Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə13/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   9   10   11   12   13   14   15   16   ...   54
Youll see if you were right or wrong .

The whole was big, oneself was little” [145].

In its great presence our small sorrows creep away, ashamed (Jerome, Three Men in a Boat)” [118, s.10-11].

Antonimliyin təyin olunması ilə bağlı V.A.İvanovanın irəli sürdüyü meyarlar da maraqlıdır. Daha doğrusu, onun məsələyə yanaşmasında özünəməxsusluq vardır. Tədqiqatçı müxtəlif alimlərin irəli sürdüyü bütün meyarları qəbul edir və bir antonim cüt əsasında onların xüsusiyyətlərini açmağa çalışır. Son nəticədə V.İvanova antonimlik kriteriyalarını paradiqmatik və sintaqmatik olmaqla iki yerə bölür. Antonimliyin paradiqmatik aspekti bütün dillərdə semantikadakı əksliyi ifadə edir. Onun fikrinə görə, “bütün digər əksliklərdən komplementarlıq daha çox vacibdir. Bu əkslikdə qarşılıqlı tamamlama, qarşılıqlı asılılıq və antonim cütü təşkil edən antonimlərin komponentlərində qarşılıqlı istisna etmək yer tutur” [104, s.7-27].

D.N.Şmelyov da bu xüsusiyyətin antonimlərin semantikasında ən ümumi və əhəmiyyətli əlamətə görə özünü qabarıq göstərən cəhət olduğunu söyləmişdir [180, s.131].

L.A.Vvedenskaya antonim meyarlarının təyini zamanı riyazi məntiqə doğru meyil edir. Onun fikrinə görə, “üç tip antonim kontekst vardır: 1) həm “A”, həm “B”; 2) “A” deyil “B”-dir; 3) “A” və ya “B” [69, s.56]. Təbqiqatçının bu mövqeyi kontrar, kontradiktor, konversiv əksliklərlə, eləcə də enantiosemiya ilə bağlıdır.

Y.N.Miller sözlərin antonim olmasını təyin etmək üçün altı meyar təklif etmişdir. Onun fikrinə görə, “antonimlər əks mənalı sözlər olub əksliyi ifadə etmək baxımından fərqlənməklə yanaşı, müəyyən münasibət üzrə oxşarlığı, eyniliyi nəzərə çarpdırır” [138, s.23]. Tədqiqatçı irəli sürdüyü müddəanı təsdiq etmək üçün müxtəlif nümunələrə istinad etmişdir. Məsələn, böyük-kiçik kontrar əksliyi ifadə edir. Eyni zamanda hər iki söz ölçünü ifadə etmək baxımından həm də oxşar semantikanı bildirir.

Y.N.Miller antonimlərin təyin edilməsi üçün onların leksik birləşmələrinin bir komponentinin eyniliyinin (təzə paltar-köhnə paltar, tez durmaq-gec durmaq və s.), antonimlərin tipik sintaktik konstruksiyalarda işlənməsini, antonimlərin keyfiyyət, əlamət bildirməsini nəzərə almağı vacib saymışdır. Fikrimizcə, bu meyarlar antonimlərin müxtəlif xüsusiyyətlərinə aid olduğuna görə sistem təşkil etmir. Tədqiqatçı antonimləri bir halda distribusiyaya, digər halda üslubi xüsusiyyətə, başqa halda isə ifadə olunan əlamətə və ya keyfiyyətə görə təyin etməyə çalışır. Təbii ki, qeyd edilənlər antonimlərin tədqiqatında diqqət mərkəzinə çəkilməlidir. Lakin onlar antonimlərin təyini üçün əhəmiyyətli kriteriyalar deyildir. Fikrimizin təsdiqi üçün deyə bilərik ki, antonimlər müxtəlif sintaktik konstruksiyalarda işlənir. Antonimlərin distributiv imkanlarında məhdudiyyət azdır (O, köhnə şalvar, təzə köynək geymişdi). Antonimlər yalnız keyfiyyət bildirən sözlərdən yaranmır.

Y.Miller daha iki kriteriyanı da ortaya atmışdır. O, hesab edir ki, antonimlər leksik sahə təşkil edir, antonimlər sözdüzəldici yuvalar yaradır [138, s.181].

Antonimlərin leksik sahə təşkil etməsi onların yaxın, eyni məna ətrafında birləşməsini tələb edir. Bəzi tədqiqatçılar da belə bir meyar irəli sürmüşdür [107, s.16; 168, s. 82]. Bu məsələ antonimlərin təyin olunması üçün məqbul meyar deyildir. Çünki sinonim cərgənin elementləri də müəyyən sahənin vahidləridir.

Sahə dil vahidlərinin (əsasən leksik vahidlərin) məzmun, məna (bəzən formal göstəricilərin) ümumiliyi əsasında formalaşmış, qurulmuş toplusu olub, onların anlayış, predmet və ya funksional oxşarlığını əks etdirir.

Sahə strukturu ilə dil hadisələrinin tədqiqi üçün aşağıdakı prinsiplər vardır: 1)dilin hansısa elementlər toplusunun məzmundan formaya doğru, semantik funksiyanın ümumiliyi istiqamətində öyrənilməsi; 2) strukturun nüvəsində (mərkəzində) əlamətin maksimal tamlığı və intensivliyi. Belə mərkəz nüvə və ya dominant adlanır. Nüvədən uzaqlaşdıqca əlamətin intensivliyi azalır. Sahənin belə hissələri pereferiyalar adlanır; 3) makro və mikrosahənin ayrılması; 4) sahənin eynicinsli və fərqli cinsə mənsub elementlərinin qarşılıqlı təsiri, sahə element­lərinin qismən kəsişməsi, ümumi seqmentlərin mövcudluğu sahə strukturunun dinamikliyi. “Verilmiş sahəyə aid olan hər bir spesifik vasitə özünün spesifik mənası ilə səciyyələnir” [2, s.14].

Ümumiyyətlə, antonimlərin sahə xüsusiyyətləri ayrıca tədqiq edilməlidir və biz bu məsələyə baxmağı nəzərdə tuturuq.

Antonimlərin söz yuvası yaratmasına gəlincə, bu, antonimlərin şəkilçilərin köməyi ilə əmələ gəlməsi probleminə yaxınlaşır. Bu məsələnin özü dilçilikdə hələ də elmi mübahisə obyektidir.

Dilin ifadə vahidləri arasında müxtəlif əlaqələr mövcuddur. Belə əlaqə tiplərindən biri də ziddiyyət, əkslik və bir-birini tamamlamaq əsasında formalaşır. Bu сür vahidlər сüt təşkil edərək bir-birinə əks qütblərdə yerləşir. Belə сütlər antonim сütlər adlandırılır. Antonuimlərin elə bir növü də vardır ki, bu növdə ziddiyyətin intensivləşməsi və zəifləməsi qütblərdə duran vahidlər arasında başqa vahidlərin yerləşməsinə imkan yaranır. Antonimlik hadisəsi dilçilikdə geniş tədqiq olunmuşdur. Bununla belə, antonimlərin kontrar ziddiyyət əsasında formalaşan növü olan qradual antonimlik bəzi dillərin, o cümlədən Azərbaycan və ingilis dillərinin materialları əsasında müqayisəli planda öyrənilməmişdir.

Linqvistik əlaqəlilik və ya linqvistik qoşmalılıq antonim sözlərin nitqdə canlandırılması və onların mənalarının qarşılıqlı əksliyi kimi qəbul edilir. Antonim sözlərdən birinin nitqdə səslənməsi digəri haqqında assosiativ təsəvvürü canlandırır. Antonim bir deyil, iki sözü tələb edir. Beləliklə, iki söz linqvistik əlaqələnir, sanki bir-birinin qoşmasına çevrilir.

N.L.Sokolova antonimləri belə təyin edir: “Antonimlər eyni nitq hissəsinə aid olub vahid binar (privativ, dərəcələnən), münasib çoxölçülü oppozisiyanın üzvləri olan linqvistik əlaqəli (linqvistik qoşma) sözlər, cütləridir” [157, s.52].

Antonimlərin təyin olunmasına aid üçüncü qrup fikirlər antonimlərin təsvir yolu ilə izahını əhatə edir. Bu zaman antonimlərin müxtəlif xassələri, funksiyaları, yaranma və işlənmə üsulları sadalanır. L.A.Vvedenskaya, C.Layonz antonimləri bu yolla izah edirlər [Bax: 85, s.38; 126, s.186; 199, s.123; ].

Son dövrlərdə də antonimlər və antonimliyə aid bir sıra işlər yerinə yetirilmişdir. Bu tədqiqatlarda antonimliyə dilçilərin münasibətindəki təkamül qismən də olsa özünü göstərir.

Təhlilə cəlb olunmuş nöqteyi-nəzərlər, eləcə də antonimliyin mahiyyətini açmaq üçün göstərilən cəhdlərdən aydın olur ki, antonimlərin ən ümumi və vacib xüsusiyyəti onların mənalarının əksliyidir. İndiyə qədər verilmiş bütün tərif və izahlarda antonimlərin bu xüsusiyyəti ön plana çəkilmişdir. Hər bir konkret halda real əksliyin elə bir funksiyası müəyyənləşdirilməlidir ki, onun vasitəsilə əksliyin keyfiyyət, hərəkət, istiqamət, predmet və s. üzrə olmasını ümumi şəkildə nəzərə alsın. Eyni zamanda, həm əksliyin qütbləri, həm də bu qütblərin sərhədləri təyin olunmalıdır.

Antonimlərin təyini zamanı antonimlərin öyrənilməsi üçün vacib olan kateqoriyalar müəyyənləşdirilir. Yəni antonimlərin dil (nitq), psixoloji, məntiqi və fəlsəfi cəhətlərinin tərifdə ifadəsini tapmasına diqqət yetirilir. Antonimlərə verilən tərif elə olmalıdır ki, hansı dilin materialından çıxış etmək ona təsir göstərməsin. Çünki antonimlik və antonim sözlər bir dildə deyil, bütün dillərdə vardır.

Beləliklə, antonimlərə verilmiş mövcud tərifləri, tərif problemini, tərifin funksiyalarını nəzərədən keçirdikdən sonra onların spesifik, özünəməxsus əsas və başlıca xüsusiyyətinin semantik əksliklə bağlılığını bir daha qeyd etmək və antonimlərə daha konkret tərif vermək olar.



Antonimlər obyektiv gerçəkliyin eyni mahiyyətli qarşılıqlı əks hadisələrini adlandıran mənaca qarşılıqlı əks olan nominativ dil vahidləridir” [36, s.127].

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin