Etika və psixologiya


Psixologiyanın predmeti və vəzifələri.Psixologiyanın başqa elmlərlə əlaqəsi



Yüklə 61,55 Kb.
səhifə7/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   2   3   4   5   6   7   8   9   10   ...   22
Psixologiyanın predmeti və vəzifələri.Psixologiyanın başqa elmlərlə əlaqəsi
Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir.Onlardan biri psixologiyadır.Digər elmlərdən fərqli olaraq psixologiya nəyi tədqiq edir?Bir elm kimi onun başlıca xüsusiyyətləri nədən ibarətdir?Bu sualları cavablandırmaq üçün ilk növbədə psixologiya elminin obyektini və predmetini aydınlaşdırmaq lazımdır.

Elmin obyekti dedikdə,onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Bu baxımdan heyvanları və insanı öyrənən müxtəlif elmlərin obyekti eynidir.Elmlər adətən bir-birindənpredmetlərinə görə fərqlənir.Hər bir elmin ,o cümlədən ,heyvan və insanı öyrənən elm sahələrinin özünəməxsus ayrıca predmeti (mövzusu) vardır.

Elmin predmeti dedikdə ,onun öz obyektindən ayırd etdiyi ,seçdiyi cəhətlərə hansı hansı baxımdan,hansı nəzəri və ya praktiki aspektdə yanaşması nəzərdə tutulur.Elmin predmeti onun öz obyektinə yanaşma tərzini,başqa sözlə ,tədqiqat metodlarını müəyyən edir və müvafiq anlayışlar sisteminin köməyilə şərh olunur.Psixologiya elminin predmetini nə təşkil edir? Daha konkret desək ,psixologiya elmi nəyi öyrənir?Psixologiya elmi qədim tarixə malikdir.Psixoloji anlayışlar sistemşəklində ilk dəfə Aristotelin “Ruh haqqında” məşhur traktatında şərh olunmuşdur.Psixologiya nın predmetini başa düşmək üçün biz əvvəlcə əsas anlayışla –psixika anlayışı ilə tanış olmalıyıq.Psixika anlayışına nələr daxildir?Psixika nədir?

Psixi hadisələri şərti olaraq üç qrupa bölürlər:

1.Psixi proseslər

2.Psixi hallar

3.Psixi xassələr

Psixoloji proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir.İdrak proseslərinə (duyğu,qavrayış,diqqət,hafizə,təfəkkür,nitq və təxəyyül) iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir.

Psixi proseslərin ikinci qrupunu təşkil edən psixi hallar a daxildir: şən əhval,affektlər,ehtiraslar,dalğınlıq,inamsızlıq,şübhə və s.

Psixi xassələrə daxildir: Temperament,xarakter,qabiliyyət

Psixi proseslər və hallar bir-birilə üzvi surətdə əlaqədardır.Onlardan biri ,adətən, o birisinin əsasında əmələ gəlir.

Psixoloqların tədqiqatları əsaslı surətdə göstərir ki,psixika fəaliyyət və ünsiyyət prosesində formalaşır.Deməli,psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir.Beləliklə,aydın olur ki,psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir.

Psixologiya elminin başqa elmlərlə əlaqəsi.İnsan haqqında elmlər kompleksində psixologiya elmi mühüm yer tutur.Psixologiyanın öyrəndiyi məsələr müxtəlif elmləri maraqlandırır.Həmin elmlərin tam ollmayan siyahısı belədir: sosiologiya,demoqrafiya,estetika,etika,siyasi,hüquqi,iqtisadi,tarixi,elmlər,pedaqogika,dilçilik,krimonologiya,semiotika,etnoqrafiya,antropologiya və s.

Bu baxımdan biz psixologiya elminin fəlsəfi ,humanitar və təbii elmlərlə qarşılıqlı əlaqəsini müxtəlif faktlar əsasında aydınlaşdıra bilərik.Tarix,iqtisadiyyat,etnoqrafiya,sosiologiya,linqvistika,ədəbiyyatşünaslıq,sənətşünaslıq,təbii elmlərin öyrənildiyi proses və hadisələrin tədqiqi mahiyyət etibarilə psixoloji problemlərin qoyuluşuna gətirib çıxarır.Psixologiyanın yuxarıda qeyd etdiyimiz ayrı-ayrı sahələri –psixolinqvistika,iqtisadi,sosial,pedaqoji,tibbi,mühəndislik psixologiyası və s.bu baxımdan nəinki mühüm elmi,həm də praktik əhəmiyyətə malikdir. Müasir dövrdə psixologiyanın müxtəlif elmlərlə qarşılıqlı əlaqəsi şəbəkəsi daha da genişlənmişdir.Psixologiya psixi həyatın qanunlarını öyrənərkən bu və ya gigər dərəcədə insan problemini tədqiq edən bütün başqa elmlərin nailiyyətlərindən istifadə edir.O bu nailiyyətlərdən istifadə etmədən inkişaf edə bilməz.Psixologiya elminin metodları da ,birinci növbədə ,bu prosesdə formalaşmışdır.Psixologiyanın başqa elmlərlə əlaqəsi onun inkişafının başlıca şərtidir.




Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin