«f a t I h ə» s u r ə s I (1)


«Hud» surəsi (11) 13 -19 -cu ayətlər



Yüklə 2,11 Mb.
səhifə23/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

«Hud» surəsi (11) 13 -19 -cu ayətlər

(13).Yoxsa onlar deyəcəklər: «Iftira edir onu!» De: «Gətirin iftira edilmiş on surə onun mislini və Allahdan başqa kimdən istəyirsiniz kömək alın, əgər oldunuz sadiqlər! (14).Əgər sizə cavab verməsələr, bilin ki, həqiqətən, Allahın elmilə nazil olub o. Ondan başqa Ilahi yoxdur! Məgər təslim olmazsınızmı?» (15).Kim dünya həyatını və onun zinətini istəsə, Biz verərik onlara əməllərinin mükafatını orada və onların mükafatından bir şey əskik olmaz. (16).Həmin onlar o kəslərdir ki, axirətdə oddan başqa payları yoxdur və məhv olar orada etdikləri və batil olar əməlləri. (17).Ə, o kəs ki, Rəbbindən aydın ayətləri var və tilavat edir onu şahid Onun tərəfindən və ondan qabaq Musanın kitabı ki, rəhbər və rəhmətdir – həmin onlar inanır Onun ilə. Dəstədən kim kafir olur Onun ilə, vədəsi yanar oddur və bunda şübhən olmasın. Həqiqətən, bu, haqdır Rəbbin tərəfindən və lakin insanların əksəriyyəti inanmır! (18).O kəsdən zalim kimdir ki, iftira edə Allahın üzərinə yalan? Həmin onları Rəblərinin hüzuruna gətirərlər və şahidlər deyərlər: «Bunlar o kəslərdir ki, Rəbləri barəsində yalan dedilər». Məgər yoxmu? Allahın lənəti üzərinədir zalimlərin! (19).O kəslər ki, Allahın yoluna sədd çəkirlər və o yolda əyrilik axtarırlar və onlar axirətə inanmırlar!




«Hud» surəsi (11) 20 -28 -ci ayətlər

(20).Həmin onlar ərzdə aciz edə bilməzlər və olmadı onlar üçün Allahdan başqa dost. Ikiqat əzab onlar üçündür. Onlar eşitməyə və görməyə qadir olmadılar. (21).Həmin onlar o kəslərdir ki, özlərinə xəsarət yetiriblər və iftira etdikləri də onlardan uzaqlaşmış oldu! (22).Şübhə yoxdur ki, onlar axirətdə xəsarətdə olacaqlar! (23).Həqiqətən, o kəslər ki, inanırlar və əməlləri islahatdır və Rəblərinə müti olurlar – həmin onlar cənnət əshabıdırlar, orada həmişəlikdirlər. (24).Bu iki firqənin məsəli kor və kar, görən və eşidən kimidir. Məgər bu məsəldə bərabərdirlərmi? Ə, zikr etməzsinizmi? (25).Əlbəttə, göndərdik Nuhu qoumuna tərəf: «Həqiqətən, mən sizin üçün aşkar nəzərə çatdıranam (26) ki, Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizə gələcək ələmli əzab günündən xoflanıram». (27).Onun qoumundan böyükləri - o kəslər ki, kafir idilər, dedi: «Biz görürük səni ancaq özümüz kimi bəşər və görürük sənə ancaq bizim içərimizdən ilk dəfədə tabe olan rəzilləri və sizdə özümüzə qarşı bir üstünlük görmürük. Bəli, biz zənn edirik ki, siz yalançısız!» (28).Dedi: «Ay qoumum! Ə, görürsünüz ki, aydın bəyanatım var Rəbbimdən və əta edib mənə rəhmət Öz yanından və onun qarşısında korsunuz, ə, məcbur edəcəyik ona və siz onun üçün kərahətlisiniz?




«Hud» surəsi (11) 29 -37 -ci ayətlər

(29).Ay qoumum! Mən sizdən ona görə mal istəmirəm, əgər əcrim ancaq üzərinədir Allahın. Mən öz yanımdan qovmaram o kəsləri ki, inanırlar. Həqiqətən, onlar Rəbləri ilə görüşəcəklər. Lakin mən sizi cahil bir qoum görürəm! (30).Ay qoumum! Kim mənə Allahdan yardım edə bilər, əgər onları öz yanımdan qovsam? Ə, zikr etməzsinizmi? (31).Mən demirəm sizə: “Allahın xəzinələri mənim yanımdadır” və “Qeybi bilirəm” və demirəm: “Mən mələyəm” və demirəm o kəslərə ki, sizin gözünüzdə alçaqdırlar, “Allah onlara xeyir verməyəcək”. Allah onların nəfslərində olanı bilir. Onda mən zalimlərdən olaram!» (32).Dedilər: «Ay Nuh! Əlbəttə, sən bizimlə cidal etdin və bizimlə mücadiləni çox etdin. Verdiyin vədi gətir bizə, əgər oldun sadiqlərdən!» (33).Dedi: «Həqiqətən, Allah istəsə onu sizə gətirər və siz onu aciz edə bilməzsiniz. (34).Əgər Allah istəyə siz azğınlıqda olasız, mənim nəsihətlərim sizə fayda verməz, əgər mən iradə etsəm sizə nəsihət verməyə. O sizin Rəbbinizdir və Ona tərəf müraciət edəcəksiniz!» (35).Yoxsa onlar deyəcəklər: «Onu iftira edir o!» De: «Əgər mən onu iftira etsəm, onun cəriməsi mənim üzərimədir və mən uzağam sizin etdiyiniz cərimələrdən!» (36).Nuha vəhy edildi: «Sənin qoumundan iman gətirənlərdən başqa, daha kimsə inanmayacaq və təəssüflənmə nə ilə ki, oldular fəaliyyətlilər! (37).Vəhyimizlə və gözlərimiz qarşısında gəmini düzəlt. Mənə zalimlər barəsində xitab etmə - həqiqətən, onlar qərq olanlardır!»



«Hud» surəsi (11) 38 -45 -ci ayətlər

(38).O gəmini düzəldir və külli nə ki, keçirdi onun qoumundan böyükləri yanından, onu məsxərə edirdi. Dedi: «Əgər bizi məsxərə edirsiniz, biz də sizi məsxərə edəcəyik, nə qədər siz məsxərə edirsiniz. (39).Biləcəksiniz ki, rüsvayedici əzab kimə gələcək və kimin üzərinə yüklənəcək kəsilməyən əzab!» (40).Ta onda ki, gəldi əmrimiz, fəvvarə tənur etdi, dedik Biz: «Yüklə ona küllisindən iki cütnən ikisini və öz əhlini - ancaq o kəsdən başqa ki, əvvəlcədən əzab onun üçün qərara alındı - və bir də o kəsləri ki, səninlə iman gətiriblər!» Ancaq onunla iman gətirənlər çox az idi. (41).Dedi: «Süvar olun ona Allahın ismi ilə, rəvan olsun onun hərəkəti və dayanacağı. Həqiqətən, Rəbbim Ğəfurdur, Rəhimdir!» (42).O, dağ boyda dalğalar arasında hərəkət edirdi. Nuh oğlunu çağırdı, hansı ki, uzaqda idi: «Ay oğlum, gəl bizimlə gəmiyə süvar ol və kafirlərlə olma!» (43).Dedi: «Özümü dağa yetirərəm, məni sudan saxlar». Dedi: «Bu gün Allahın əmrindən qoruya bilən yoxdur, ancaq kimə ki, rəhm edə!» Dalğa onların arasına ayrılıq saldı və o, qərq olanlardan oldu. (44).Deyildi: «Ay ərz, sən suyunu ud və ay səma, saxla!» Su çəkilib və Allahın əmri qərar tapdı və Cudi dağının üstündə dayandı və deyildi: «Zalim qoum məhv olacaq!» (45).Nuh nida etdi Rəbbinə və dedi: «Rəbbim, həqiqətən, oğlum mənim əhlimdəndir və həqiqətən, Sənin vədən haqdır və Sən hakimlərin Hakimisən!»


