Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə23/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

2.3. Konversiv antonimlər

Nəzəri semantikanın mühüm problemləri sırasında sözlər arasındakı semantik əlaqələrin həm bu leksik vahidlərin qarşılaşdırılması yolu ilə, həm də sözlərin fərqli səviyyələrdə birləşməsi, əlavə komponent qəbul etməsi nəticəsində yaranmış semantik tam daxilindəki mənasının açılması planında öyrənilir. Antonimlik hadisəsi daxilində tez-tez diqqət mərkəzinə çəkilən anlayışlardan biri də konversivlərdir. C.Layonz göstərir ki, “antonimlik” və ya “mənaca əkslik” əsas semantik xüsusiyyət kimi çoxdan qəbul edilmişdir. Bununla belə, müəllif antonimlik terminini bu anlayışlardan yalnız birinə şamil edir [124, s.485]. Müəllif konversivliyi təyin edərkən belə izah verir: “Əkslik kimi izah olunan üçüncü məna münasibəti buy “almaq“ və sell “satmaq”, yaxud hasband “ər”wife “arvad” sözlərin qarşılaşdırılmasında üzə çıxır. Biz bu münasibəti konversivlik adlandıracağıq. “Buy” sözü sell üçün, sell isə buy üçün konversiv olur” [124, s.485].

Eyni denotatlı cütlərin yaradılması zamanı konversiyadan istifadə olunur. Bu zaman birinci cümlənin predikatı onun konvers korrelyatı ilə dəyişdirilir. Konvers korrelyat konversiv adlanır. Konversivlər dildə konvers oppozitivlər kimi fəaliyyət göstərir. Konversivlər oppozisiya təşkil edən iki söz ola bilir. Bu, konvers oppozitlər funksiyasının iki müxtəlif sözün yerinə yetirməsi halıdır.

Dilçilikdə konversivləri antonimlərlə eyniləşdirən və antonimlərdən fərqləndirən tədqiqatçılar vardır. Onların, yəni antonim və konversivlərin əkslik bildirməsi, yaxud əksliyi ifadə etməsi, bir-biri ilə oppozisiyada duran cüt təşkil etməsi eyniləşdirməyə əsas verir. Lakin burada antonimlik və konversiya hadisəsinə hansı mövqedən yanaşma mühüm yer tutur.

Konversivlər və antonimlərin müqayisəli şəkildə, ümumiyyətlə, konver­sivlərin antonimlik hadisəsi zəminində öyrənilməsinə dair Azerbaycan dilçiliyində araşdırmalar aparılmamışdır. Bu məsələ rus və Qərb dilçilərinin əsərlərində özünə yer almışdır [38; 39; 53; 99; 116; 191 və s.].

Dildə konversivlik məsələsinə ilk dəfə Ş.Balli toxunmuşdur. Ş.Balliyə görə, “konversivlik bir tamda birləşən iki əkslikdir”. O.Yesperson dildə əks məna bildirən feillərin olduğunu, cümlədə ifadə olunan eyni fikri iki subyektə münasibətdə verməyin mümkünlüyünü qeyd etmişdir. Konversivlik izahını sintaktik səviyyədə tapmış və yalnız bundan sonra leksik səviyyədə konversivlər müəyyən­ləşdirilmişdir. Mən kitabı Rənaya verdim. Rəna kitabı məndən aldı. Mən kitabı Rənaya satdım. Rəna kitabı məndən aldı. “Qarabağ” “Neftçi”ni uddu. “Neftçi” “Qarabağ”a uduzdu. Verilmiş nümunələrdə vermək-almaq, satmaq-almaq, udmaq-uduzmaq konversiv münasibətdə olan feillərdir. Ən azı iki valentliyi olan sözlər konversiv ola bildiyi üçün konversiya münasibəti, hər şeydən əvvəl, feillər üçün səciyyəvidir. Feillərin konversiv münasibəti ifadə etməsinin xüsusi qrammatik forması vardır. Bu, feillərin məlum və məchul növləridir. Konversiv münasibəti inkişaf etmək imkanı olan başqa nitq hissəsi bağlayıcılardır. Bağlayıcıların əksəriyyəti iki fəal valentliyə malikdir.

Cümlədə predikatın konversiyası, yaxud predikatın konvers korrelyatla dəyişməsinə baxmayaraq ifadə olunan məzmun eyni qalır. Belə dəyişmə denotativ adekvat cümlələr yaradır. Bununla belə, cümlədə dəyişmə yalnız predikatın konvers korrelyatla əvəzlənməsi ilə bitmir. Obyekt-subyekt, subyekt-obyekt əvəzlənməsi də baş verir. Antonimlərdən fərqli olaraq konversivlərin hər biri fərqli subyektə aid hərəkəti, halı ifadə edir. Mən verdim. Rəna aldı. Mən satdım. Rəna aldı. Konvers korelyatları eyni subyektə aid etdikdə konversiya baş vermir. Yaranan iki cümlə məzmunca fərqlənir. Məsələn, Mən kitab aldım. Mən kitab satdım. Mən kitab alım, ya kitab satım. Son cümlələrdə hərəkətin eyni subyektə aidliyi və əksliyi antonimlikdən xəbər verir. Deməli, konversivləri antonimlərdən fərqləndirən başlıca cəhətlərdən biri ayrı-ayrı subyektlərə aidlikdir.

Konversiya və konversiv problemi dilin müxtəlif sahələri ilə bağlıdır. Çevirmə eyni denotativli cümlə əmələ gətirməyin məhsuldar və müntəzəm üsuludur. Çevirmə dilin müxtəlif səviyyələrində, o cümlədən leksik səviyyənin də vahidləri ilə gerçəkləşir. Bu vasitə və vahidlər semantik və sintaktik kriteriyaların sintezi əsasında müəyyənləşdirilir. Çevirmə mexanizmini və çevirmədə iştirak edən edən vasitələrin təyin edilməsi leksik semantikaya aid biliklərin inkişafına təkan verir. F.R.Palmer çevirmə ilə bağlı işində relyasiya qarşılaşdırılması terminindən istifadə etmişdir. O, konversivləri relyasiyanın əks üzvləri adlandırmışdır (relation opposites) [184, s. 86].

N.L.Sokolova bəzi isim cütlüklərini (ər-arvad, valideyn-uşaq), məkan və fəzada qarşılıqlı əks istiqamətləri bildirən sözləri konfersivlərə aid etməklə yanaşı konversivlərin qrammatik formalarının da olmasını qeyd etmişdir [158, s.62].

Konversivlərin təyin olunması və onların növlərinin müəyyənləşdirilməsində həllini gözləyən məqamlar diqqəti cəlb edir. Bəzi hallarda konversivlərin hansı prinsip üzrə seçilməsi aydınlaşmır. Məsələn, sələf - xələf, valideyn-uşaq, debitor -kreditor, sağ-sol və s. Göründüyü kimi, bu konversivləri qruplaşdırmaq, onları seçmək üçün aydın prinsiplər və meyarlar yoxdur. Əgər sağ və sol istiqamət üzrə təyin olunursa, debitorkreditor sözləri tamam başqa bir münasibəti ifadə edir. Analoji qaydada valideynuşaq sözlərini konversiv korrelyat kimi qəbul etmək üçün hansı kriteriyanın əsas götürülməsi aydın deyidir. Konversiv korrelyatlıq bu vahidlərin cümlədə işlənməsi zamanı dəqiqləşir. İmran Əkbərin uşağıdır. Əkbər İmranın valideynidir. Bu iki cümlədə konversiv korrelyat funksiyasını uşaq və valideyn sözləri yerinə yetirir. Bu iki cümləni başqa formalarda vermək mümkündür.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin