Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Mədinədən başlayan azadlıq yürüşü



Yüklə 0,86 Mb.
səhifə9/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   5   6   7   8   9   10   11   12   ...   100
Mədinədən başlayan azadlıq yürüşü

Həmin gün - hicri 60-cı il rəcəb ayının 29-da İmam Hüseyn (ə) Mədinədə Həzrət Peyğəmbərin (s) mütəhhər məzarını ziyarət edərək, babası ilə vidalaşır. Son ziyarətini edən İmam (ə), öz məram və niyyətlərini izah edən vəsiyyətini qoyur. Vəsiyyətində İmam Hüseyn (ə) bəşəriyyətə izah edir ki, hərəkata başlayır və hərəkatının məramı mənsəb və məqam deyil, fəqət Allah dinini yaşatmaq, yaxşılıqlara dəvət ebib, pislikərdən çəkindirməkdir.

Vəsiyyəti yazdıqdan sonra, İmam Hüseyn (ə) ümməti Yezid lənətliyin istibdadının və hakimiyyət qəsbinin təhlükələri barədə agah etmək üçün Məkkəyə doğru hərəkət edir. Öz yaxınları və məsləkdaşları ilə birlikdə Mədinədən Məkkəyə doğru hərəkət edən İmam Hüseyn (ə), hər an ölüm təhlükəsi qarşısında olur.

Şəban ayının 3-də - təqribən 4 gün sonra İmam Hüseyn (ə) öz əhli-beytilə Məkkəyə daxil olur. Burada İmam (ə) camaatla görüşür və onlara yaranmış vəziyyəti çatdırır. Təqribən 1 ay bu proses davam edir və İmam Hüseyn (ə) Məkkədə - İslam dininin ən müqəddəs məkanında öz İlahi missiyasını yerinə yetirərək, müsəlmanları mövcud durumdan və baş verə biləcək təhlükələrdən agah edir.

Hicri 60-cı il ramazan ayının 10-da İraqın Kufə şəhərindən olan 2 nəfər nümayəndə kufəlilərin məktubunu İmama (ə) çatdırır. Məktubda kufəlilər elan edirlər ki, Yezid lənətliyin qəsbini qəbul etmirlər və bu barədə İmamı (ə) məlumatlandırırlar.

Ramazan ayının 15-də artıq minlərlə - əksər tarixi mənbələrə görə 48 min - məktub gəlir İmama (ə) Kufə əhlindən. Məktublarda kufəlilər İmama (ə) beyət etdiklərini, Yezid lənətliyin hakimiyyətini tanımadıqlarını bəyan edirlər.

İmam Hüseyn (ə) vəziyyəti öyrənmək üçün öz nümayəndəsi Müslüm ibn Əqili Kufəyə göndərir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin