Bright - dull (stare)
Bright - dim (stare)
Bright - gloomy (day)
Bright - dark (window)
Bright - stupid (pupil)
Antonimlik bütün sözlərə xas deyildir. Yəni hər bir sözün antonimi olmur. Keyfiyyət, kəmiyyət, zaman və ya məkan mənalı sözlərin antonimləri vardır. Ümumiyyətlə, antonimləri olan sözlərin tam dairəsini təyin etmək çətindir.
Eyni bir sözün bir neçə antoniminin mövcudluğu da təsdiqini tapır. Bu cəhət çoxmənalı sözlərə aid olur. Antonim cütlər belə sözün ayrı-ayrı mənaları üzrə formalaşır.
Dildə sözlərin hamısının əksi – antonimi yoxdur. Bu da tamamilə təbiidir. Çünki müəyyən məfhumlar məntiqi cəhətdən ziddiyyətdən məhrumdur; məsələn: stol, stul, dəftər, divan, taxt, kitab, qələm, döşək, yorğan, qazan kimi sözlərin əksi yoxdur. Yalnız müəyyən qrup sözlərin dildə antonimləri vardır. Birinci növbədə bunlar keyfiyyət bildirən sözlərdir (güclü-zəif, arıq-kök, acı-şirin, böyük-kiçik, bütöv-yarımçıq, gözəl-çirkin, qısa-uzun və s.). Antonim cütlər hal-hərəkət (ağlamaq-gülmək, atmaq-tutmaq, qalxmaq-enmək, bükmək-açmaq, düşmək-çıxmaq), məkan və zaman münasibətləri (alt-üst, yuxarı-aşağı, bu gün-dünən, sonra-əvvəl, göy-yer), kəmiyyət (az-çox, hamı-heç kəs), mənfi və müsbət məna bildirən sözlərdən (yaxşı-pis, düz-əyri) düzəlir.
Antonimlərin təyini, antonimlərə tərif verilməsi dilçilikdə geniş müzakirə olunan məslələrdən biri olduğu kimi, antonimlərin təsnifi də ikinci mürəkkəb və mübahisə doğuran məsələdir. Antonimlərin təsnifi müəyyən kriteriyalar əsasında aparılır. Şübhəsiz ki, hər bir kriteriya müxtəlif antonim cütlərinin qruplaşdırılmasına aparıb çıxaracaqdır. Dilçilikdə antonimləri təsnif etmək üçün hansı kriteriyalardan hansı meyarlardan istifadə olunur? Bu məsələ antonimlərin təyini üçün axtarılan meyarlarla səsləşir. Yəni antonimləri təyin etmək üçün seçilən meyarların çoxu onların təsnifində də istifadə edilir. Antonimlərin təyin olunması meyarları barədə müxtəlif tədqiqatçıların fikirlərini öyrənərkən, təklif olunan meyarlardan bir çoxunun təsnif üçün əhəmiyyətli olması qeyd edilmişdi. Doğrudan da elə meyarlar vardır ki, onlar yalnız antonimlərin təsnifini vermək üçün istifadə edilə bilər. Məsələn, antonim cütlərinin hansı nitq hissəsinə aid olması antonimlərin nitq hissəsinə görə təsnifatı üçün əhəmiyyətlidir. Bununla yanaşı, elə meyarlar vardır ki, onlar antonimlərin həm təyin olunmasında, həm də təsnif edilməsində tətbiqini tapır.
Qərb dilçiliyində kontradiktor, kontrar və korrelyativ əksliklər əsasında qarşılaşdırılan sözlər antonimlər adlandırılır.
Antonimlərin eyni kökdən olan sözlər əsasında düzəlməsi, eyni köklü antonimlərin olamasını qeyd edənlər vardır. Tədqiqatçılar bu məsələyə müxtəlif şəkildə yanaşırlar. Onlardan bəziləri qrammatik inkardan da söhbət açırlar.
Bu münasibəti əsas götürsək antonim sözləri quruluşuna görə təsnif etmək olar. Belə olan halda quruluşca sadə, düzəltmə və mürəkkəb sözlərdən düzələn antonim cütləri fərqləndirmək olar. Sözlərin quruluşca üç növünün antonim cütlərdə müxtəlif kombinasiyaları qeydə alına bilər.
Antonimləri eyniköklü və müxtəlifköklü olmaq üzrə qruplaşdırmaq üçün antonimlərin şəkilçilərin, suffiks və prefikslərin köməyi ilə düzəlməsini qəbul etməliyik. “Antonimliyin nüvəsini təşkil edən əsas antonimlər keyfiyyətin (yaxşı –pis) və istiqamətin əksliyi ilə formalaşır. Belə antonimlər müxtəlif köklü və eyni köklü olur. Məsələn, canlı – ölü, acı – şirin; münasib – namünasib, duzlu – duzsuz. Bununla yanaşı, belə antonimlər semantik münasibətə görə eyni və fərqli ölçü xüsusiyyəti daşıyır. Məsələn, ağır –yüngül, çətin – asan, getmək – dayanmaq. Qeyd edilən cəhət və xüsusiyyətlər əsasında əks mənalı sözlərin altı qrupu fərqləndirilir:
Keyfiyyət bildirən müxtəlif köklü, eyni ölçülü antonimlər.
Keyfiyyət bildirən, eyni köklü, eyni ölçülü antonimlər.
İstiqamət bildirən müxtəlif köklü, eyni ölçülü antonimlər.
Dostları ilə paylaş: |