Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə17/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   13   14   15   16   17   18   19   20   ...   54
İstiqamət bildirən eyni köklü, eyni ölçülü antonimlər.

İstiqamət bildirən eyni köklü, müxtəlif ölçülü antonimlər.

İstiqamət bildirən müxtəlif köklü, müxtəlif ölçülü antonimlər” [34, s.187].

Qeyd olunan antonim tiplərindən birincisi daha geniş əhatə dairəsinə malikdir. “Keyfiyyət bildirən sözlər normaya görə eyni ölçülü və simmetrikdirlər. Simmetriklik onların əks qütblər təşkil etməsini səciyyələndirir. Belə antonimlər bir-birini semantik baxımdan neytrallaşdırır” [195, s.124].

İkinci tip antonimlərdə eyni kökdən olmaq onların birinin digərini inkar etməsini ön plana çəkir. Burada simmetriklik müəyyən xüsusiyyətin, keyfiyyətin əlamətin və s. rədd edilməsindədir.

Dildə antonim əmələ gətirən sözlər keyfiyyət məkan, zaman və kəmiyyət anlayışlarını ifadə edir. Buna görə də dildə antonim təşkil edən sözlər insanların həmişə fəaliyyətlərinə, həm də onları əhatə edən mühitə münasibətlərinə görə bir sıra məna qruplarına ayrılır ki, bunlarda, əsasən müstəqil sözlərlə ifadə olunur. Azərbaycan dilçiliyində antonimlər haqqında yazılmış tədqiqatda qeyd edilən cəhətlərə görə antonimlər aşağıdakı kimi qruplaşdırılır: 1) bilavasitə insanın hal-vəziyyət və fəaliyyəti ilə əlaqədar olan antonimlər; məsələn: şadlıq-qəmginlik; inkişaf-durğunluq; ağlamaq-gülmək; sağlam-xəstə; çalışqan-tənbəl; canlı-ölü; gənc-qoca; işləmək-dincəlmək; arıq-kök; adil-zalım; hakim-məhkum; sülh-müharibə; dost-düşmək; ac-tox; tərəqqi-tənəzzül; qüvvətli-zəif; dövlətli-kasıb; ağa-kasıb; ağa-nökər; varlı-yoxsul; burjuaziya-proletariat; kapital-əmək; durmaq-oturmaq; qurmaq-dağıtmaq və s.; 2) təbiət hadisələrinin ifadə edən antonim sözlər: məsələn: isti-soyuq; yaş-quru; yağınlıq-quraqlıq; yetkin-kal; qaranlıq-işıq; donmaq-ərimək; küləkli-sakit və s.; 3) zaman anlayışları ilə əlaqədar olan antonim sözlər; məsələn: yay-qış; yaz-payız; gecə-gündüz; axşam-səhər; tez-gec; keçmiş-gələcək; onda-indi; həmişə-hərdən bir; bu gün-sabah və s.; 4) məkan anlayışları ilə əlaqədar olan antonim sözlər; məsələn: şərq-qərb; şimal-cənub; uzaq-yaxın; yuxarı-aşağı; alt-üst; irəlidə-geridə; içəri-bayır; giriş-çıxış; ora-bura; yaxın-uzaq; geniş-darısqal və s. [47].

Antonim sözlər də müəyyən sahə daxilindən seçilir. Belə olan təqdirdə həmin sahədə həm mərkəz, həm də pereferiyanın olması vacibdir. Antonimlər qruplaşdırılarkən onların müəyyən sahələri yaradılmış olur.

Antonimlərin təsnfi zamanı keyfiyyətin, əlamətin, hal və hərəkətin intensivlik və ya başvermə istiqaməti də bəzən ifadəsini tapır. Antonimlərin bu növü vektorial antonimlər kimi dəyərləndirilir. Məlumdur ki, vektor riyaziyyat və mexanikada istifadə olunan termindir. Vektor həm istiqaməti, həm də qiymətti olan məfhumdur. Dilçilikdə istifadə olunan vektorial antonimlik yalnız istiqamət oxşarlığına görə belə adlandırılmışdır. Məsələn, aşağı-yuxarı, irəli-geri, ön-arxa, getmək-gəlmək kimi antonim cütləri vektorial antonimlər adlandırılır.

Yuxarıda qeyd olunduğu kimi, antonimlərin əsas üç növü fərqləndirilir: 1) dərəcələnən və əlaqələnən antonimlər. Məsələn, ağ - qara, yaxın - uzaq, xeyirxah - qəddar və s. Bu cür antonimlikdə mənada elə ümumi sem vardır ki, bu sem sözlərin bir-birinə qarşı qoyulmasına imkan verir. qara bir-birinə əks olan rənglərdir. Qeyd etmək lazımdır ki, rənglərin bu şəkildə bir-birinə qarşı qoyulmasının səbəbi onların işığa münasibətindən irəli gəlir; 2) konversiv ziddiyyəti tamamlayan antonimlər. Məsələn, subay- evli, təcavüzkar-sülhsevər və s.; 3) anlayışın dixotomik bölünməsindən yaranan antonimlər. Belə antonim sözlər bir qayda olaraq eyniköklü sifətlərdən yaranır. Məsələn, qanuni- qanunsuz, dadlı- dadsız və s.[151, s.328].

Dərəcələnən antonim cütündəki sözlərin əks qütbdə yerləşməsi bu iki söz arasına başqa bir sözün girmədiyini göstərmir. Iki söz arasına onların mənalarına yaxın sözlər yerləşdirmək mümkündür. Qeyd edilən şəkildə hər hansı sıranı qurmaq iki qütb arasında dərəcələnmə yaratmaq və ya göstərməkdir. Məsələn, zəqqütüm -zəhər - lap çox acı - lap acı - çox acı - bir az acı - az acı - azcana acı - acı - acıtəhər - dadsız - şirintəhər -azcana şirin -az şirin - bir az şirin – şirin və s. Belə dərəcələmə apardıqda sağa doğru intensivliyi artırmağın mümkünlüyü də üzə çıxır. Məsələn, şirin - çox şirin - lap şirin - lap çox şirin - şipşirin -bal və s.

Dərəcələnmə müxtəlif dillərin materialları əsasında aparıla bilər. Antonimliyin tədqiqi, müxtəlif nitq hissələrinə aid sözlərin antonimliyinin öyrənilməsi dərəcələnmənin bütün nitq hissələrinə aid olmadığını göstərir. Bununla belə, antonim sözlərin durduğu qütblər arasında müəyyən əlaqə zəncirini və bu zənciri formalaşdıran söz sırasını təyin etmək mümkündür. Iki linqvistik hadisə - antonimlik və sifətlərdə komparativlik münasibətləri zəminində araş­dırma nisbətən sadədir. Antonimlər bir-birinə diametral əks qütblərdə yerləşib ziddiyyət təşkil edən sözlərdir. Lakin sifətlər əlamət və keyfiyyət bildirdiyindən onlar əlamət və keyfiyyətin intensivliyini də ifadə edirlər. Bir sıra antonim sifətlər üçün orta mövqeni təyin etmək olmur.

Antonimliyin kontekst daxilində təyin olunması onların daha bir növünü – kontekstual antonimləri müəyyənləşdirməyə əsas verir (Daha ətraflı məlumat üçün bax: 3.4.-cü yarımbölmə). Kontekstual antonimlərdən başqa, dildə üslubi antonimlər də vardır. Bəzi hallarda kontekstual və üslubi antonimlər bir-birinə yaxınlaşır. Bəzən antonimləri işlənmə sahəsinə görə qruplaşdıraraq xalis antonimlər və üslubi antonimlərə bölürlər. Zənnimizcə, xalis və üslubi antonim ayırması yerinə düşmür. Üslubi antonimlər mətn və ya kontekstdə çıxan məna üzrə əksliyi ifadə edir. Xalis antonimlər ifadəsi isə antonimliyin kontekstdən asılı olmayaraq mövcud olanıdır.

Xalis antonimlər həm mətn daxilində, həm də mətndən xaric öz antonimliyinin mühafizə edir. Başqa sözlə, bunlar özlərinin həqiqi mənalarında işlənərkən antonim olur.

Üslubi antonimləri səs özlər müəyyən məcazi məna kəsb etdikdən sonra işlənir; məsələn: Qırmızılar ağlara qalib gəldilər.

Antonimləri əksliyin dərəcəsinə görə mütləq və nisbi antonimlərə də bölürlər. Mütləq antonimlər məzmunca bir-biri ilə ziddiyyət təşkil edən sözlərdir: ağ-qara; gücə-gündüz; dərə-dağ. Nisbi antonimlərdə ziddiyyət əkslik xarakterində olmur: dağ-düz, dərə-düz.

Antonimlərin müqayisəli təhlili onların ayrı-ayrı tipləri üzrə aparıldıqda müqayisə olunan dillərdə əksliyin ifadəsi ilə bağlı oxşar və fərqli cəhətlərin aşkara çıxarılması üçün geniş imkanlar açılır.

Antonimlərin başqa bir qrupu dilin yarusları ilə bağlı meydana çıxır: 1) leksik antonimlər, 2) qrammatik antonimlər.

Leksik cəhətdən təcrid olunan antonimlərə leksik, qrammatik cəhətdən əksliyin əmələ gəlməsi ilə yaranan antonimlərə isə qrammatik antonimlər deyilir. Məsələn: pis-yaxşı; yaxın-uzaq sözləri leksik, yazmaq-yazmamaq; gəlmək-gəlməmək; ağıllı-ağılsız; duzlu-duzsuz qrammatik dubletləri isə qrammatik antonimdir. Həmin məfhumlar müxtəlifköklü sözlərlə ifadə olunur: yaxşı-pis, gözəl-çirkin, alt-üst, yuxarı-aşağı və s.

İkinci qrup təzadlı məfhumlar arasında başqa, keçici bir məfhumun olması nəzərdə tutulmur; məs.: qara-qeyri-qara, güclü-gücsüz, bələd-nabələd və s. Bu cür antonimlər müxtəlifköklü sözlərdən yox, şəkilçilər, xüsusən inkarlıq şəkilçiləri vasitəsilə eyniköklü sözlərdən düzəlir. Lakin bəzi alimlər onları antonim kimi qəbul etmir. Məsələn, əgər M.A.Bulaxovski antonim sözlər dedikdə müxtəlif köklərlə ifadə olunan ziddiyyətləri nəzərdə tutursa, bəziləri antonimliyin formal cəhətdən xüsusi morfemlər və suffikslər vasitəsilə ifadə olunduğunu təsdiq edirlər. Doğrudur, həmin dilçilər müxtəlifköklü antonimlərin eyniköklü antonimlərdən fərqli olaraq ziddiyyəti daha kəskin ifadə etməsini göstərir. Eyniköklü antonimlər dilimizdə mövcud olan sözdüzəltmə modelləri əsasında yaranır. Məsələn, müqayisə et: ağıllı-axmaq ağıllı-ağılsız, güclü-zəif güclü-gücsüz, duzlu-şit duzlu-duzsuz və s.

Göründüyü kimi, antonimlər obyektiv varlığın eyni hadisələr cərgəsinə məxsus olan təzadlı anlayışlarını ifadə edir. Məsələn, aşağı-yuxarı məkan, isti-soyuq hərarət anlayışlarının bir-birinə zidd olan iki tərəfini bildirir.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin