35. MAL-DÖVLƏTİN HAQQI
وَأمّا حَقُّ المَالِ، فَأَنْ لا تَأْخُذَهُ إلاّ مِنْ حِلِّهِ، ولا تُنْفِقَهُ إلاّ فِي حِلِّهِ، وَلا تُحَرِّفْهُ عَنْ مَوَاضِعِهِ، ولا تَصْرِفَهُ عَنْ حَقَائِقِهِ، ولا تَجْعَلْهُ إذا كَانَ مِنَ اللَّهِ إلاّ إلَيهِ وَسَبَباً إلَى اللَّهِ. ولا تُؤثِرَ بهِ عَلَى نفْسِكَ مَنْ لَعَلَّهُ لا يَحْمَدُكَ، وَبالْحَرِيِّ أَنْ لا يُحْسنَ خِلافَتَهُ فِي تَرِكَتِكَ ولا يَعْمَلُ فِيهِ بطَاعَةِ ربكَ فَتَكُونَ مُعِينًا لَهُ عَلَى ذلِكَ أَو بمَا أَحْدَثَ فِي مَالِكَ أَحْسَنَ نَظَرًا لِنَفْسِهِ، فَيَعْمَلَ بطَاعَةِ رَبهِ فَيَذْهَبَ بالْغَنِيمَةِ وتَبُوءَ بالإثمِ وَالْحَسْرَةِ وَالنَّدَامَةِ مَعَ التَّبعَةِ وَلا قُوَّةَ إلا باللهِ.
"Sənin boynunda mal-dövlətin haqqı budur ki, onu yalnız, halal yolla ələ gətirib, halal yolda sərf edəsən. Onu yersiz sərf edib yerini dəyişmə və Allah tərəfindən sənə verilmiş malı yalnız, Allahyolunda və bu yolda vəsilə sayılan şeydən ötrü sərf et.Sənə təşəkkür etməyəni özünə üstün qərar vermə. Bu yolda, Allaha itaəti tərk etmə, belə ki, başqalarına və varisinə kömək üçün özündən bir irs qalsın. O, bundan da yaxşısını səndən gözləyir. Qoy onu, Allaha itaət yolunda sərf etsin. Qəniməti o aparır , günah yükü və peşimançılıq isə sənin boynunda qalır. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! "
İmam Səccad (əleyhissala)-ın bu bəhsdə buyurduğu mövzular aşağıdakılarda xülasə olunur:
-
Mal-dövlt ələ gətirmək və xərc etmək hansı yollarla olmalıdır.
-
Mal-dövlətin özünə görə yeri və məhəlli vardır ki, ordan ayrılmamalıdır. Həmçinin, mal-dövlətbə`zənyalnız, xüsusi yerlərdə sərf olunmalıdır.
-
Allah tərəfindən verildiyinə görə Allah yolunda da sərf olunmalıdır.
-
Mal-dövlətdən, yaxşı və ağılla istifadə olunmalıdır. Yoxsa, varisin əlinə düşərək, maldan dünya və axirəti üçün yaxşı istifadə edəcək. Bu vaxt bəhrə ona, zərər və ziyan isə malı qazananın boynuna düşəcək.
MAL SÖZÜNÜN LÜĞƏTDƏMƏ`NASI
İnsanın malik oduğu hər bir şey maldır. "Qamus" və "Əqrəbul-Məvarid" adlı lüğət kitablarında yazır: Mal, malik olunan hər bir şeyə deyilir. Həmçinin, köçərilərin yanındaheyvanlara da “mal"deyilir.
"Rağib" lüğət ustası yazır: Mala o cəhətdən mal deyirlər ki, həmişə meyl edən və aradan gedəndir. (Bu dəstədən o dəstəyə meyl edir) Bu barədə məsəl var deyərlər: Mal, zinakar qadın kimi bir şeydir bir gün əttarın, bir gün də qəzet satanın evindədir. Qur`an buyurur: "Mal və övlad dünyanın zinətidir.”1
MÜLKİYYƏTİN NÖVLƏRİ
Mülkiyyət iki növdür: Həqiqi mülkiyyət və e`tibari mülkiyyət. Həqiqi mülkiyyət, bir mövcudun başqa bir möcuda yaranışda malik olmasıdır. Məsələn, səbəb və mə`lul. Nümunə üçün nəfsin, zehni surətlərə hakim olmasını qeyd etmək olar. Nəfs, hər vaxt bir gülü təsəvvür etmək istəsə, o anda gül şəkili zehnə gəlir. Əgər diqqətini azaltsa, gül zehindən gedər. Allah-taala, bütün mövcudatlarınhəqiqi malikidir. Qur`an buyurur:
"Göylərdə və yerdə nə varsa, Hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə ) ehtiva etmişdir."2
Həqiqi malikiyyət, malikdən başqasına intiqal olunmağa qabil deyildir. Çünki, təkvini əhatə, nəql və intiqal oluna bilməz. E`tibari mülkiyyət isə bir mövcudun başqa bir mövcuda elə malikliyidir ki, o şeydən istifadə etsin və onda başqalarının istifadəsinin qarşısını ala bilsin. Məsələn, insanın öz mal-dövlətinə olan malikiyyəti. Belə malikiyyət insanların bir-biriləri ilə əlaqələrindən yaranır. Ona görə e`tibari deyilir ki, maliklə mülk arasında həqiqi və təkvini bağlılıq yoxdur. Həmin səbəbdən e`tibari malikiyyət, nəql və intiqal oluna bilər.
İNSAN, YARANIŞIN ƏSASI
İslami nöqteyi-nəzərdən, insan, yaranışın əsl məhvəri olub bütün mövcudatlar onun xidmətindədirlər. Qur`an, İlahi ne`mətləri sayır və onları insan üçün yarandığına işarə edir, buyurur:
"Yer üzündə nə varsa , hamısını sizin üçün yaradan Odur! (Allahdır)"1Yenə də başqa yerdə buyurur:
"(Ey insanlar!) Məgər Allahın yerdə və göydə olanları sizə ram etdiyini, aşkar və gizli ne`mətlərini sizə bolluca ehsan etdiyini görmürsünüzmü? "2Yenə buyurur:
"Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən (torpaqdan) yaradıb orada sakin etdi."3 Yenə də başqa yerdə buyurur:
"Onlara (əlinizin altında olanlara)Allahın sizə verdiyi maldan verin!"4
Ayənin ləhnindən mə`lum olur ki, mal, əslində Allaha məxsusdur. Bəs onun bağışlanması sizin üçün çətin olmamalıdır.Zikr olunan ayələrdən mə`lum olur ki, insan, yaranışda əsldir.Allah hər şeyi hətta, mal-dövləti də ondan ötrü yaratmışdır. İslam dininin nizamnaməsindən biri də iqtisadi sistemdir. Bu sistem ümumi olub, bəşərin maddi ehtiyaclarını, yemək, geyim, məskən, müdafiə sisitemi, mədəni yayım, sağlamlıq, bə`zi ruhi ehtiyacların ödənilməsi və insanın gözəllik tələblərini tə`min etməkdən ötrü qərara alınmışdır.
DÜNYA, İSLAM NƏZƏRİNDƏ!
Dünya həyatının həqiqəti barəsindəki ayə və rəvayətlər üç qismə bölünür:
1.Onlardan bə`ziləri dünyanı məzəmmət edir. Dünya bərəsində "oyun və boş şey" ifadələri Qur`anın Məhəmməd surəsinin 36-cı ayəsi, Ən`am surəsi 64-cü ayə, Ənkəbut surəsi 20-ci ayələrdə işlənilmişdir. Həmçinin, dünya barəsində, "az azuqə, qürür yeri, mal-dövlət yığmaq yeri və fəxrlənmə yeri" kimi ifadələrə də rast gəlirik.
2. Başqa ayə və rəvayətlərdə dünya həyatı barəsində elə fikirlər söylənilir ki, dünyanın sevimli və bəyənilmiş oldğunun əlamətləridir. Məsələn, dünya barəsində gələn ifadələrdən, "Allahın fəzli", Tövbə surəsi-28, Nəhl surəsi-16, Nisa surəsi-37, Nur surəsi-24-cü ayələrdə işlənmişdir. O cümlədən, dünya barəsində "Xeyir" ifadəsi, Qur`anın Bəqərə surəsinin 180, 251, 272-ci ayələri, Adiyat surəsinin 6-cı ayəsi və Məaric surəsinin 70-ci ayəsində gəlib. "Rəhmət" ifadəsi, Hud surəsinin 9-cu ayəsi, İsra surəsinin 100-cü ayəsi, Kəhf suəsinin 82-ci ayəsində qeyd olunub. Dünya barəsində "Həsənə”(ehsan) sözü, Ə`raf surəsinin 130-cu ayəsi və Tövbə surəsinin 50-ci ayəsində gəlmişdir. Bunların müqabilində, bə`zi ayə və rəvayətlərdə xüsusi şəraitdə maddi məhrumiyyətdə qalmaq məzəmmət olunmuşdur.
3. Ayə və rəvayətlərin üçüncü dəstəsi, yuxarıdakı iki dəstə ayə və rəvayətlərin izahına varır. Belə ki, ibtidadən iki dəstə ayə və rəvayətlərdə nəzərə gələn ziddiyyəti aradan aparır. Belə ayələr, dünayanı, əgər axirət üçün müqəddəmə qarar verilərsə, məhbub olduğu bəyan olunur. Belə olan halda, dünya bəyənilib ona bir növ əsalət verilir. Nümunə üçün aşağadakı ayədə buyurur:
"Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyən, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların, məhz onların qazandıqları günaha görə düşəcəkləri yer Cəhənnəmdir."1
Dostları ilə paylaş: |