Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə25/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

2.4. Komplementar antonimlər

Komplementar antonimlərin mahiyyəti iki əks mənanın müəyyən xassə, hal və münasibəti qarşılıqlı tamamlamasıdır. Məsələn, həyat – ölüm, sağlam –xəstə, doğru-yalan; war – peace, married – single, life – death, healthy – sick vəs.

Belə əkslikdə aralıq vəziyyət, hal olmadığına görə onlardan birinin inkarı, digərinin təsdiq və əksinə olur.

He is a man. He is`nt a woman. The door is`nt open. The door is closed. O, sağlam deyil. O, xəstədir. Qapı açıq deyil. Qapı bağlıdır.

We are all really dependent in nearly everything, and we make a fuss about being independent in something [145].

But what harm could it do – married or single [145].

Komplementar antonim cütünə daxil olan sözlər arasında binar münasibət mövcuddur. Bu cütdə araya başqa bir vahid girə bilmir. Cütlərdən heç birinin intensivliyinin azalması və ya güclənməsi mümkün deyildir. Komplementar antonimlərin formal göstəricisi də bununla bağlıdır. Onların ifadəsində dərəcələnmə və aralıq vəziyyət yoxdur.

Komplementar antonimlər ingilis dilində həm eyniköklü, həm də müxtəlif köklü sözlər əsasında formalaşır. “Cinsi bildirən sözlər sintaqmatik planda işlədilir. Paradiqmatik cəhətdən onlar yalnız cinsə görə bir-birindən fərqlənir və bir-birinə qarşı qoyulur” [149, s.234]. Cinsə görə qarşılaşdırılan sözlərin sərhədin itəyin etmək çətindir. Kişi – qadın, oğlan – qız, baba –nənə, əmi – xala, ata –ana kimi cütlərdə komplementarlıq aşkar ifadə olunur. İngilis və Azərbaycan dillərində cins kateqoriyası olmadığından bu dillərdə cinsin leksik-qrammatik ifadə olunması ilə düzələn sözlər də yoxdur. Bəzi dillərdə, məsələn, rusdilində cins kateqoriyası vardır. Bu dildə elə sözlər seçmək olur ki, onlarda zəif komplementarlıq müşahidə olunur. Məsələn, student – studentka, uçitelğ – uçitelniüa, povar – povarixa və s.

Cins əlaməti üzrə antonim cütlərin sintaktik funksiyasında bəzi xüsusiyyətlər müşahidə olunur. Məsələn,



A single man – Subay kişi

A married couple – Evli cüt (ər-arvad)

He is single. - O, subaydır.

He is married. - O, evlidir.

Azərbaycan dilində qadın haqqında həm “o, evlidir”, həm də “o, ərdədir” deyilir.

“A single man”, “a married man” birləşmələrindən ikincisi ingilis dilində işlək deyil və ya nadir hallarda istifadə olunur. Bu fikir ancaq predikativ formada ifadəsini tapır. He is a married. İngilis dilində “He is a married man” konstruksiyası işlənmir.

İngilis dilində bu tipli söz birləşmələrindən bəziləri atributiv, bəziləri predikativ, bəziləri isə həm atributiv, həm də predikativ birləşmələr kimi istifadə olunur. Məsələn, healthy – sick (ill), “xəstə –sağlam”. Sick (xəstə) həm predikativ (He is sick) həm də atributiv (a sick person) birləşmədə yer ala bilir. İll sözü isə yalnız predikativ birləşmədə işlənir: He is ill. İngilis dilində an ill person birləşməsi yanlışdır.

Azərbaycan dilində bəzi sözlər üçün belə məhdudiyyətlər qismən olsa da, ümumiyyətlə, cütlərin tərkibindəki sözlər həm atributiv, həm də predikativ birləşmələrdə işlənir. Məhdudiyyət qismən “evli qadın”, “qadın evlidir”, “oğlan subaydır”, “qız ərdə deyil”, “qız ərə getməyib” və bu tipli birləşmələrin istifadəsində qeydə alınır. Bu məhdudiyyətlər də etiket qaydaları ilə bağlıdır.

Aparılmış təhlil və tədqiqat göstərir ki, ingilis və Azərbaycan dillərində komplementar antonimlər, demək olar ki, oxşar xüsusiyyətlərə malikdir və eyni qaydada təyin olunurlar. Onlar həm atributiv, həm də predikativ birləşmələrin tərkibinə daxil olurlar. İngilis dilində Azərbaycan dili ilə müqayisədə komplementar antonim cütlərinə daxil olan sözlərin atributiv və predikativ birləşmələr tərkibində işlənməsində bəzi məhdudiyyətlər vardır. Azərbaycan dilində belə məhdudiyyətlər yoxdur.

Antonim sözlərin quruluşu onları səciyyələndirən yeganə əlamət deyildir. Antonim sözlərin linqvistik mahiyyətini başa düşmək üçün onların semantik-tipoloji təsnifatı vacibdir. Belə təsnifat başlıca olaraq, paradiqmadakı əksliyinin semantik xassələri, eləcə də sintaqmatik münasibətləri nəzərə almaqla antonimlərin əsas növlərini aşkara çıxarmağa imkan verir.

Antonimlik əksliyin bir predmetə (eyni denotata) və ya müxtəlif predmetlərə aidlik əsasında fərqləndirilir. Məsələn, almaqsatmaq antonim cütü eyni bir predmetə aid ola bilər.

Antonim sözlər müxtəlif denonatlara aid olur. Belə antonimlərdə əkslik istiqamətə görə aşkarlandığı kimi, istiqamətlə əlaqənin yoxluğu ilə də ifadəsini tapır. Məsələn, səhər-axşam, yaşamaq-ölmək antonimlərində istiqamətlilik yoxdur.

Əkslik bəzi hallarda semantik olaraq tamamlamağı və ya komplementarlığı ifadə edir. Bu, halda antonim cütün semantikası keyfiyyətin özünü göstərmək dərəcəsinə görə orta mövqeyi müəyyənləşdirmək imkanına işarə edir. Qarşı duran hər iki üzv müsbət məzmunla səciyyələnir və bir-birini tamamlayır.

“Antonim” anlayışının məzmunu son dövrlərdə xeyli genişlənmişdir. Əgər bir vaxtlar yalnız keyfiyyəti ifadə edən sözlər arasında antonim cütləri axtarılırdısa, hazırda yalnız antonim cütlərinin müəyyənləşdirilməsi deyil, antonimliyin müxtəlif aspektlərinin öyrənilməsinə diqqət artırılmışdır. Eyni zamanda, antonim münasibətlərdə komplementarlıq, kontradiktorluq, kontrarlıq kimi xüsusiyyətlərin müəyyənləşdirməsi zamanı ortaya çıxan bəzi mürəkkəb məsələlərin həlli ilə bağlı fikir ayrılıqları qalır.

Antonimlik şəkilçisinin artırılması ilə yaradılan sadə əkslik və ya inkar deyil, əkslik müxtəlif köklü sözlərin qarşılaşdırılması ilə də ifadəsini tapır. Antonimlər keyfiyyəti ifadə edir. Bununla belə, mənfi və ya inkar səciyyəli fəaliyyət və halın adlandırması zamanı da antonim cütlər əmələ gəlir” [77, s. 97].

L.A.Vvedenskaya antonimləri obyektiv gerçəkliyin eyni hadisələr sırasına aid olan əksmənalı sözlər kimi götürülməsinə üstünlük verir [86, s.47].

Y.M.Qalkinanın tərifində antonimlər sadəcə əksmənalı sözlərdir [92, s.124].

N.P.Kolesnikov göstərir ki, müasir rus dilinin lüğətində sinonim və antonim sözlər xüsusi lay təşkil edir. Antonimlər müxtəlif səs cildinə malik olub müəyyən bir münasibətə görə bir-birinə qarşı qoyulan sözlərdir. Lakin yalnız müxtəlif köklərdən olan sözlər deyil, eyni kökdən olan sözlər də antonim cütlər yaradır: дальнозоркость – близорукость [116, s.79].

A.A.Reformatiski yazır: “Antonimlər əks mənalı sözlərdir. Antonimlərdə anlayışların əksliyinə əsaslanan semantik münasibət ifadəsini tapır. Bu, nominativ münasibət deyildir” [154, s. 268.].

D.N.Şmelyova görə [180].

N.M.Şanski antonimlərin əksmənalı və bir-biri ilə müəyyən münasibətinə diqqət verir [178].

Ayrı-ayrı tədqiqatçıların antonim münasibəti səciyyələndirməsi ilə bağlı fikirlərə, əsasən, antonimlərin təyini və tərifi məsələsinin araşdırılması zamanı baxılmışdı. Lakin vektor, komplementar, dərəcələnən və konvers antonimlərin şərhi prosesində bu məsələ bir daha aktuallaşır. Çünki yuxarıda verdiymiz bəzi münasibətlər komplementarlığı, konversivliyi, vektorluğu və dərəcələnməni açmır. Bu isə hər bir antonim tipinin yenidən ayrılıqda təyin olunmasına aparıb çıxarır. Məsələn, vektor antonimlərin komplementar antonimlərdən təcrid edilməsinin tamamilə başqa meyara əsaslanması aşkar görünür. Belə olan halda antonimlərin kontekstual təyini məsələsinin mahiyyətcə effektiv olması qənaətinə gəlmək mümkündür.

Antonimliyin yer aldığı kontekst formaları bir neçə tipə bölünür:



A yox B tipi. Not tall but short.

Ya A, ya B tipi. I’ll tell you if you are right or wrong.

X A-dır, Y isə B-dir. Jack is tall, but Cim is short.

Qarşılaşdırmada tamamlama amili əsas götürüldükdə komplementarlıq qəbul olunur. Bu zaman antonim cütü eyni cinsin növlərini bildirən sözlər təşkil edir. Məsələn, mother-father antonim cütündə cins “pearent” sözüdür. Emplo yer-emplo yee cütündə cins “person at work” anlayışıdır.

Eyni hadisənin əks mövqedən təsvir edən sözlərin yaratdığı antonim cütləri də vektoriallıqdan komplementarlığa meyil edir. Əgər give – take cüitündə istiqamətlilik semantikası vardırsa, lay – lie cütündə belə semantika yoxdur. Uzanmaq – durmaq cütü aralıq vəziyyət semantikalı sözlərin dildə işlənməsi implisit hiss olunur: yarıuzanmış, yarıəyilmiş və s. Burada məsələnin bir tərəfi də vardır. Aralıq sözlərdən bəziləri leksik sistemin ayrıca vahidləri olmur. Əyilmək sözü dikəlmək ilə əlaqələnir. Bu iki söz antonim münasibət yaratmır. Onların antonimliyi yalnız kontekstual çərçivədə təyin edilə bilər.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin