Əliyev Rəşad Babas əlim İqtisadi t əhlük əsizliyin t əmin edilm əsind ə gömrük xidm ətinin rolu prof



Yüklə 0,61 Mb.
səhifə3/11
tarix01.01.2022
ölçüsü0,61 Mb.
#104100
1   2   3   4   5   6   7   8   9   10   11
NƏTİCƏ VƏ TƏKLİFLƏR

ƏDƏBİYYAT SİYAHISI

GİRİŞ

Mövzunun aktuallıgı. Ulu öndər Heydər Əliyevin söylədiyi fikir bizim dissertasiya işinin aktuallığı üçün zəngin bir xəzinədir. “Gömrük xidməti hər bir müstəqil dövlətin əsas atributlarından biridir”. (15, s.3)

Dünya ölkələrində gömrük xidməti xüsusi səlahiyyətli dövlət idarəetmə orqanı olduğu kimi Azərbaycan Respublikasında da bu xidmət bu qaydadadır və gömrük xidməti əsasında idarəetmə qəbul edilir.

Bazar iqtisadiyatına keçid dövrünün inkişaf dövrünü nəzərə alsaq deyə bilərik ki, bugün iqtisadi təhlükəsizlik çox önəmli rol oynayır. İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətinin özünəməxsus yeri vardır. Beləki, gömrük xidmətinin inkişaf etdirilib, təmin olunması həm milli, həm də iqtisadi təhlükəsizliyin həyata keçirilməsində çox önəmli yerə malikdir. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, dissertasiya mövzusu çox aktualdır.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər yuxarıda qeyd etdiyimiz kimi ilk növbədə strateji milli maraqların müdafiəsinə xidmət edir və aşağıdakı istiqamətləri özündə əks etdirir:


  • davamlı iqtisadi artımın təmin edilməsi;

  • milli iqtisadiyyatın, o cümlədən sahələr üzrə məhsul istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi;

  • əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, etibarlı məşğulluğun təmin edilməsi, əhalinin gəlirlərinin artırılması.

Müstəqillik əldə etdikdən sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də islahat və innovasiyaların yarandığı bir dövr başlamış oldu. Beləki, bu islahatlar Azərbaycanın dünya və Avropa iqtisadiyyatına inteqrasiya olunmasına, beynəlxalq aləmin bərabər hüquqlu üzvünə çevrilməsinə və s. təkan vermişdir. Məhz bunun nəticəsidir ki, hazırda ölkəmizin ümumi daxili məhsulun 84%-dən çox hissəsi özəl bölməyə aiddir.

Sözsüz ki, iqtisadiyyatımızın belə sürətlə inkişafı onun təhlükəsizliyinin təmin olunmasını tələb edir. Ümumiyyətlə, bu proses çox çətin və uzun müddətli bir prosesdir. Dünyada hər bir ölkənin özünəməxsus milli təhlükəsizlik konsepsiyası vardır. Bu da həmin ölkənin keçdiyi inkişaf yolundan və spesifik cəhətlərindən asılıdır.

Gömrük orqanlarının əsas vəzifəsi ölkənin iqtisadi təhlükəsizliyini təmin etməkdir. Bu ümumi anlayışı olduqca konkret məzmun daşıyır. Buna görə də gömrük orqanlarının fəaliyyətini qiymətləndirmək üçün ən üstün vaxt vahidi ilə orta gəlir seçilir. Həmçinin Azərbaycan gömrük orqanlarının qarşısında yeni vəzifə yaranır - inteqrasiyanın vəzifəsi beynəlxalq əməkdaşlıq prosesində dövlətin iqtisadi təhlükəsizliyinin təminatının gücləndirilməsi üçün gömrük-hüquq sahəsinin tənzimlənməsi.

İqtisadi təhlükəsizliyin təmin edilməsinin konkret vasitələri və mexanizmlərini müəyyənləşdirərkən ilk növbədə nəzərə almaq lazımdır ki, ölkənin iqtisadi maraqlarına təhlükə törədən daxili və xarici mənbədən olan bəzi tendensiyalar mövcuddur və onun qarşısının alınması üçün uzun müddətli tədbirləri özündə əks etdirən iqtisadi siyasət həyata keçirilməlidir. İqtisadi təhlükəsizliyə daxili və xarici mənbədən olan təhlükənin neytrallaşdırılmasına yönəlik iqtisadi siyasətin müvəffəqiyyəti ilk növbədə dövlət hakimiyyətinin möhkəmləndirilməsindən, güclü cəmiyyətin və iqtisadiyyatın formalaşmasından əhəmiyyətli dərəcədə asılıdır.