«Hud» surəsi (11) 46 -53 -cü ayətlər

(46).Dedi: «Ay Nuh! Həqiqətən, o, sənin əhlindən deyil. Həqiqətən, o qeyri saleh əməldir. Onu ki, bilmirsən, onun barəsində Mənə sual etmə. Həqiqətən, Mən sənə nəsihət edirəm ki, cahillərdən olmayasan» (47).Dedi: «Rəbbim, Sənə sığınıram ki, mənim ona ki, elmim yoxdur Səndən sual edəm. Əgər məni bağışlamayasan və mənə rəhm etməyəsən, xəsarətdə olanlardan olaram». (48).Deyildi: «Ay Nuh! En salam ilə Bizdən və bərəkət üzərinə sənin və üzərinə ümmətlərin, kim ki, səninlədir. Və ümmətlər – mətahlandırarıq onları, sonra toxunar onlara Bizdən ələmli əzab!» (49).Bunlar qeyb xəbərlərindəndir. Biz vəhy edirik onu sənə. Bundan qabaq sən və sənin qoumun onları bilmirdiniz. Səbr et! Həqiqətən, aqibət müttəqilər üçündür! (50).Ada tərəf - qardaşları Hudu. Dedi: «Ay qoumum! Ibadət edin Allaha! Sizin üçün Ondan qeyri Ilahi yoxdur. Həqiqətən, siz ancaq iftira edirsiz. (51).Ay qoumum! Mən sizdən buna görə əcr istəmirəm. Mənim əcrim ancaq o kəs ki, məni yaradıb, Onun üzərinədir. Ə, məgər əql etməzsinizmi? (52).Ay qoumum! Rəbbinizdən bağışlanmaq istəyin, sonra Ona tərəf qayıdın. O səmadan sizə bol yağış göndərər və qüvvətinizin üstündən qüvvət artırar. Cərimə olunmuş olaraq üz döndərməyin!» (53).Dedilər: «Ay Hud! Bizə aydın dəlillə gəlmədin və biz heç vaxt sənin sözünlə öz ilahilərimizi tərk etmərik və biz sənə inanmırıq!


«Hud» surəsi (11) 54 -62 -ci ayətlər

(54).Biz ancaq deyirik ki, bəzi ilahilərimiz sənə pislik edib». Dedi: «Mən Allahı şahid çağırıram və siz də şahid olun ki, mən uzağam nədən ki, şərik qoşursunuz, (55) Ondan başqa! Fənd edin mənə cəmiyyən, sonra məni gözləməyin. (56).Həqiqətən, mən Allaha təvəkkül etdim – Rəbbimə və Rəbbinizə sizin. Canlılardan elə biri yoxdur ki, O onun alnından tutmasın. Həqiqətən, Rəbbim düz yolun üzərindədir! (57).Əgər siz üz döndərsəniz, fəqət mən sizə təbliğ etdim onu ki, nə ilə sizə göndərilmişəm. Rəbbim sizi qeyri qoumla dəyişər və siz Ona bir şeylə zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim üzərində külli şeyin Hafizdir!» (58).Amma elə ki, Bizim əmrimiz gəldi, Huda və o kəslərə ki, onunla iman gətiriblər, Öz rəhmətimizlə nicat verdik və onlara nicat verdik qəliz əzabdan. (59).Bu, Ad idi ki, Rəblərinin ayətlərini inkar etdilər və Onun rəsullarına asi olub və tabe oldular külli zor deyənin, inadkarın əmrinə. (60).Bu dünyada və qiyamət gününündə lənətlə müşaiət edərlər. Ə, məgər yoxmu? Həqiqətən, Adlılar Rəblərinə kafir oldular. Ə, məgər yoxmu? Ad – Hudun qoumu məhv olacaq! (61).Səmudlulara tərəf - qardaşları Salehi. Dedi: «Ay qoumum! Ibadət edin Allaha! Sizin üçün Ondan qeyri Ilahi yoxdur. O sizi ərzdən inşa etdi və ərzdə sizi yerləşdirdi. Ondan bağışlanmaq istəyin, sonra Ona tərəf dönün. Həqiqətən, Rəbbim Qəribdir, Mucibdir!» (62).Dedilər: «Ay Saleh! Bundan qabaq öz aramızda sənə ümid bəsləyirdik. Indi atalarımızın ibadət etdiyinə ibadət etməkdən bizi çəkindirirsənmi? Biz bərk şəkk edirik ona ki, bizi çağırırsan».




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin