«f a t I h ə» s u r ə s I (1)


«Əraf» surəsi (7) 31 –37 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə18/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   14   15   16   17   18   19   20   21   ...   78

«Əraf» surəsi (7) 31 –37 -ci ayətlər

(31).Ay Adam oğulları! Götürün zinətlərinizi külli səcdə edilənin yanında və yeyin və için və israf etməyin. Həqiqətən, O israf edənləri sevməz! (32).De: «Kim Allahın öz bəndələri üçün xaric etdiyi zinəti və pak ruziləri qadağan edibdir?» De: «Bu, o kəslər üçündür ki, dünya həyatında xalisanə qiyamət gününə inanırlar». Biz ayətlərimizi bilən qoum üçün belə müfəssəl edirik! (33).De: «Həqiqətən, Rəbbim qadağan edib zahiri və batini fahişəliyi və günahı və haqsız zülmü və Allah ilə şərik qoşmağınızı ki, nazil etməyib onun ilə sultanlıq və bir də Allah barəsində bilmədiyinizi deməyi. (34).Külli ümmət üçün müəyyən əcəl var. Onda ki, gəldi əcəli onların, nə bir saat təxirə düşər və nə də təqdim olunar!» (35).Ay Adam oğulları! Nə vaxt ki, gələndə sizin üçün rəsullar sizin özünüzdən, Mənim ayətlərimi sizə hekayət edəndə, kim təqvalı olub və islah etdi, onların üzərində xof yoxdur və hüznlü olmayacaqlar! (36).O kəslər ki, yalan saydılar ayətlərimizlə Bizi və təkəbbürlük etdilər ondan, həmin onlar od əshabıdırlar, onlar orada həmişəlikdirlər! (37).Kimdir zalim o kəsdən ki, iftira edə üzərinə Allahın yalanı, yaxud yalan saya ayətlərilə Onu? Həmin onlar nail olarlar kitabdan olan nəsiblərinə. Ta onda ki, gəldi onlara elçilərimiz onların canlarını almaq üçün, deyərlər: «Allahdan başqa çağırdıqlarınız haradadır?» Deyərlər: «Bizdən itib yox oldular!» Şahid olarlar üzərində öz nəfslərinin ki, onlar kafir olublar!



«Əraf» surəsi (7) 38 -43 –cü ayətlər

(38).Deyər: «Daxil olun sizdən qabaq gəlib getmiş, od içərisində olan cinlərdən və insanlardan ibarət ümmətin arasına!» Külli nə ki, daxil oldu ümmət, lənətləyir bacılığını. Ta onda ki, dərk etdilər orada cəmiyyən, dedi axırdakılar əvvəlkilər üçün: «Rəbbimiz! Bunlardır ki, bizi zəlalətə saldılar. Onların əzabını iki qat artır oddan!» Dedi: «Külli üçün iki qatdır və lakin bilmirsiniz!» (39).Əvvəlkilər axırdakılara deyərlər: «Siz üstün olmadınız bizdən və dadın əzabı nə ilə ki, oldunuz kəsb edənlər!» (40).Həqiqətən, o kəslər ki, yalan saydılar ayətlərimizlə Bizi və təkəbbürlük etdilər ondan, heç vaxt səmanın qapıları onlar üçün açılmaz və cənnətə daxil olmazlar, ta əgər dəvə iynə qulağından keçə. Biz cərimə olunmuşları belə cəzalandırarıq! (41).Onlar üçün cəhənnəmdə döşək və üstlərinə örtüklər vardır! Biz zalimləri belə cəzalandırarıq. (42).O kəslər ki, inanırlar və əməllərini islah edirlər - Biz heç bir nəfsi öz gücündən artıq yükləmərik – həmin onlar cənnət əshabıdırlar, orada həmişəlikdirlər! (43).Biz çıxardarıq onların ürəklərindən kini. Cari olur altından onların nəhrlər və deyirlər onlar: «Həmd Allah üçündür - Odur ki, hidayət etdi bizi bunun üçün! Biz hidayət olunmazdıq, əgər Allah hidayət etməsəydi bizi. Əlbəttə, gəldi Rəbbimizin elçiləri haqq ilə. Və nida olundu: “Budur sizin üçün cənnət, varis oldunuz ona nə ilə ki, oldunuz əməl edənlər!”»


«Əraf» surəsi (7) 44 -51 -ci ayətlər

(44).Cənnət əshabı od əshabına nida edər: «Biz Rəbbimiz verən vədi haqq tapdıq və siz də Rəbbiniz verən vədi haqq tapdınızmı?» Dedilər: «Bəli!» Çağırışçı onların arasında çağırar: «Allahın lənəti olsun zalimlərə - (45) o kəslər ki, Allah yolundan sədd çəkirdilər və onda əyrilik axtarırdılar və onlar axirətlə kafir idilər!» (46).Onların ikisinin arasında hicab var. Üzərində ərafın kişilər, arifdirlər külli simaları ilə onların və cənnət əshabına nida edərlər: «Salam olsun üzərinizə!» Daxil olmayıblar ona və onların təmənnaları vardır. (47).Onda ki, onların nəzərləri od əshabına sataşar, deyərlər: «Rəbbimiz! Bizi zalim qoumla birlikdə yerləşdirmə!» (48).Əraf əshabı o kişiləri ki, arifdirlər onlara simaları ilə, nida edib deyərlər: «Sizi ehtiyacsız etmədi cəminiz və nə ki, təkəbbürlük etdiyiniz! (49).Ə, bunlar o kəslərdir ki, and içirdiniz ki, onlar Allahın rəhmətinə nail olmayacaqlar? Daxil olun cənnətə, sizin üçün xof yoxdur və siz hüznlü olmayacaqsınız!» (50).Od əshabı cənnət əshabına nida edər: «Tökün üzərimizə sudan, ya nədən ki, ruziləndirib sizi Allah!» Deyərlər: «Həqiqətən, Allah hər ikisini kafirlər üçün qadağan edib», - (51) o kəslər ki, dinlərini oyun və əyləncəyə tutdular və dünya həyatı onları məğrur etdi. Bu gün də Biz onları unudarıq, nə qədər, onlar bu günün görüşünü unutdular və oldular ayətlərimizlə Bizi inkar edənlər!




«Əraf» surəsi (7) 52 –57 -ci ayətlər
(52).Əlbəttə, gəldik Biz onlara kitabla, hansı ki, elmlə fəsillərlə etdik onu. Hidayət və rəhmətdir o qoum üçün ki, inanırlar! (53).Məgər gözləyirlər ancaq onun təvilinimi? O gün ki, onun təvili gələr, deyəcəklər o kəslər ki, bundan qabaq unutmuşdular onu: «Əlbəttə, Rəbbimizin rəsulları haqq ilə gəldilər. Indi bizim üçün şəfa edən olacaqmı bizə şəfa etsin? Ya geri qaytarıla bilərikmi, etmədiyimiz əməlləri edək?» Əlbəttə, onlar öz nəfslərinə xəsarət yetirdilər və iftira etdikləri də onlardan itib yox oldu! (54).Həqiqətən, Rəbbiniz sizin Allahdır – Odur ki, səmaları və ərzi altı gündə xəlq etdi, sonra ərşi üzərində möhkəmləndi. O gecə ilə gündüzü örtər, hansı ki, yorulmadan onun dalınca hərəkət edər. Şəms və qəmər və nəcmlər Onun əmrinə tabedirlər. Ə, məgər yoxmu! Ona məxsusdur xəlq etmək və əmr etmək. Böyükdür, ucadır Allah – Rəbbidir aləmlərin! (55).Çağırın Rəbbinizi yavaş və məxfi halda. Həqiqətən, O sevməz həddən çıxanları! (56).Fəsad etməyin ərzdə ora islah olandan sonra. Çağırın Onu xof və ümidlə. Həqiqətən, Allahın rəhməti yaxındır yaxşılara! (57).O – Odur ki, göndərir küləkləri bəşarət olaraq Öz rəhməti önündə, ta ağır buludları hərəkətə gətirsin. Biz onları ölü şəhərə tərəf göndəririk və onlardan su nazil edirik və xaric edirik onunla külli səməratdan. Beləcə xaric edərik ölüləri, ola ki, zikr edəsiniz!

«Əraf» surəsi (7) 58 -67 -ci ayətlər

(58).Təmiz ölkənin bitkiləri xaric olar öz Rəbbinin izni ilə və odur ki, xəbisdir – az və səmərəsiz çıxar. Beləcə, ayətlərimizi şükr edən qoum üçün sərf edirik! (59).Əlbəttə, Nuhu göndərdik öz qoumuna tərəf və dedi: «Ay qoumum! Ibadət edin Allaha. Sizin üçün Ondan qeyri Ilahi yoxdur! Həqiqətən, mən sizin üçün böyük günün əzabından xoflanıram!» (60).Qoumundan böyükləri dedilər: «Həqiqətən, biz səni aşkar zəlalətdə görürük». (61).Dedi: «Ay qoumum! Məndə zəlalət əsəri yoxdur və lakin mən rəsulam aləmlərin Rəbbindən. (62).Mən Rəbbimin risalətini sizin üçün təbliğ edirəm və sizə nəsihət edirəm və Allahdan o şeyləri bilirəm ki, siz bilmirsiniz. (63).Ya təəccüb etdiniz ona ki, Rəbbiniz tərəfindən zikr sizdən olan bir kişiyə gəldi ki, o, nəzərinizə çatdıra və təqvalı olasınız və ola ki, sizə rəhm oluna?!» (64).Təkzib etdilər onu. Biz də nicat verdik ona və o kəslərə ki, onunla idilər gəmidə və qərq etdik o kəsləri ki, yalan saydılar ayətlərimizlə Bizi! Həqiqətən, onlar kor qoum oldular! (65).Ad tərəfə – onların qardaşı Hudu. Dedi: «Ay qoumum! Ibadət edin Allaha. Sizin üçün Ondan qeyri Ilahi yoxdur! Ə, təqvalı olmayacaqsızmı?» (66).Qoumundan böyükləri – o kəslər ki, kafir idilər, dedi: «Həqiqətən, biz səni səfehlikdə görürük və zənn edirik səni yalançılardan!» (67).Dedi: «Ay qoumum! Məndə səfehlik yoxdur və lakin mən rəsulam aləmlərin Rəbbindən!



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin