral kanallardan
e) sunizamlayıcı quyulardan
308.Yerdə həyatı mümkün edən qazlardan biri :
a)Oksigendir
b)Ozondur
c)Hidrogendir
d)Heliumdur
e)Kükürddür
310. Aşağıda sayılan göstəricilərdən hansı atmosfer havasının keyfiyyət meyarı deyil?
a maksimal çirklənmə zonası
b) maksimal birdəfəlik buraxılabilən qatılıq həddi
c) buraxıla bilən atqı həddi
d) ortasutkalıq buraxılabilən qatılıq həddi
e) xroniki təsir zonası
311. Sənayenin ekolojiləşdirilməsi nədir?
a)Tullantısız və az tullantılı texnologiyadır
b)Müəssisələrin maliyələşdirilməsi
c)Zavodlarda yüksək tüstü boruların tikilməsi
d)İstehsalatın ləğv edilməsi
e)Müəssələlərin sayının azaldılması
312 Zərərli maddələri rekuperasiya etmək bizə nə verir?
a) Tullantıların tərkibini təyin etmək
b) Zərərli tullantıları müəyyən etmək.
c) )Zərərli tullantıları təmizləmək
d) Zərərli tullantıları çökdürmək
e) Zərərli tullantıları parçalamaq
Dostları ilə paylaş: |