Elmin məqaminin əHƏMİYYƏTİ



Yüklə 10,72 Mb.
səhifə79/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   73   74   75   76   77   78   79   80   81

ŞƏRİƏTDƏ CİZYƏNİN HÖKMÜ


Cizyənin hökmlərində bəhs olunan birinci məsələ bundan ibarətdir ki, cizyə kimlərdən alına bilər və şəraiti nədir? Cizyənin kimlərdən alınması sualının cavabında demək olar ki, məşhur İslam alimlərindən Mühəqqiq, "Şərae" kitabında yazır:

"Cizyəöz dinlərini iqrar edənlərdən alınır. Onlar, yəhudi, xaçpərəst və kitab əhli olmaları şübli olan məcusilərdir."1

Əmirəl-mö`minin Əli (əleyhissalam)buyuurur:

"Məcusilər qan bahası və cizyə verməkdə yəhudi və xaçpərəstlər kmündədirlər. Çünki, keçmişdə kitabları olub "2

Rəvayətdə var ki, onların peyğəmbərlərinin adı "Damast" olub. On iki min inək dərisinin üzərinə yazılmış "Camast" adlı kitabları sonradan yandırılmışdır.

Qeyri-kitab əhlindən cizyə alınmır. Beləliklə, cizyə, yalnız bu üç firqədən alınır. Bütpərəst və müşriklərə gəldikdə isə onlara İslam ölkəsində yer yoxdur, o ki qaldı cizyə alınıb onları qoruyasan! Bu üç firqədən alınan cizyənin də xüsusi şəraiti vardır. Kitab əhli bu şəraitə əməl etməlidirlər. Həmçinin, onların uşaq və divanələrindən cizyə alınmır.

CİZYƏNİN MİQDARI


İslam alimləri arasında məşhur budur ki, cizyənin müəyyən şər`i miqdarı yoxdur. Bəlkədə, miqdarı, rəhbər və cizyə verənin qüdrətinə bağlıdır. İslam tarixindən ümumi şəkildə mə`lum olan odur ki, müxtəsər miqdarda cizyə tə`yin olunmuşdur. Bə`zən bir dinar miqdarında , bə`zən də dediyimiz kimi cizyə verənin maliyyat qüdrəti nəzərə alınaraq cizyə tə`yin olunmuşdur.

CİZYƏNİN ŞƏRAİTİ


Cizyənin altı şərti var:

  1. Kitab əhli cizyəni qəbul etsin.

  2. Amanda olan münafiq şəxslərin işini görməsin. Məsələn, müsəlmanlarla müharibə etmək niyyətində olmasın.

  3. Müsəlmanlara qarşı mal və namus cəhətdən əziyyəti olmasın. Belə ki, onlardan hər kim Peyğəmbərə söyüş versə, öldürüləcək.

  4. İslam dinin qadağan etdiklərinə zahirdə və cəmiyyət içində mürtəkib olmasınlar. Məsələn, donuz əti, şərab, və məhrəmlərlə evlənmək kimi şeyləri cəmiyyət içində izhar etməsinlər. Əgər adı çəkilənlərə mürtəkib olsalar, onlarla bağlanan əhd pozulmuş hesab olunur.

  5. Müsəlman ölkəsində kilsələri olmayıb, kilsə zəngini vurmasınlar və öz evlərini müsəlmanların evlərindən hündür tikməsinlər.

  6. Müsəlmaların qanunlarının onlara da cari olmağını qəbul etsinlər.1

MÜSƏLMANLARIN ZİMMƏ ƏHLİ MÜQABİLİNDƏ MƏSULİYYƏTLƏRİ


Əmirəl-mö`minin Əli (əleyhissalam)Kufə əhlinə cihada aid şiddətli xütbəsində buyuurur:

"Mənə xəbər çatıb ki, Müaviyənin qoşunundan bir dəstə, bir nəfər müsəlman qadınıvə İslam dininpənahında zimmə əhlindən olan bir qadının ziynət əşyalarını əllərindən alıb aparmışdır. Biçarə qadınlar fəryad çəkib kömək istəmiş və mallarının qaytarılmasını tələb etmişlər. Sonra zalimlərin qoşunu, kimsə onlardan azalmadan, yaralanmadan və h birinin qanı tökülmədən sağ-salamat öz yerlərinə qayıtmışlar. Bəs, əgər bu işdən ötrü müsəlmanın ürəyi partlayıb ölərsə, yeri var və bəlkədə, bu işdən ötrüqəm çəkib ölməyə layiqdir! "2

Sözün tam mənasında, müsəlmanların rəhbərnin ən yüksək məhəbbət və insani hisslərini nişan verən bu aydın xütbədən mə`lum olur ki, İslam, öz pənahına aldığı şəxslərin haqqına təcavüz olunmasına necəhəssas və onların barəsində lazım olanlara riayət edəndir!

Bəli! Əmirəl-mö`minin Əli (əleyhissalam)xaçpərəst bir kişinin Kufə bazarında dilənçilik etdiyini rdükdə soruşur: Bu kimdmr? Cavab verirlər: Xaçpərəst bir kişidir. Buyurur: Bu vaxta kimi onu işlətmisiniz, indi ki, qocalıb əldən düşüb, bu vəziyyətlə onu küçəyə atmısınız? stəriş verir ki, müsəlmanların beytül-malından ehtiyacını ödəyənə qədər ona pul versinlər! “1



Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin