Damət Əliyevin “Etika və psixologiya” fənnindən tərtib etdiyi mühaziələr
Etika elmi nəyi öyrənir?
Fəlsəfi elmlər sistemində mühüm yer tutan “Etika” əxlaq haqqında elmdir.”Etika” insanın əxlaqi münasibətlərini ,əxlaqi təcrübəsini ,əxlaqi görüşlərini,insan əməllərinin məqsədini aydınlaşdırır.”Etika” “insanın davranışı necə olmalıdır”,”insan hansı mənəvi keyfiyyətlərə malik olmalıdır”kimi suallara cavab verməyə çalışır.”Etika” əxlaqa və əxlaqi dəyərlərə aid nə varsa hamısını öyrənir.”Etika”nın əas tədqiqat obyekti insanın xarakterinin ,temperamentinin xüsusiyyətləri,qəlbinin qəlbinin keyfiyyətləridir.Müasir “Etika” yalnız fəlsəfənin bölmələrini deyil, həmçinin psixologiya ,pedaqogika,tarix,estetika və biologiya ilə də sıx əlaqədə inkişaf edir.
Əxlaq nəzəriyyəsi olan “Etika” xeyir, şər, ədalət, borc kimi kateqoriyaların münasibətini təhlil edir,mənəvi hislər ,emosiyalar, vərdişlər ,adət və ənənələri nəzərdən keçirir .”Etika “ insanın sirlərinə ,inun gigər insanlarla və bütün dünya ilə münasibətlərinə, insan varlığının ən dərin problemlərinə müraciət edir.Beləliklə,”Etika” əxlaqa və əxlaqi dəyərlərəaid hər nə varsa,hamısını öyrənir.Lakin “Etika” nə əxlaqı , nə də onun prinsip və normalarını ,nə də yeni davranış qaydalarını yaratmır, o yalnız bunların mənbəyini və mənşəyini tədqiq edir.İnsanın davranışı ilə əlaqədar əxlaqi qiymətləndirmənin xarakter və mahiyyətini öyrənir, bunları ümumiləşdirir və sistemləşdirir,əxlaq nəzəriyyələrini formalaşdırır. “Etika” yalnız bu və ya digər hallarda necə hərəkət etmək lazım olduğunu öyrədən normativ elm yox, həm də mürəkkəb və ziddiyyətli əxlaqi münasibətlərin və əxlaqın təbiətini öyrənən nəzəri təlindir.
“ Etika” bir elm kimi Yunanıstanda yaranmışdır”.Etika” terminini elmə ilk dəfə Aristotel gətirmişdir.Böyük filosof etika haqqında bir çox əsərlər də yazmışdır.”Nikomaxın etikası”, “Evlem etikası”,”Böyük etika”buna əyani misal ola bilər.”Etika” terminini ilk dəfə “Nikomaxın etikası “əsərində yazmışdır.Bu dahi mütəfəkkirə görə ,etikanın vəzifəsi insanı mənasız və qeyri-təbii ehtiraslardan uzaqlaşdırmaq,ona cəcurluq və ədalətlilik keyfiyyətləri aşılamaqdır.”Əxlaq- etikanın tədqiqat obyektidir.
“Etika” sözünün tarixi bir daha Roma zəminində təkrar olunur. Romalılar ,xüsusən də Siseron yunan təcrübəsinə və birbaşa Aristotelə istinad edərək ,öz dediyi kimi latın dilini zənginləşdirmək məqsədilə Aristotelin yunan dilində olan “etik” anlayışından “moralis”, yəni “əxlaqi” terminini yaratdı.
Beləliklə ,yunan dilindəki “etika” və latın dilindəki “moralitas” sözləri etimoloji məzmununa görə bir-birinə uyğun gəlir.Bunlar xalq şüuru ilə deyil,tədqiqat məqsədilə süni surətdə yaradılmışdır.Bu gün dünyanın bir çox ölkələrində “etika “ və “moral” sözləri geniş yayılmışdır.
Dostları ilə paylaş: |