Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə3/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   2   3   4   5   6   7   8   9   ...   22
İslam etikası. VII əsrdə İslam dini yarandı.İslam dininin yaranması,meydana gəlməsi özü ilə bir sıra adətlərin ,ənənələrin bünövrəsini qoydu.İslam dini yeni bir din olduğu üçün onun özünəməxsus etik ,əxlaqi normaları da formalaşmağa başladı.Əgər belə demək mümkündürsə islam dini həyatın bütün sahələrində dəyişikliklər etmişdir.Müsəlmanların əsas kitabı,müqəddəs kitabı olan “QURAN”islam etikasının əsasını təşkil edir.İslam etikası “QURAN”ın ayrı-ayrı ayələrində öz əksini tapmışdır.

İslam dini yaranandan sonra formalaşan “müsəlman etikası” bir deyil, iki mənbəyə ısaslanır: QURANvə Sünnə. Quran müsəlmanların müqəddəs kitabıdır.Sünnə isə peyğəmbərin həyatı və fəaliyyəti ilə bağlı hekayətlərdən ibarətdir.Sünnədə peyğəmbərin dilindən söylənilən hədislər,kəlamlar,həmçinin peyğəmbərin həyatında baş verən ibrətamiz hadisələr öz əksini tapır.İslam aləmində bu işlərlə yüksək dini savada ,fəlsəfi düşüncəyə malik insanlar məşğul olurlar. Hədislərin toplanması,məzmununun səhih olması ilə əlaqədar tədqiqi və şərhi”hədisşünaslıq” kimi bir sahənin yaranmasına səbəb olub ki,bu da “ilm əl-hədis”-yəni “hədis haqqında elm” adlanır.Hədislər “səhih” və “qeyri-səhih” olur. Hədislərin “səhih”kimi təsdiq edilməsi uzun,ciddi və dəqiq tədqiqatdan sonra mümkün olurdu. “Səhih” hədis müəllifləridən əl-Buxari və Müslimi göstətmək olar.

Beləliklə ,Quran Sünnəsiz, Sünnə isə Quransız mövcud ola bilmədiyindən və bunlar bir-birini tamamladığından müsəlman etikası bunlardan hansısa birinin olmadığı halda tam dərk edilə bilməz. Klassik ərəb-müsəlman mədəniyyətində “müsəlman etikası”xüsusi sahə kimi mövcud olmasa da ,daha çox elmi xarakterdaşıyan Quran və Sünnə, eləcə də fikx, ədəb və s.təlimlər bütövlükdə etik problemlərin daşıyıcısıdır.Özü də bunlar yalnız müsəlmanlar üçün deyil,bütün bəşər övladları üçün nəzərdə tutulub. Çünki sonuncu səmavi kitabolan “quran” və ümumiyyətlə müsəlman dini ümumbəşəri xarakter daşıyır.

İnsanların əxlaqı ilə əlaqədar məsələlər--- valideynlərə təmənnasız xidmət,öz ailəsinə sədaqət və qayğı,düzlük, doğruluq,imkansızlara yardım etmək və s.islamda bəyənilən əməllərdəndir.

Bəyənilməyən əməllər: pislik ,kin,qeybət,sələmçilik,xainlik,yalan danışmaq,başqasının malına göz dikmək ,zina ,acgözlük və s.

Beləliklə,fanatizm,mövhumat və bidətçilikdən uzaq olaraq müqəddəs “Quran”a və peyğəmbərin hədislərinə istinad edən İslam əhli bütün düünyada nümunəvi əxlaq nümayiş etdirməyə qadirdir.




Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin