«f a t I h ə» s u r ə s I (1)


«Əraf» surəsi (7) 188 -195 -cı ayətlər



Yüklə 2,11 Mb.
səhifə20/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   16   17   18   19   20   21   22   23   ...   78

«Əraf» surəsi (7) 188 -195 -cı ayətlər

(188).De: «Mən öz nəfsimə mənfəət və zərər yetirməyə malik deyiləm, ancaq nəyi ki, Allah istəyə. Əgər mən qeybi bilən olsaydım öz xeyirimi artırardım və mənə pislik yetişməzdi. Mən ancaq nəzərə çatdıran və bəşarət verənəm o qoum üçün ki, inanırlar!» (189).O - Odur ki, sizi vahid nəfsdən xəlq etdi və etdi ondan zövcünü onun, sakin olması üçün tərəfinə onun. Amma elə ki, onunla yaxınlıq etdi, o, yüngül yük yetirdi, onunla hərəkət etdi. Amma elə ki, o, ağırlaşdı, onlar ikisi Allahı – Rəblərini çağırdılar: «Əgər Sən bizə saleh olan versən, Sənə şükr edənlərdən olarıq. (190).Amma elə ki, əta etdi onlara saleh, etdilər Onun üçün şəriklər nədə ki, onlara əta etmişdi. Alidir Allah nədən ki, Ona şərik qoşurlar! (191).Ə, onlar Ona şərik qoşurlar onu ki, heç bir şey xəlq etməyiblər, özləri xəlq olunublar (192) və heç bir şeylə onlara kömək edə bilməzlər və öz nəfslərinə də kömək edə bilmirlər? (193).Əgər onları çağırasız hidayətə tərəf, sizə tabe olmazlar. Əgər onları çağırasız, ya sakit olasız, sizin üçün fərq etməz. (194).Həqiqətən, o kəsləri ki, Allahdan başqa çağırırsınız, bəndələrdir sizin misliniz kimi! Əgər doğru deyirsiniz onları çağırın, qoy sizə cavab versinlər. (195).Ə, onların ayaqları var, onunla gedirlər, yoxsa onların əlləri var, onunla tuturlar, yoxsa onların gözləri var, onunla görürlər, yoxsa onların qulaqları var, onunla eşidirlər? De: «Çağırın şəriklərinizi, sonra mənə qarşı nə fəndiniz varsa əməl edin və mənə möhlət verməyin!


«Əraf» surəsi (7) 196 -206 -cı ayətlər
(196).Həqiqətən, mənim dostum Allahdır. Odur ki, nazil etdi kitabı və O salehlərin dostudur! (197).O kəsləri ki, siz Ondan başqa çağırırsız, onlar sizə yardımı bacarmazlar və öz nəfslərinə yardım etmirlər». (198).Əgər sən onları hidayətə tərəf çağırırsan, onlar eşitmirlər. Sən görürsən ki, onlar sənə tərəf baxırlar və onlar görmürlər. (199).Bağışlamağı tut və yaxşılığa əmr et və cahillərdən üz döndər! (200).Əgər şeytandan sənə vəsvəsə yetişir, onda güvən Allah ilə. Həqiqətən, O Səmidir, Alimdir! (201).Həqiqətən, o kəslər ki, müttəqidirlər, onda ki, məshdir onlara tayfa şeytandan, zikr edirlər və onda ki, onlar görürlər. (202).Qardaşları onlarda azğınlığı gücləndirir və sonra onu ixtisar etmir. (203).Onda ki, gəlmirsən onlara ayətlə, onlar deyirlər: «Əgər ki, sən onu seçsəydin?» De: «Həqiqətən, mən tabe oluram nə ki, vəhy olur tərəfimə Rəbbimdən. Bu, bəsarətdir Rəbbinizdən və hidayət və rəhmətdir o qoum üçün ki, inanır!» (204).Onda ki, Qur’an qiraət olunur onu eşidin və sakit olun, ola ki, siz rəhm olunasınız! (205).Öz qəlbində müti və qorxu halında, səsini ucaltmadan, hər səhər və axşam Rəbbini zikr et və qafillərdən olma! (206). Həqiqətən, o kəslər ki, sənin Rəbbinin yanındadır, heç vaxt Onun ibadətindən təkəbbürlük etməzlər və Onu saya salıb və Onun üçün səcdə edərlər!

«Qənimət» surəsi (8)

(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Sual edirlər səndən qənimət barəsində, de: «Qənimət Allah və Onun rəsulu üçündür. Qorxun Allahdan və öz aranızda saleh olun və itaət edin Allaha və Onun rəsuluna, əgər oldunuz inananlar!» (2).Həqiqətən, inananlar o kəslərdir ki, onda ki, zikr edirlər Allahı, qəlbləri onların bərk çırpınır. Onda ki, Onun ayətləri onlara oxunur, imanlarını artırır və onlar Rəblərinə təvəkkül edirlər - (3) o kəslər ki, qalxırlar islahata və nədən ki, ruziləndirmişik onları infaq edirlər. (4).Həmin onlar həqiqi inananlardır. Onlar üçün dərəcələr vardır Rəbləri yanında və bağışlanmaq və kəramətli ruzilər! (5).Nə qədər Rəbbin haqq ilə xaric etdi səni evindən və həqiqətən, inananlardan bir firqəsinin kərahəti var idi. (6).Haqda səninlə mücadilə edirdilər, ondan sonra ki, onlara bəyan olmuşdu, sanki onları ölümə tərəf sövq edirlər və onlar baxırlar. (7).Onda ki, Allah sizə vəd verdi iki tayfadan biri olacaq sizin. Siz istərdiniz silahı olmayan sizə nəsib olsun. Allah istəyirdi haqq və həqiqəti Öz kəlmələri ilə bərkidib və qətt etsin dibinə kimi kafirləri, (8) haqq etməsi üçün haqqı və batil etməsi üçün batili və əgər kərahətlidir cərimə olunmuşlar.

«Qənimət» surəsi (8) 9 -16 –cı ayətlər
(9).Onda Rəbbinizdən yardım diləyirdiniz və O sizə cavab verdi: «Mən imdad edərəm sizə bir – birinin ardınca mələklərdən mini ilə!» (10).Bunu etdi Allah, ancaq bəşarət və onunla qəlblərinizin əmin olması. Yardım ancaq yanındandır Allahın. Həqiqətən, Allah Əzizdir, Həkimdir! (11).Onda O sizi yuxu ilə bürüdü Onun tərəfindən təhlükəsizlik nişanəsi kimi və nazil etdi üzərinizə səmadan su, onunla sizi pak etsin və şeytan murdarlığını sizdən yox etsin və ona görə ki, qəlblərinizi bərkitsin və onunla qədəmlərinizi sabit etsin. (12).Onda Rəbbin mələklərə vəhy etdi: «Mən sizinləyəm. Sabit edin o kəsləri ki, inanırlar! Mən o kəslər ki, kafirdirlər, qəlblərinə qorxu salaram. Vurun onların boyunlarından və vurun bütün barmaqlarından!» (13).Bu, ona görədir ki, onlar bölündülər Allahdan və Onun rəsulundan. Kim bölünərsə Allahdan və Onun rəsulundan, həqiqətən, Allah şiddətlidir iqaba! (14).Bu, sizin üçündür! Dadın onu və kafirlər üçün od əzabı var! (15).Ay o kəslər ki, inanırsınız! Onda ki, siz o kəslərlə ki, kafirdirlər, yürüş halında görüşürsüz, onlara dal çevirib qaçmayın! (16).Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna olmaqla, kim həmin gündə onlara dal çevirib qaçsa, bais olar qəzəblə Allahdan. Onun yeri cəhənnəmdir və pis dönüş yeridir!


«Qənimət» surəsi (8) 17 -25 -ci ayətlər

(17).Siz onları qətlə yetirmirdiniz və lakin Allah onları qətlə yetirirdi. Atmırdın sən onda atırdın, lakin Allah atırdı, ondan ötrü ki, bununla inananları yaxşı imtahan etsin. Həqiqətən, Allah Səmidir, Alimdir! (18).Bu, sizin üçündür! Həqiqətən, Allah kafirlərin fəndini zəiflədər. (19).Əgər fəth istəyirdiniz, fəqət gəldi sizə fəth. Əgər əl çəksəniz, sizin xeyirinizədir. Əgər edəsiniz, Biz də edərik və dəstəniz sizi ehtiyacsız etməz bir şeynən, əgər o çox olsa belə. Həqiqətən, Allah inananlarladır! (20).Ay o kəslər ki, inanırsınız! Itaət edin Allaha və Onun rəsuluna və Ondan üz döndərməyin, bir halda ki, eşidirsiniz! (21).O kəslər kimi olmayın ki, dedilər: «Biz eşitdik!» və onlar eşitmirlər! (22).Həqiqətən, Allah yanında canlıların ən şərlisi karlar, lallar - o kəslərdir ki, əql etməzlər. (23).Əgər bildi Allah onlarda xeyir, onları eşidən edərdi. Əgər onları eşitdirdi, üz döndərərdilər və onlar dönükdürlər. (24).Ay o kəslər ki, inanırsınız! Cavab verin Allah üçün və rəsulu üçün – onda ki, sizi çağırır nə üçün ki, dirildir sizi. Bilin ki, Allah həmişə insanla onun qəlbi arasında dayanır və hamınız onun hüzuruna toplanacaqsınız! (25).Qorxun sınaqdan ki, əgər gəlsə sizdən təkcə o kəslərə ki, zalimdirlər, məxsus olmaz. Bilin ki, həqiqətən, Allah şiddətlidir iqaba!




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin