Экспресс ам 22 53° в



Yüklə 174,5 Kb.
səhifə5/6
tarix05.06.2023
ölçüsü174,5 Kb.
#127787
növüПрактикум
1   2   3   4   5   6
Mövzu 5. Metrologiya (2)

Girvənkə— riyaziyyatda əski çağlarda çəkini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi.
Girvənkə ən çox işlədilən çəki vahidlərindən biridir. Bir girvənkə 400 q-a bərabərdir. Çəkisi 400 q olan çəki daşına da girvənkəlik daş deyilir. Vaxtilə girvənkə daha çox ərzaq ticarətində işlədilmişdir. Girvənkə həm də su ölçü vahidi kimi işlədilmişdir.
Misqal — ölçü vahidi.
Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Hoqqa — ən qədim çəki ölçü vahid.
Xalqımızın məişətində işlədilmiş, adına folklorumuzda və yazılı ədəbiyyatlarda rast gəlinən çəki ölçü vahidlərindən biri də hoqqadır. Koroğlu Qıratı öydüyü bir şeirdə deyir:
Uzaq-uzaq yollarınan,
Beli ipək çullarınan,
Hoqqa yarım nallarınan,
At igidin qardaşıdı.
Yenə həmin dastanda Giziroğlu Mustafa bəy öz yoldaşlarına deyir:
Səfərimdi şəhri-Bağdad,
Kimdi, mənnən köçən gəlsin!
Yeddi hoqqa hazar peşə,
Məndən artıq içən gəlsin.
Göründüyü kimi, birinci şeirdə hoqqanın nalın çəkisini, ağırlığını, ikinci şeirdə isə içkinin həcmini göstərdiyinin izahına ehtiyac yoxdur. Lakin nalı və içkini eyni ölçü vahidi ilə ölçmək mümkün olmadığından hoqqa sözünün açıqlanmasına ehtiyac duyulur.
Hoqqə - ərəb dilində kiçik mücrü deməkdir. Bu söz oyun, kələk, hiylə mənasında daha çox işlənir.
Hoqqa sözünün ərəb dilindəki mənalarının heç biri ölçü bildirmir. Bu da onu göstərir ki, hoqqa ərəblərdə heç vaxt ölçü vahidi kimi işlənməmişdir. AzərbaycanKərkük türklərində isə hoqqa ən qədim ölçü vahidlərindən biri olmuşdur. Buradan belə qənaətə gəlmək olar ki, bir çox türk xalqlarında ən qədim ölçü vahidi kimi işlənmiş hoqqa ərəb dilindən alınmamışdır. Qədim şumer dilində hoqqa sözünə rast gəlinməsi də onun türk sözü olduğunu təsdiqləyir.
Pud — çəki ölçü vahidi.
Pud xalqımızın məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də işlənən çəki vahididir. 40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. 16,4 kq-lıq çəki daşlarına da pudluq daş deyilir. Bəzi ədəbiyyatlarda puddan xalqımızın məişətində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istifadə olunduğu göstərilir. Lakin XV-XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast gəlinməsi bu fikri şübhə altında qoyur.
Pəhləvanlar ən cox pudluq daşlarla oynayırlar. Azərbaycanda cox əski cağlardan geniş yayılmış zorxana tamaşalarında pəhləvanlar oz guclərini gostərmək ucun pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub goyə qaldırır, onları atıb sinələri, ciyinləri və kurəkləri ilə itələyirdilər. Pudluq və iki pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha cox bacarıq və guc tələb edirdi. Onlar daşları dişləri ilə yerdən qaldırır, oynadır və fırladıb kənara atırlar ki, bu da həmişə tamaşacıların boyuk marağına səbəb olurdu.

Yüklə 174,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin