Cold – warm. Don’t keep him too warm ma’am. But be careful that you don’t let him be too cold. Cold – of a low or lower than usual temperature. Warm – oforata fairly high temperature.
Female – мale. Female of the sex that can give birth to children. Male – of the sex that cannot give birth to children”. “Male” sözünün təyini zamanı istifadə olunmuş “not” hissəciyi onun antonimliyini reallaşdırır.
“Dry – wet. It is difficult enough to fix a tent in dry weather; in wet the task become herculean. Dry – not wet, damp or sticky. Wet – covered or soaked with liquid, esp water.
False – true. Listening to her, I was beyond knowing whether her insight was true or false. False – wrong, not correct. True – rightly called, genuine or sincere.
Beautiful – ugly. Do you know what it is to be ugly all your life and inside to feel that you are beautiful. Beautiful – having beauty; giving pleasure to the senses or the mind. Ugly – unpleasant, esp to look at.
Ill – well. “I hope Phuong’s well,” he said. “I have never known her ill.” Ill – in an unkind or critical way. Well – inakindway. Poor – rich.
It is only that he has better means of having it than many others, because he is rich, and many others are poor.
Poor- rich. Poor – having very little money with which to buy one’s basic needs. Rich – having a lot of money or property; wealthy” [Nümunələr Rus dilinin Milli Korpusundakı paralel korpusdan götürülmüşdür. Bax: 145].
İngilis dilində olan nümunələrin təhlili göstərir ki, bu dildə mənanın formalaşması da inkarbildirən “not” hissəciyi, “un-; in-; il-; im-; dis-; ir-“, prefiksləri, –less suffiksi antonimlərin yaranmasında fəal iştirak edir.
Azərbaycan dilində sifət düzəldən –lı, -li, -lu, -lü; -sız, -siz, -süz, -suz şəkilçiləri əks mənalar yaradır.
Azərbaycan dilində hücum-əkshücum, inqilab – əksinqilab, relevant – qeyri-relevant, real – irreal, rasional – irrasional, elektrik- dielektrik, mərd – namərd, nəcib – nanəcib, səlis – qeyri-səlis və s. antonim cütləri vardır. Belə cütlərin yaranmasında ön şəkilçilər, alınma sözdüzəldici elementlər iştirak edir.
Antonimliyə cütlük və paralelik xasdır. Yəni antonimliyin mövcudluğu üçün iki söz vacibdir və bu iki söz qarşı-qarşıya qoyulur. İnkar və təsdiq də parallel şəkildə mövcuddur. Bunlardan biri olmadıqda digəri də yoxdur. Hər bir inkarın təsdiqi, hər bir təsdiqin isə inkarı olmalıdır. Dilçilikdə inkara söz tərtibində yanaşmaq, onu, yəni inkarı sözün mənasında axtarmaq, sözün mənasında görməkdir. Semantik baxımdan bu, inkarla yanaşı, mənfi və müsbət, neqativlik və pozitivlik bildirən sözlərin qarşılaşdırılmasıdır.
Mənfi və müsbət, neqativ və pozitiv mənanın qəbul edilməsinin özü şərti səciyyə daşıyır. Nə üçün acı neqativ, şirin pozitiv mənalı sayılmalıdır. Saçlı pozitiv mənalıdır, daz isə mənfi mənada başa düşülür. Şor sözündə duzun varlığı, izafiliyi, şit sözündə isə onun yoxluğu və ya çatışmazlığı mənası aşkardır. Halbuki saçlı saçın olması, daz isə saçın olmaması ilə bağlıdır.
Antonim sözlərin linqvistik təbiəti onların leksik, leksik-qrammatik və qrammatik mənaları, morfoloji quruluşu, üslubi imkanları ilə dəqiqləşdirilir. Antonimlərin təyini zamanı onların bir-birinə qarşı qoyulduğu semantik əlamətlər aydınlaşdırılmalıdır. Antonimlərin semantikasının açılmasında kontekstlər də xüsusi rol oynayır.
Ümumi və xüsusi məsələlərinə konkret dilin, eləcə də müxtəlif dillərin materialları əsasında həm təsviri, həm də müqayisəli planda baxılmış antonimliyə dair yeni tədqiqat işlərinə ehtiyacı doğuran səbəblər az deyildir. Antonim cütlərdəki sözlər arasına müəyyən sözlər girir. Bu sözlər ziddiyyətin dərəcələnməsinə səbəb olur. Aydın olur ki, bir sözə mənaca az zidd, az əks olan söz olduğu kimi, çox zidd və çox əks olan leksik vahidlərdə vardır. Çünki az və ya çox zidd olmanın sərhədi məlum deyildir.
Real gerçəklikdə müəyyən keyfiyyət və əlamətlərin daşıyıcıları bir-biri ilə müqayisə edilərək qiymətləndirilir. Qiymətləndirmə üçün istifadə olunan sözlər qiymətləndirmə sifətlərini təşkil edir. Məsələn, gözəl qız, yaraşıqlı oğlan və s. Qiymətləndirmə subyekt tərəfindən yerinə yetirildiyindən o, subyektiv səciyyə daşıyır. Bununla yanaşı, qiymətləndirmə üçün həmişə müəyyən əsas olur. Bu əsas qiymətləndirmənin neytral və mərkəzi nöqtəsi sayılır. Mərkəzi nöqtədən əks qütblərdə qiymətləndirmənin mənfi və müsbət halları yerləşir.
Sifətlər əlamət və keyfiyyət bildirdiyindən onlar əlamət və keyfiyyətin intensivliyinidə ifadə edirlər. Sifətin dərəcələri intensivliyin dəyişməsini, bu dəyişmənin istiqamətini ifadə edir. İntensivlik əlamətin artma və azalma xətti üzrə gedə bilir. Məsələn, dadsız – şirintəhər – şirin. Acı – acıtəhər – dadsız. Acı və şirin antonim sözləri və onlar da əlamətin intensivliyi ilə bağlı düzəldilmiş iki sırada bir söz təkrarlanır. Şərti olaraq bu söz “dadsız” kimi qəbul edilmişdir. Belə olan halda “dadsız” sözü neytral mövqeyə uyğun gəlir. Həmin nöqtədə baxılan keyfiyyət özünü büruzə vermir. Digər tərəfdən, “dadsız” intensivliyi yoxlanılan əlamətlə müstəqim, bir başa əlaqəyə malik deyildir. Üzüm şirin təhərdir. Üzüm şirindir. Üzüm dadsızdır. Bu cümlələri qarşılaşdırdıqda “şirin” keyfiyyətinin dərəcələnməsini görürük. “Dadsız” sözü “şirin” və “şirintəhər” sözləri ilə yaxın ətrafda işləndiyi üçün keyfiyyət dərəcələnməsində neytral mövqedə dura bilir. Lakin “acıtəhər”, “acı” sözləri ilə “dadsız” sözünü bir sıraya daxil etmək olmur. Meyvə acıdır. Meyvə dadsızdır. Bu iki cümlədə də müqayisə vardır. .
Antonimliyin təyini prosesində iki antonim söz arasında dərəcələmənin aparılması zamanı eyni semantik sahə prinsipi də nəzərə alınmalıdır. Deməli, bir sıra antonimlər üçün neytral mövqedə duran sözü tapmaq mümkün deyildir. Məsələn, şirin – orta – acı; dayaz –orta – dərin; alçaq – orta –hündür; ağ –orta –qara. Tamamlama prinsipi əsasında olan ziddiyyətdə orta və ya aralıq vəziyyət yoxdur. Bu məsələ “evli” və “subay” kimi sözlərinin müqayisəli izahında aydınlaşır.
Qərb dilçiliyində antonimlərə verilmiş təriflər əsasında aparılan təhlili rus və Azərbaycan dilçiliyindəki fikirlərlə müqayisə əsasında biz ilkin variantda antonimləri başqa sözlərlə kontradiktor, kontrar və korrelyativ əksliyə girən sözlər kimi təyin edirik. Əlbəttə, bu, ilkin və işçi tərifdir. Tədqiqat prosesində onun dəqiqləşdirilməsi və konkretləşdirməsi mümkün olacaqdır. Bunun üçün antonimlik ilə bağlı bir çox mübahisəli məsələlər təhlil və araşdırma süzgəcindən keçməlidir.
Antonim münasibət müxtəlif nitq hissələrinə aid sözlərdə müşahidə olunur. Şübhəsiz ki, bu məsələ antonimlərin müəyyən meyarlar üzrə təsnifi zamanı aktuallaşır. Antonimlərin təyini prosesində isə onların eyni və ya fərqli nitq hissələri əsasında düzəlməsi yalnız bir meyarı əhatə edir. Təbii ki, əkslik eyni predmet və ya eyni predmetin keyfiyyəti, halı üzrə təyin olunursa, onda eyni nitq hissəsinə aidlik də gerçəkləşir. Lakin antonimlərin həmişə eyni nitq hissəsinə aid olması əlavə təhlil və araşdırma tələb edir. Antonim münasibət daha çox keyfiyyət bildirən sifətlərdə özünü göstərir. Sifətlərdə antonim sözlərin çoxluğu təbiidir. Sifət əşyanın əlamət və keyfiyyətini bildirir. Hər bir keyfiyyət isə ona zidd olan başqa bir keyfiyyətlə qarşı-qarşıya qoyulur. Məslən, yaxşı – pis, gözəl – çirkin və s. Ümumiyyətlə, sifətlərdə semantik münasibət, o cümlədən antonimlik onların isimlərlə birləşmələri çərçivəsində öyrənildikdə kifayət qədər aydın dərk olunur.
Antonimlər mənaca əks sözlərdir. Bu sözlərdə konkret məna əsas götürülür və həmin məna üzrə antonimlər təyin edilir. Sifətlərdə çoxmənalılıq geniş yayılmış semantik hadisədir. Çoxmənlı sifətlərin antonim cütlərini müəyyənləşdirmək də konkret məna üzrə gedir. Ona görə də eyni bir çoxmənalı sifət müxtəlif sayda antonimlərə malik ola bilir. Məsələn,
Dostları ilə paylaş: |