Belə ki, ölkəmizin milli iqtisadi təhlükəsizliyi iqtisadiyyatın inkişaf səviyyəsindən, sosial inkişaf istiqamətindən və ölkənin təhlükəsizliyinin təmin olunmasından asılıdır.

Dövlət gömrük orqanları vasitəsilə xarici ticarət fəaliyyətinin tənzimlənməsinə nəzarət etməlidir, bununla yanaşı prioritet iqtisadi metodların hüquqi metodların üzərində aparılmasına üstünlük verməlidir. Təsərrüfat fəaliyyətinin yeni şəraitində dövlət nəzarəti xarici ticarət fəaliyyəti sahəsində büdcənin doldurulma mənbəyi kimi ona mane olmamalıdır, əksinə xarici ticarətin inkişafına kömək etməlidir.

Mövzunun aktuallığı, eləcə də ondan ibarətdir ki, son vaxtlar gömrük qanunvericiliyində, gömrük ittifaqının təhsillə bağlı mühüm dəyişikliklərə məruz qalması diqqətdə olmuşdur.

Azərbaycanda həyata keçirilən islahatlar, qlobal şəkildə xarici iqtisadi fəaliyyət sahəsinə və gömrük tənzimlənməsi sisteminə toxunmuşdur .

1980-cı ilin II-ci yarısından başlayan bazar iqtisadiyyatının islahatları özünün başlıca istiqamətlərindən biri kimi, xarici ticarət fəaliyyətinin liberallaşdırılmasını güman edirdi.

Hal-hazır ki, mövzu, eləcə də onunla aktualdır ki, son vaxtlar , gömrük qanunvericiliyi və gömrük ittifaqı təhsillə bağlı mühüm dəyişikliklərə məruz qalmışdır.

Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli “Milli təhlükəsizlik haqqında” Qanunun 17-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının milli iqtisadiyyatının və iqtisadi münasibətlərinin inkişafına təhlükə yaradan daxili və xarici amillərdən qorunmasıdır.

Qanunda Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin olunmasının əsas istiqamətləri kimi aşağıdakılar qeyd edilir:

1)Dövlətin iqtisadi potensialının artırılması;

2)Təbii ehtiyyatların energetika əsaslarının, tranzit imkanlarının qorunması;

3)Daxili və xarici maliyyə ehtiyyatlarının ölkə iqtisadiyyatına yönəldilməsi;

4)Büdcə vəsaitlərinin və dövlət ehtiyyatlarının səmərəsiz istifadəsinə yol verilməməsi;

5)Bank sisteminin təkmilləşdirilməsi;

6)İqtisadiyyatda dövlət idarəetməsinin təkmilləşdirilməsi və s. (6, s.5)

Gömrük xidmətinin təmin olunması iqtisadi təhlükəsizlik üçün əsas şərtdir. Belə ki, istər ölkəyə daxil olan, istər də ölkədən xaric olan hər bir malın iqtisadiyyat üçün təhlükəsi vardır. Yəni, hətdən artıq malın daxil və ya xaric olması, əksinə, lazımi səviyyədən az malın daxil və ya xaric olması, habelə, qadağan olunan malların (Məsələn, silah, narkotik maddələr və s.) ölkəyə daxil olması ölkə iqtisadiyyatının zəifləməsi və çökməsi üçün zəmin yaradır. Bütün bunların tənzimlənməsi gömrük xidmətinin üzərinə düşür.

Gömrük orqanlarının fəaliyyətində bir çox nöqsan və çatışmazlıqlar hələ də mövcuddur: gömrük xidməti və gömrük nəzarətinin texniki vasitələrlə təchiz edilməməsi, ilk informasiyanın gömrük xidməti tərəfindən təkmilləşməmiş istifadəsi, və s.

Bütün bu hallar, necə deyərlər, "varlığı" dövlətin və cəmiyyətin iqtisadi təhlükəsizliyini yüksək dərəcədə aşağı salır.

Dövlət inhisarında sistemin demontajı xarici ticarətin gömrük-tarif tənzimlənməsinin normal təcrübəsinə gətirib çıxartdı, bu da gömrük siyasətinin əsas istiqaməti demək idi.

Bu sahədə tədqiqatlar aparan görkəmli alim, professor A.Şəkərəliyevin fikrinə əsasən qeyd edə bilərik ki, “Gömrük siyasəti ölkənin iqtisadi təhlükəsizliyin təmin edilməsinə xidmət etməlidir....” (46, s. 6)

Ölkəmizdə həyata keçirilən gömrük siyasəti ölkədaxili bazarın beynəlxalq normalara uyğunlaşması və milli iqtisadiyyatın inkişafının təmin olunması və s. kimi məsələlər üzərində hazırlanmışdır.

Ümumilikdə, tədqiqat işinin aktuallığını nəzərə alsaq belə bir fikri qeyd etmək məqsədəuyğun sayılardı: gömrük xidməti iqtisadi təhlükəsizlikdə beynəlxalq ticarət əlaqələri zamanı qarşıya çıxa biləcək riskin aradan qaldırılmasıdır.

Son illərdə gömrük işi və gömrük siyasəti dövlətin daxili və xarici siyasətinin tərkib hissəsinin istiqamətlərini, onların əhəmiyyətini artırmaqnan məşğuldur.

Gömrük siyasəti, həm ölkə daxilində, həm də onun xarici iqtisadiyyatının formalaşmasında, iqtisadi əlaqələrin yaradılmasında əsas amil kimi çıxış edir

Tədqiqatın məqsəd və vəzifələri. Azərbaycan Respublikasında iqtisadi təhlükəsizliyin təmin edilmə yollarını araşdırmaq və bu sahədə gömrük xidmətinin yerini müəyyənləşdirmək. Tədqiqatın əsas məqsədi ölkənin iqtisadi təhlükəsiszliyin təmin olunmasında gömrük xidmətinin analiz və sintez fəaliyyət mexanizminin və inteqrasiya proseslərinin, bazar iqtisadiyyatının fəaliyyətinin inkişafı planının və bazar münasibətlərinə keçidin təkmilləşdirməsi üzrə təkliflərin hazırlamasıdır. Dissertasiyanın məqsədindən irəli gələn aşağıdakı vəzifələr var.

1. Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmini istiqamətində yürüdülən dövlət siyasəti yollarını müəyyənləşdirmək.

2. İqtisadi təhlükəsizliyin təmin edilməsində qarşıya çıxan problemlərin təzahür xüsusiyyətlərini araşdırmaq.

3. Gömük xidmətinə nəzarətin təmin olunması yolları müəyyənləşdirmək.

4.İqtisadi təhlükəsizliyin səmərəli təşkilində gömrük xidmətinin rolu müəyyənləşdirmək.

5. İqtisadi qloballaşma şəraitində gömrük xidmətindən istifadənin üstün cəhətlərini aydınlaşdırmaq.



Tədqiqatın obyekti-

Tədqiqatın obyekti: İqtisadi təhlükəsizliyin təmin edilməsi, tədqiqatın subyekti-gömrük orqanlarıdır.

Tədqiqatın predmeti: İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətinin rolu.

Problemin öyrənilmə səviyyəsi. Bu sahədə olan həm Azərbaycan, həm də dünya təcrübəsinin öyrənilməsi. Tədqiqat işilə bağlı A.Əliyevin, A.Şəkərəliyevin, M.İ. Qrankinanı, K.A. Strelnikovanın, V.K.Sençaqovun, L.İ.Abalkinin və başqalarının əsərlərini qeyd edə bilərik. Belə ki, müasir ədəbiyyatda gömrük orqanlarına iqtisadi təhlükəsizliyin təmin edilməsinə lazımi qədər yer ayrılmamışdır.

Tədqiqatın nəzəri və metodoloji əsasları: Dissertasiya nəzəri cəhətdən müvafiq mövzularda mənbə kimi istifadə oluna bilər. Tədqiqat işi xarici ticarət əlaqələrinin tənzimlənməsinin klassik və müasir nəzəriyyələri, xarici və ölkə iqtisadçılarının əsərləri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, eləcə də, digər rəsmi sənədlər təşkil edir. Metodoloji əsaslar isə müşahidə, müsahibə və sənədlərin araşdırılması metodları təşkil edir.

Tədqiqatın informasiya bazası: İqtisadiyyat və Sənaye Nazirliyinin və Dövlət Gömrük Komitəsinin hesabatları, statistik məcmuələr və mühüm elmi ədəbiyyat, internet resursları və təhlil materialları təşkil edir.

Tədqiqatın elmi yeniliyi. Aprılmış araşdırmalar bir daha sübut edir ki, iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətinin özünəməxsus mövqeyi var. Bu da tədqiqat işinin elmi yeniliyini zənginləşdirir. Bu müddəalar aşağıdakılardan ibarətdir:

  1. Gömrük orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində iqtisadi təhlükəsizliyinin təmin edilməsinin məqsədi dövlət strategiyasının və iqtisadi siyasətin səmərəliliyinin artırılması, gömrük xidməti (GX) inkişafı, xarici ticarətin hərtərəfli inkişafıdır gözlənilməlidir;

  2. Gömrük orqanları vahid dövlət hakimiyyəti mexanizmindən idarə edilməlidirlər;

  3. Gömrük xidməti ölkənin konkret məqsədlərə nail olmaq üçün dövlətin sosial-iqtisadi institut kimi dövlətlə bazar arasında real şəraitə, “vasitəçi” yə çevrilməlidir;

  4. Gömrük orqanlarının işçilərinə verilən səlahiyyətdə inventarlaşdırma və təhlil aparmaq lazımdır;

  5. Cinayətlərin qarşısının alınması üzrə gömrük fəaliyyəti sahəsində dövlətin rolunun gücləndirilməsi. Dövlət azadlığı lazımdır, dövlət əsas islahatçı olmalıdır;

  6. GX çərçivəsində gömrük fəaliyyəti sahəsində cinayətlərlə mübarizədə vahid proqramın hazırlanması;

  7. Gömrük orqanlarının təkmilləşdirilməsi və texniki bazasının genişləndirilməsi;

  8. Gömrük fəaliyyətinin avtomatlaşdırılması və texnologiyaların yeni sistemlərinin işlənməsi, əmtəə istehsalının və kağızdan istifadə etmədən elektron sistemi texnologiyasına keçid;

  9. Gömrük orqanlarında həyata keçirilən islahatlar haqqında xalqın maarifləndirilməsi üzrə işlərin sistemli aparılması;

  10. Texnologiyanın təkmilləşdirilməsi üçün gömrük ödənişlərinin tam həcmdə büdcəyə daxil olması, və nəzarətin olması;

  11. Tam gömrük rəsmiləşdirilməsi ilə malların gömrük prosedurlarının eyni zamanda sadələşdirilməsi və unifikasiyası;

  12. Hüquq-mühafizə orqanı kimi gömrük xidmətinin rolunun artırılması; üslub və idarəetmə metodlarının təkmilləşdirilməsi, gömrük xidmətinin şaquli və horizontal bütün struktur bölgü üzrə aparılması.

  13. İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmlərindən biri də gömrük sərhəd nəzarətində texniki vasitələrdən istifadədir. Bu mexanizm mallar və nəqliyyat vasitələri barədə məlumat əldə etmək, malların eyniləşdirilməsində, bölünən və radioaktiv materialların keçirilməməsidə, gömrük qaydalarının yenidən işlənilməsi;

  14. Ölkəyə idxal və ixrac olunan malların rüsumları haqqında qərarların yenidən işlənilməsi;

  15. Hər bir məhsul üçün müəyyən olunmuş rüsumlar həm ölkənin iqtisadi inkişafını, həm də təhlükəsizliyini təmin etməlidir;

  16. Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün əsas vasitələrdən biri də gömrük orqanlarının güclü struktura malik olmasıdır.

Tədqiqatın praktik əhəmiyyəti: Gömrük işinin təşkili ixtisasında keçiləcək mövzu kimi daxil edilə bilər. Tədqiqat işində olan yenilikləri nəzərə alsaq deyə bilərik ki, gömrük xidmətinin təmin edilməsində inkişafa müsbət təsir edilə bilər.

Tədqiqat işinin həcmi və strukturu. Dissertasiya işi giriş, üç fəsil, altı yarımfəsil, nəticə və istifadə olunmus ədəbiyyat siyahısından ibarətdir.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin