Etikanın əsas kateqoriyaları
Xeyir və şər.İnsanın hər hansı bir fəaliyyəti əxlaqi şüurun mərkəzi olan xeyir və şər kateqoriyaları prizmasından qiymətləndirilir.
Müsbət və mənfi keyfiyyətlər olan xeyir və şər daha ümumi anlayışlardır.Bütün mənəviyyatı xarakterizə edir.
Xeyir hamının arzuladığı ---dəyərli,nümunəvi,şər isə məhv edilməli,yolverilməz olandır.Bu anlayışlar insanların şüurlu hərəkətlərini qiymətləndirir.
Xeyir və şər anlayışları vasitəsilə insanlar ətraf aləmi də dərk edirlər.
Xeyir anlayışı vasitəsilə insanların ümumi və mühüm maraqları,gələcəyə olan ümid və arzuları ifadə olunur.
Abstrak anlayışlar olan xeyir və şərdən fərqlənən ədalət daha konkret—tarixi xarakter daşıyır.
Şər xeyirin antipodu,mənfi etik kateqoriyasıdır.O,mənəviyyatsızlığın,bütün mənfi mənəvi keyfiyyətlərin ümumi xarakteristikasıdır.
Borc və vicdan. Borc və vicdan anlayışları insanın daxili tələbatlarından irəli gələcək etikada mərkəzi yer tutur.Onlar əxlaq normaları və prinsipləri ilə bağlı olub insanlar arasındakı münasibətləri tənzimləyir.
Borc kateqoriyası insanın cəmiyyət və ya digərləri qarşısındakı mənəvi öhdəliyidir.İnsanda olan borc hissi hələ qədim dövrdən mövcuddur.Borc insanlar arasındakı münasibətlərin özünəməxsus mexanizmidir.
Borcun müxtəlif formaları mövcuddur:”vətənpərvərlik borcu”,”vətəndaşlıq borcu”,”hərbi borc”,”peşə borcu” və s.
Borc anlayışını etikaya ilk dəfə Demokrit gətirmişdir.
Borc anlayışı dilimizdə iki mənada işlənir:maddi və mənəvi borc.1) “Mən qonşuya 100 manat borcluyam”.2)”Mən dostuma kömək etməyə borcluyam”Mənəvi borca insanların birgəyaşayış prosesində yaranan öhdəlikləri ilə bağlı vəzifələri aiddir.
Vicdan –insanın əxlaqi şüurunda vicdan borca nisbətən öndə gedir.Vicdan insanın daxili hakimidir.Öz hərəkətlərini hiss etmək və başa düşmək qabiliyyəti kimi çıxış edir.
İnsan öz hərəkətlərini təhlil edərkən,ona qiymət verərkən onun dünyagörüşü əsas amilə çevrilir.İnsanda vicdan hissinin formalaşması üçün müəyyən həyat təcrübəsinin olması zəruridir.Bu hissin formalaşması müəyyən yaş dövrünün yetişməsi tələb olunur.Vicdan əzabı və utancaqlıq da bu qəbildəndir.
Şərəf və ləyaqət digər kateqoriyalar kimi şəxsiyyət və cəmiyyət arasındakı münasibətləri tənzinləyir.İnsanın özünə qarşı münasbətlərini aydınlaşdırır.
Şərəf---insanın əxlaqi dəyərlərini,ictimai həyatdakı rolu ilə əlaqədar ifadə edir.
Ləyaqət---cəmiyyətin insana ,həm də insanın özünə qarşı münasibətlərini aydınlaşdırır,insanın davranışını tənzim edir.
Şərəf və ləyaqətlə bağlı olan məsələlərdən biri də şöhrətpərəstlikdir.
Şöhrətpərəstliyə əks olan keyfiyyət –təvazökarlıqdır.O,insanda daha çox diqqəti cəlb edir.,hörmətlə qarşılanır.
Şərəf və ləyaqət kateqoriyası ilk dəfə Roma filosofları Seneka,Epiktet və Mark Avreli tərəfindən işlənib.
Xoşbəxtlik və həyatın mənası. Xoşbəxtlik əxlaqi şüurun əsas anlayışlarından olub ,insanın daxilən razı qalmasına uyğun bir haldır.Xoşbəxtlik azad quşa bənzəyir.O olmayan yerdə insanı güclə özünü xoşbəxt hesab etməyə məcbur etmək olmaz.Məsələn,”xoşbəxtlik at deyil ki,boynuna cilov taxasan”.”Xoşbəxtlik balıq deyil ki,onu tilovla tutasan”.Xoşbəxtlik fərdi olur.Xoşbəxtliklə əlaqədar insanların fikirləri çox müxtəlifdir.
Həyatın mənası—problemi insandan asılı olmayaraq mövcuddur.Xoşbəxtlik və həyatın mənası problemi etika tarixində çoxlarını düşündürüb.Bu baxışları üç qrupa bölmək olar:1)həyatın mənasını fərdi nailiyyətlərlə bağlayanlar.2)dini etiqadlara tabe olaraq o biri dünyanı qazanmağa bağlayanlar.3)insan həyatını və mövcudluğunu absurd,mənasız hesab edənlər.
Beləliklə,insanın mənəvi həyatında belə bir fikir əsas rol oynayır ki,həyatın mənası var və son məqamda xeyir şərə qalib gəlməlidir.Bu inam olmasa insan həyatı,məşəqqətli,yorucu və əzablı olar.
Dostları ilə paylaş: |