Qanunverici metrologiya –ölçmələrin vəhdətini və ölçü vasitələrinin oxşar-lığını təmin etməyə yönəlmiş, qarşılıqlı əlaqəli və qarşılıqlı şərtləşdirilmiş kompleks qaydalardan ibarət olan və həmçinin dövlət tərəfindən nizama salınmaya və nəzarətə ehtiyacı olan digər məsə-lələri daxil edən metrologiyanın bölməsidir.
Qanunverici metrologiya qanunlar və qanunverici qaydaların vasitəsilə metroloji fəaliyyətin dövlət nizam-lama vasitəsi rolunu oynayır. Bu qanunlar və qanunverici qaydalar Dövlət Metrologiya İdarələri tərəfindən həyata keçirilir. Qanunverici metrologiya sahəsinə aşağıdakılar daxildir: ölçü vasitələrinin sınağı və növünün təsdiq edil-məsi və kalibrlənməsi, ölçü vasitələrinin sertifikasiyası və ölçü vasitələrinə dövlət metroloji nəzarət.
Qanunverici metrologiyanın metroloji qaydaları və normaları uyğun beynəlxalq təşkilatların tövsiyyələri və sənədləri ilə hormonizasiya olunmuşdur. Beləliklə qa-nunverici metrologiya beynəlxalq iqtisadi və ticarət əla-qələrinin inkişafına kömək edir .
1799-cu ildə metr və kq-ın ilk prototipləri (eta-lonları) hazırlanmışdır. Bu iki vahiddən əlavə olaraq metrik sistemə sahə vahidi də daxil edilmişdir (ar- tərə-finin uzunluğu 10m olan kvadratın sahəsidir). Bundan başqa həcm vahidi (ster- tilinin uzunluğu 0,1 m olan ku-bun həcmi) və tutum vahidi (litr –tilinin uzunluğu o,1 m olan kubun həsmi) daxil edilmişdir.
Beləliklə metrik sistemdə kəmiyyətlərin vahidləri hələ dəqiq olaraq əsas və törəmə qruplarına ayrılma-mışdır. Əsas və törəmə vahidlər məcmusunu vahidlər sistemi adlandırmağı 1832-ci ildə ilk dəfə alman alimi K.F.Qanss təklif etmişdir. Bu sistemdə əsas vahidlər aşağıdakılardır: uzunluq vahidi – mm (millimetr), kütlə vahidi – mq (milliqram), vaxt (zaman) vahidi –san (saniyə). Bu sistemi mütləq vahidlər sistemi adlandırmışlar.
1881-ci ildə fiziki kəmiyyətlərin SQS vahidlər sis-temi qəbul edilmişdir. Bu sistemdə əsas vahidlər aşağı-dakıkardır:
Uzunnluq vahidi –sm (santimetr), kütlə vahidi – qr (qram), zaman vahidi -san (saniyə). XX əsrin əvvəlində italyan alimi Corci MKSA ad-lanan daha bir vahidlər sistemi təklif etdi. O zamanlar bu sistem dünyada geniş yayıldı. Bu bsistemin əsas vahid-ləri: metr, kiloqram, saniyə, amper (cərəyan şiddətinin vahidi). Törəmə vahidləri –qüvvə vahidi –nyuton; enerji vahidi –coul; güc vahidi –vatt. Bundan əlavə digər təkliflərin də verilməsi beynəl-xalq aspektdə ölçmələrin vəhdətinin təmin olun-ması sahəsində səylərin artmasını göstərir. Eyni vaxtda hətta indi də bəzi dövlətlər onlarda tarixən formalaşmış ölçü vahidlərindən uzaqlaşmamışlar.
Məlumdur ki, Böyük Britaniya, ABŞ, Kanadada kütlənin əsas vahidi kimi funtu hesab edirlər. Bununla belə “Britaniya imperiyası ölçüləri” və “köhnə vinçester ölçüləri” sistemlərində onun ölçüsü müxtəlif-dir.
Bütün dünyada ən geniş yayılmış vahidlər sistemi –Sİ –beynəlxalq vahidlər sist
Ölçülər və çəkilər üzrə Baş konfrans (ÖÇBK) 1954- cü ildə BM-də istifadə etmək üçün fiziki kəmiyyətlərin altı əsas vahidini müəyyən etmişdir: metr, kiloqram, saniyə, amper, kelvin (0K) və -1960 –cı ildə Baş konfrans Sİ adlanan –Beynəlxalq vahidlər sistemini təsdiq etdi (fransızca Systeme İnternational d, Unites başlanğıc hərflərindən azərbaycan dilində -Sİ). emidir. Onun mahiyyətini nəzər-dən keçirək.
Sonrakı illərdə Baş konfrans bir sıra əlavələr və dəyişikliklər qəbul etdikdən sonra sistem yeddi əsas vahiddən, fiziki kəmiyyətlərin əlavə və törəmə vahid-lərindən ibarət olmaqla əsas vahidlər üçün aşağıdakı tərifləri işləyib hazırlamışlar:
- uzunluq vahidi –metr –vakumunda işığın 1/299792458 saniyədə getdiyi yolun uzunluğudur.
- kütlə vahidi –kiloqram –kütlə, kiloqramın beynəl-xalq prototipinin kütləsinə bərabərdir.
- zaman vahidi –saniyə - xarici maqnit sahələri tərə-findən qasırğa olmadıqda sezium -133 atomunun əsas vəziyyətinin həddindən artıq nazik strukturunun iki səviyyələri arasındakı səviyyəyə uyğun 9192631770 şüa-lanma dövrlərinin müd-dətidir.
- elektrik cərəyanı şiddətinin vahidi –Amper –vaku-umda bir –birindən 1m məsafədə yerləşən sonsuz uzun-luğa və həddindən kiçik dairəvi en kəsiyə malik olan naqillərdən keçən və bu naqillərin uzunluğunun hər bir metrində 2 · 10-7 N-a bərabər qüvvə yaradan sabit cərə-yanın şiddətidir.
Ölçülər və çəkilər üzrə Baş konfrans (ÖÇBK) 1954- cü ildə BM-də istifadə etmək üçün fiziki kəmiyyətlərin altı əsas vahidini müəyyən etmişdir: metr, kiloqram, saniyə, amper, kelvin (0K) və -1960 –cı ildə Baş konfrans Sİ adlanan –Beynəlxalq vahidlər sistemini təsdiq etdi (fransızca Systeme İnternational d, Unites başlanğıc hərflərindən azərbaycan dilində -Sİ). Sonrakı illərdə Baş konfrans bir sıra əlavələr və dəyişikliklər qəbul etdikdən sonra sistem yeddi əsas vahiddən, fiziki kəmiyyətlərin əlavə və törəmə vahid-lərindən ibarət olmaqla əsas vahidlər üçün aşağıdakı tərifləri işləyib hazırlamışlar:
- uzunluq vahidi –metr –vakumunda işığın 1/299792458 saniyədə getdiyi yolun uzunluğudur.
- kütlə vahidi –kiloqram –kütlə, kiloqramın beynəl-xalq prototipinin kütləsinə bərabərdir.
- zaman vahidi –saniyə - xarici maqnit sahələri tərə-findən qasırğa olmadıqda sezium -133 atomunun əsas vəziyyətinin həddindən artıq nazik strukturunun iki səviyyələri arasındakı səviyyəyə uyğun 9192631770 şüa-lanma dövrlərinin müd-dətidir.
- elektrik cərəyanı şiddətinin vahidi –Amper –vaku-umda bir –birindən 1m məsafədə yerləşən sonsuz uzun-luğa və həddindən kiçik dairəvi en kəsiyə malik olan naqillərdən keçən və bu naqillərin uzunluğunun hər bir metrində 2 · 10-7 N-a bərabər qüvvə yaradan sabit cərə-yanın şiddətidir.