Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə29/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   25   26   27   28   29   30   31   32   ...   54
İçsən, dünya sənə dar olacaqdır [6, s.19]
Nələr gördüm, gəşt elədim dünyanı,

Hər bir işin qilü-qalı varıymış.

Yaxşı günün olurmuşsa yamanı,

Yaman günün yaxşı halı varıymış [6, s.12]
Ələsgər, bilirsən qüdrətin sirrin,

Zülmətə işıq var, acıya şirin [6, s.19]
Antonimlərin əsas üslubi funksiyaları əksliyi ifadə etmək, təbiət və sosial hadisələri, insan xarakterini təzadlı təsvir etmək vasitəsi olmaqdır. Əksliklər, qarşılaşdırma mətnlərdə, eləcə də xüsusi analitik-sintaktik konstruksiyalarda - frazeologizmlərdə, zərbi-məsəllərdə və atalar sözlərində geniş istifadə olunur. Xalq deyimlərinin məna tutumu, obrazlılığı, lakonikliyi çox zaman antonimlərdə ifadəsini tapır. Klassiklərin, məşhur yazıçı və şairlərin əsərlərində yer alan qanadlı sözlərdə kifayət qədər antonimlər işlənir.

Antonimlərin üslubi funksiyaları müxtəlif və rəngarəngdir. Bir sıra hallarda antonimlər mətni təşkil edir, başqa hallarda əsər qəhrəmanlarının xarakterindəki təzadlı məqamları açır, dəqiqləşdirici rol oynayırlar. Məsələn, içəri-çöl, sağ-sol, əvvəl-sonra kimi antonimlər mətndə zaman və məkan münasibətlərini aydınlaşdırır. Zaman səciyyəli antonimlər hadisələrin ardıcıllığını təsvir etməkdə, zamanın müəyyən parametrlər üzrə qapanmasında, tamamlanmasında mühüm rol oynayır. Məsələn,



Ürəyimin əsl yükü

sevinc imiş sən demə,

Kədərimin əsl kökü

sevinc imiş sən demə.

Kədərimi

çevirdim astar üzünə,

Sevincimi gördüm…[49, s.17].
Getdim,

dünyaya dəydim, qayıtdım,



Getdim

qapısını döydüm, qayıtdım,

Gülə-gülə çıxdım dostlar üzünə,

Dostları

çevirdim astar üzünə,

Nə yaxşı ki, düşmən çıxan olmadı…[49, s.17].

Bu nümunədə “o dünyaya getmək”, “o dünyadan qayıtmaq” antonim frazeologizmələri yer almışdır. Azərbaycan dilində “o dünyaya gedib-qayıtmaq”, “o dünyanı görüb qayıtmaq, “ölüb-dirilmək” ifadələri işlənir.

Antonimlərin üslubi funksiyalarını öyrənərkən çox zaman eyni bir qrammatik və ya üslubi kateqoriyaya daxil olan sözlər qarşılaşdırılır. Bu zaman antonim cütün tərkibindəki hər iki söz eyni kateqoriyaya aid olur. Məsələn, ingilis dilində truth-fib sözləri antonim cüt yaratmır. Halbuki bu cütdəki sözlər əks anlayışları ifadə edir. Truth sözü neytral üslubi laya aiddir, fib sözü isə slenq vahididir və başqa üslubi kateqoriyaya mənsubdur.

Antonimlərin bir çox üslubi fiqurların əsasında durur. Antonimlərin köməyi ilə sözlərə xüsusi məna vermək, məntiqi vuruğunu aşkarlamaq olur. Cümlədə, kontekstdə, mətndə leksik səviyyədə antonim olmayan sözlərin antonimliyi baş verə bilər. Bir sıra sözlər kontekst daxilində antonimlik qazanır. Daha doğrusu, kontekstdə antonimini tapır. Bu isə təzadın, ziddiyyətin, əksliyin mətn daxilində antonimlik üçün yeganə göstərici olmadığını sübut edir.

Üslubi funksiyalar dil vasitələrinin mətndə qarşılıqlı təsiri və bu təsir nəticəsində mətnin məzmunu ilə ekspressiv, emosional, qiymətləndirmə və estetik informasiyanın ötürülməsi ilə müəyyənləşir. Dil vasitələrinin üslubi funksiyalarına praqmatik cəhəthdən yanaşıldıqda, müəllifin oxucuya təlqin etdiyi emosiya və münasibət, danışanın verilən məlumata, dinləyənə, hadisə və vəziyyətə münasibəti nəzərə alınır.

Üslubi funksiyaları reallaşdıran vasitələr oxucunun mətni təhrifsiz, düzgün başa düşməsinə kömək edir. Antonimlər yüksək üslubi potensialı olan dil vasitələridir. Antonimlər bir-biri ilə zidd mənalı sözlər cütü olduğundan onlar təzadlı məqamların açılmasında, təzadlarla ötürülən məlumatı gücləndirməkdə, mətnin və fikrin ekspressivliyinin artırılmasında xüsusi rol oynayır.

Antonimlərin başqa bir xüsusiyyəti onlardan birinin istifadə olunması ilə digərinin assosiativ canlanmasıdır. Antonimlərin üslubi xüsusiyyətləri dilin estetik funksiyalarını yerinə yetirən müxtəlif nitq fiqurlarında reallaşır. Bədii dildə geniş yayılmış üslubi fiqurlardan biri antitezadır. Antiteza antonimlərin işlənməsinə əsaslanır. Antiteza mahiyyətcə təzad təşkil edən söz obrazlarının qarşılaşdırılması üsuludur. Bu üslub fiqurundan istifadə zamanı adlandırılan qarşılıqlı əks anlayışlar bir kontekstdə qarşılaşdırır.

Təzad semantik kateqoriyadır. Təzadlı fiqurlarda qarşılaşdıran zidd sözlərdən biri fon rolunu oynayır və bu fonda işlənən digər sözün mənası daha aydın, daha qabarıq dərk edilir.

Təzad bədii mətnin strukturunun təşkil və inkişaf etdirilməsinin kompozisiya-nitq üsuludur” [112, s. 200]. Antiteza təzad fiqurudur. “Antitezaya cəlb edilən bütün sözlər bir-birinə qarşı qoyulur” [91, s.292]. Antitezanın gücləndirilmə, intensivləşdirilmə üsulları vardır. Antitezanın leksik ifadə vasitələri antonimlərdir. Antitezalar aforizm və deyimlərdə, xalq yaradıcılığında geniş istifadə olunur.

Score twice before you cut once.

Desperate diseases call for desperate remedies.

Keep your mouth shut and your ears open [49, p.5].

Antonimlər bədii mətndə canlı ifadə vasitələri kimi işlənir. Yazıçı, şair həyatı təzadlarda görür. Belə təzadlar onun gerçəkliyi bir tam kimi dərk etməsi, götürməsi və təsvir etməsidir. Əksliklər müxtəlif üslubi məqsədlərlə istifadə olunur. Həmin məqsədlər sırasına keyfiyyətin son həddini göstərmək, təsəvvürü, obrazı gücləndirmək, ifadəni anktuallaşdırmaq, iki əks keyfiyyəti, halı, hərəkəti, təsdiqləmək, aralıq, orta keyfiyyəti, xassəni bildirmək və s. bura daxildir. Eyni kontekstdə əks mənalı sözləri qarşılaşdırmaqla ifadəlilik gücləndirilir.

Yollar eniş-yoxuş,




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin