Bax mənim qəlbimə, ömrümə baxma,
Sınıb o evciyəz, uçub o daxma,
Vüsal günlərini başıma qaxma,
Ömrümün sevilən çağı deyil ki? [40].
-Ana, qardaşım deyir ki, bu evi söküb yerində təzəsini tikəcək.
-Necə? Başını daşa döyür. O qoy əvvəl bir hin tiksin, görüm necə tikir. Sonra bu evi söksün.
Dildə elə leksik vahidlər vardır ki, onların mənaca əksliyini insan şüuru daim qəbul edir. Məna əksliyi belə vahidlərdə onların denotativ mənasının tərkib hissəsi kimi özünü göstərir. Əkslik həmin sözlərin daxili mənasındadır və bu mənanın ayrılmaz hissəsidir.
Birinci nümunədə “ehtiyac” və “daxma” sözlərindən istifadə olunmuşdur. Hər iki söz assosiativ olaraq evciyəz – ev, daxma – ev.. qarşılaşdırması yaradır. Ona görə sınıb, ona görə uçub ki, onlar ev yox, evciyəz və daxma olublar.
Qarşılaşdırma kiçikdən böyüyə, pisdən yaxşıya istiqamətlənib. Evciyəz, daxma, koma, ev, saray və s. yaşayış üçün nəzərdə tutulan tikililərin növləridir. Lakin bu növlər arasında əkslik deyil, nisbi böyüklük, rahatlıq, gözəllik üzrə fərqlənmə vardır. Diferensiallaşdırıcı əlamət üçün maksimal hədd də bəlli deyildir. Deməli, daxma –ev qarşılaşdırılsa da, bir-birinə qarşı qoyulsa da, antonim cüt yaratmır.
İkinci nümunədə hin – ev qarşılaşdırılması aparılmışdır. Hin toyuq – cücə üçün, ev insan üçün yaşayış yeridir. Təbii ki, bu iki tikili arasında bir çox əlamətlər üzrə kifayət qədər fərqlər vardır. Lakin yenə də qeyd edilən əlamətlər bu iki obyekti bir-birinin əksi etmir. Ev sözü hin haqqında assosiativ təsəvvür yaratmır. Buna baxmayaraq, onları cüt səviyyəsində götürdükdə həm ortaq sem, həm də fərqləndirici sem aşkara çıxır. Hin – ev antonim cütü deyildir. Lakin kontekst daxilində onların qarşılaşdırılması, qarşılaşdırmanın mahiyyəti kontekstual antonimlik və ya əkslik amili üzə çıxarır. Yuxarıdakı kontekstdə “bu evi söküb təzə ev tikmək” ifadəsi də işlənmişdir.
Deməli, mətn səviyyəsində hin – köhnə ev – təzə ev sırası formalaşmışdır. Həmin sırada köhnə ev aralıq mövqedə durur.
Hər bir dilin frazeoloji tərkibi həmin dildə olan leksik vahidlər arasındakı sistem münasibətləri özündə əks etdirir. Dil vahidlərinin sistem münasibətlərinin qurulmasında semantik əlaqələrdən də istifadə olunur. Bir çox hallarda leksik vahidlərin qarşılaşdırılması, semantik planda müqayisə olunması bu vahidlərin yaxın ətrafda işlənmə xüsusiyyətlərini üzə çıxarır. Paradiqmatik münasibətlər sistemində ziddiyyətə və ya əksliyə görə qarşılaşdırma geniş yayılmışdır. Şübhəsiz ki, frazeoloji antonimlik leksik antonimliklə müqayisədə az yayılmışdır. Yəni frazeoloji antonimlərin sayı leksik antonimlərin sayından azdır.
“Leksik antonimlərin əmələ gəlmə bazası frazeoloji antonimlərin əmələ gəlmə bazasından kifayət qədər böyük həcmli olduğundan, təbii ki, frazeoloji antonimlər sayca az olacaqdır” [139, s.97].
Frazeoloji antonimlərin öyrənilməsinə son dövrlərdə başlanılsa da, bu sahədə artıq xeyli araşdırmalar aparılmışdır. Həmin işlərdə frazeoloji antonimlər məsələsinin mahiyyətini açmağa, frazeoloji antonimlərə tərif verməyə, frazeoloji antonimlərin təsnifinə cəhd göstərilmişdir. Təbii ki, leksik antonimlərlə bağlı müxtəlif mübahisəli məsələlərin hələ də həllinin tapmadağı qeyd edildiyi yerdə, frazeoloji antonimlərin əsaslı şəkildə öyrənilməsindən danışmaq tezdir. Bununla belə, “frazeoloji antonimlər dildə semantik münasibətlərin yeni bir növü, frazeoloji vahidlər arasında polyar münasibətlərin təzahürü kimi diqqət mərkəzindədir” [167, s.47].
Frazeoloji antonimlərin təyini zamanı bütünlüklə leksik antonimlərin təyininə əsaslanmaq özünü doğrultmur. Digər tərəfdən, antonimlik ümumi linqvistik hadisə kimi hər iki anlayışın nüvəsində durur.
Frazeoloji vahidlər adi sözlərdən keyfiyyətcə fərqlənir. Frazeoloji vahid hər şeydən əvvəl, sintaktik konstruksiyadır. Sintaktik təşkilindən asılı olaraq frazeoloji antonimlər eyni və fərqli quruluşlu ola bilərlər.
Eyni quruluşlu frazeoloji antonimlərdə frazeoloji vahidin tərkibindəki komponentlərin qarşılaşdırılmasına istinad olunur. Belə frazeologizmlərdə tərkib qismən üst-üstə düşür, sintaktik model eyniliyi ilə seçilir. Məsələn, in hot blood-in cold blood; in a good hour-in an ill hour; in a happy hour- in an evil hour; isti münasibət –soyuq münasibət; ağlını itirmək – ağıla gəlmək və s.
Fərqli quruluşlu frazeoloji antonimlərin üst-üstə düşən komponentləri olmur. Onlar fərqli sintaktik model əsasında düzəlir. Məsələn, beyond praise – in a tin-pot way; to ones teath – when smb’s back is turned və s. Bu cəhət daha bir məsələni ortaya atır. Leksik vahidlə frazeoloji vahidin antonim cüt təşkil etməsi, ümumiyyətlə, müzakirə obyekti ola bilərmi? Şübhəsiz ki, qeyd edilən məsələ daha geniş tədqiqat tələb edir.
Frazeoloji vahidlərin antonimliyinin 5 əlaməti qeyd edilir: “1) antonim frazeologizmlərin eyni tip kateqorial mənaya aidliyi; 2) eyni semantik-qrammatik sinfə mənsubluq; 3) antonim frazeologizmlərin semantik strukturunda bir-birini inkar edən kontrar semlərin mövcudluğu; 4) antonim frazeologizmlərin axşar sintaktik və leksik-semantik birləşmələrə daxil olması; 5) bəzən frazeoloji sinonimlərə malik olma və bu sinonimlərin antonim cüt yaratması” [177, s.251].
From China to Pery- hər yerdə
At the back of God-speed – uzaqda, bilinməyən yerdə
Antonimlərin dil əlamətlərinə polisemiya ilə əlaqələr və sintaqmatik münasibətlərin spesifikası ilə yanaşı, onların assosiativ əlaqələrinin müntəzəmliyi də aiddir. Antonim cütün bir üzvünün yada salınması digər üzv haqqında təsəvvür yaradır. Məsələn, “xeyirxahlıq” və “zəriflik” haqqında danışanda, ya da eşidəndə pislik və kobudluq kimi təsəvvürlər yaranır. Bu məsələyə münasibət bildirən L.A.Bulaxovski antonimliyin əsasında əkslik üzrə assosiasiyanın durması qənaətinə gəlmişdir. Onun fikrinə görə, “bu assosiasiya eyni zamanda hansısa əlamət üzrə oxşarlığı da nəzərdə tutur” [79].
“Yıxılım ayağına, durum dolanım başına” ifadəsində ayaq və baş antonim münasibət “ayağa yıxılmaq” və “başa dolanmaq” frazeoloji vahidlərin məna eyniliyinə baxmayaraq müəyyən vəziyyətə görə əks işin görülməsini ifadə edir. Hər iki vahid “yalvarmaq” anlamını verir. Lakin yalvarma bir halda ayağa düşmək, ayağa yıxılmaq prosesi ilə gedirsə, digər halda “başa dolanmaq” vəziyyətində reallaşır. Prosesə görə zidd assosiasiya alınır.
“Antonimlər bir-birini yalnız istisna etmir, həm də bir-birini tamamlayır” [115, s.2].
Antonimlərin köməyi ilə yaradılan üslubi vasitədən sabit söz birləşmələrində də geniş istifadə olunur. Məsələn,
The long and the short of it
From top to toe
Neither here not there.
Antonimlərin köməyi ilə yaradılan üslubi vasitələrə sabit söz birləşmələrində də rast gəlinir. Məsələn, The long and the short of it; From top to toe; Neither here not there.
Hərəkət semantikalı vektor antonim cütlərdə ingilis dilinin frazeologiyasında come-go antonim cütü daha yüksək tezliklə işlənir.
Light come, light go.
Come with the wind, go with the wather.
Dostları ilə paylaş: |